“BÖYÜK XAOS PLANLAŞDIRILIR...” - “Hədəf Türkiyə daxil bölgənin yenidən şəkilləndirilməsidir”
Xaləddin İbrahimli: “ABŞ, İngiltərə və İsrailin təməl məqsədi bölgədə terroristan qurmaqdır. İran bu işin tən ortasınadır”
“Ortada olan İsrail - İran gərginliyi bir teatırdır”
Yenixeber.org: Türkiyə ali məktəblərində dərs deyən tarixçi professor Xaləddin İbrahimli bizimlə qısa müsahibəsində regionda baş verən son hadisələri şərh edib. Müsahibəni təqdim edirik:
- İsmayil Haniyənin ölüdürülməsi, bəzi HƏMAS və Hizbullah komandirlərinin qətlə yetirilməsi bölgədə gərginliyi ciddi şəkildə yüksəldib. Nə gözləyirsiz, böyük savaş çıxa bilərmi?
- Bu sui - qəsdlər gərginliyin artırılmasına xidmət edir. Belə görüntü var ki, İran -İsrail arasında gərginlik artır. Amma əslində İsrailin və İranın bir yerdə fəaliyəti ilə bütün Orta Doğuda (Şərqdə) gərginlik artırılır. Əmin ola bilərsiniz ki, gərginliyin olmaması ən çox Türkiyəyə lazımdır. Çünki çox şey itirir.
-ABŞ, Böyük Britaniya Yaxın Şərqə çox böyük hərbi qüvvələr transfer edir. Bu təkcə İsraili İranın mümkün zərbələrindən müdafiəsi zərurəti ilə bağlıdırmı?
-Belə görünür ki, Orta Doğuda böyük xaos planlaşdırılır. Hədəf Türkiyə daxil bölgənin yenidən şəkilləndirilməsidir. İran bu şəkillənmənin xarcindədir. Böyük güclər onun bütövlüyünün qorunmasından yanadır.
- Türkiyənin proseslərə reaksiyası və atacağı addımlar, maraqları nədən ibarətdir?
- Bölgəde böyük savaş başlasa, ABŞ, İngiltərə ve İsrail İranın əliylə yaratdığı “Haşti Şabi”, özlərinin dəstəklədiyi PKK və PYD vasitəsilə vəkalət savaşı aparacaq. Kimə qarşı? Təbii ki, Türkiyəyə qarşı. Açıq demək lazımdırsa, ABŞ, İngiltərə və İsrailin təməl məqsədi bölgədə terroristan qurmaqdır. İran bu işin tən ortasınadır və ABŞ və müttəfiqlərinə tam dəstək verir. Ortada olan İsrail - İran gərginliyi bir teatırdır. Bunu öncə də gördük.
- Ümumiyyətlə, İranın indiki dərin böhrandan xilası mümkündürmü və hakim teokratik rejim tənəzzülə uğraya bilərmi? Bu halda bölgədə hansı durum yarana bilər?
- İran Pezəşkian president seçiləndən sonra içəridə monolitliyi əsasən təmin edə bildi. İndi xarici siyasətde daha aktiv olacaq. Türklər Tehran rejimini nə qədər çox dəstəklərsə, Tehran Türk dünyasına qarşı o qədər sərt siyasət yürüdər.
-Dünən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqu Tehrandan sonra Bakıya gəlməsi diqqət çəkdi. Bunun Yaxın Şərq böhranı, Azərbaycan-İsrail münasibətlərindən doğan narahatlıqla əlaqələndirmək doğru olardımı?
-Rusiya sadəcə bu cür səyahətlərlə həm rəy öyrənir, həm də Qərbə “müttəfiqlərim var” mesajı verir. Əslində Rusya da yaxşı bilir ki, İrandan Rusiyaya müttəfiq olmaz.
-Türkiyənin Ermənistan siyasətində nəzərə çarpan bəzi dəyişikliklərlə bağlı Azərbaycanda media səhifələrinə çıxan narahatlıqla bağlı nə düşünürsüz?
- Türkiyənin Ermənistana yönəlik siyasəti ölçülü - biçilidir. Narahatlıq yaradan içəridəki Moskva və Tehrana xidmət edən “5-ci kolonlar”dır. Hər fürsətdə Azərbaycan- Türkiyə arasına soyuqluq gətirmək istəyirlər. Təbii ki, yəhudilər də sakit durmur…(Azpolitika)
Rasim Əliyev