Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xaləddin İsgəndərova qarşı “səlib yürüşü”!

 

  İcra başçısının tənqidi, yoxsa məkirli kampaniya?

“Xeberinfo.com”: Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov haqqında bir sıra elektron və yazılı media orqanlarında tənqid kimi təqdim olunan xəbər, araşdırma və şərhlərin ciddi bir səbəb olmadan sürətlə dövriyyəyə buraxılması diqqətli oxucunun nəzərlərindən yayına bilməz. Diqqət çəkən əsas məqamlardan biri də bu yazıların demək olar ki, hamısının eyni məzmunlu olmasıdır. Müəyyən kəsim oxucu üçün maraqlı olacağını nəzərə alıb, bunun sağlam tənqid və yaxud icra başçısına qarşı qərəzli və planlaşdırılmış kampaniya olmasını aydınlaşdırmağa çalışacağıq. 

Öncə bir məsələni oxucuların diqqətinə çatdıraq: Məsələ ondan ibarətdir ki, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yeni yaradılmış Pirallahı rayonunun icra başçısı Vasif İmanov istisna olmaqla paytaxt rayonlarının icra başçıları arasında bu vəzifəyə ən son təyin olunan şəxsdir. Dogrudur, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev də Xaləddin İsgəndərovla təxminən eyni zamanda-2012-ci ilin aprelində icra başçısı təyin olunub. Paytaxtın mərkəzi rayonu hesab olunan Səbail rayon icra hakimiyyətinə başçılıq edən Asif Əsgərov 2009-cu ildən, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev 2006-cı ildən, Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev 2006-cı ildən, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2005-ci ildən, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov 2006-cı ildən, Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov 2009-cu ildən, Suraxanı rayon icra hakimiyətinin başçısı İlqar Abbasov 2005-cı ildən, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov 2010-cu ildən bu vəzifəni tuturlar. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov isə təxminən 20 ildir ki, bu vəzifədədir.

Həm də paytaxtın icra başçılarından bəziləri indiki vəzifələrindən əvvəl də Bakının ayrı rayonun icra başçısı olublar. Belə ki, İbrahim Mehdiyev Yasamal rayonundan əvvəl 28.06.2000-ci ildən –26.09.2006-ci ilədək Xətai rayon İcra Hakimiyyətinə, Nərimanov rayonunun başçısı Abdin Fərzəliyev 2003-cü ilin aprelindən 2005-ci ilin dekabr ayınadək Nizami rayon İcra Hakimiyyətinə rəhbərlik ediblər. Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə 2001-ci ilin yanvar ayından paytaxta rəhbərlik edir.

Bütün bunları ona görə xatırladırıq ki, bir sıra mətbuat orqanlarının sərt tənqid hədəfinə çevrilən Xaləddin İsgəndərov paytaxt rayonlarının icra başçılarınının böyük əksəriyyətindən fərqli olaraq qısa müddətdir ki, icra başçısıdır. Belə qısa müddətdə cənab İsgəndərovun gördüyü işləri, yenilikləri onun həmkarlarının əksəriyyəti görməyib. Əlbəttə, Binəqədi rayonunda hələ də həllini gözləyən problemlər var və bunu kimsə inkar etmir. Ancaq həqiqət naminə görülən işləri də demək lazımdır. Məsələn, Xaləddin İsgəndərovun yaşıl təpəciklər yaratması paytaxtın boz mənzərəsini dəyişdirmək istiqamətində atılmış uğurlu addım kimi qəbul edilə bilər.

Bu yaşıl təpəciklər hasarlardan fərqli olaraq şəhərin simasını dəyişməklə yanaşı, eyni zamanda gələcəkdə həmin ərazidə dəyişiklik etmək üçün də əlverişlidir. Çünki, bahalı aqlay daşların istifadə olunduğu divarlar sökülərkən həmən materiallar xarab olur və istifadəyə yaramır. Ancaq torpaq təpəciklərin yolların genişlənməsi və başqa infrastuktur dəyişikliklər zamanı asanlıqla yerini dəyişmək olar. Bundan əlavə paytaxtın ekoloji probleminin həlli baxımından da bu təpəcikləri əhəmiyyətli saymaq olar.

Bizim bu yazıda aydınlıq gətirmək istəyimiz Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova qarşı aparılan gözdənsalma kompaniyasının səbəbləri olduğundan abadlıq işləri üzərində çox dayanmağı məqsədəuyğun hesab etmirik.

Şübhə yoxdur ki, çox qısa zamanda problemlərin həllinə fərqli yanaşması, Binəqədi rayonunun simasının dəyişməsində əldə etdiyi uyğurlara baxmayaraq icra başçısının bu qədər sərt tənqid, hətta məqsədli gözdənsalma kampaniyasına məruz qalması səbəbsiz ola bilməz. Əslində, isə Xaləddin İsgəndərova qarşı aparılan bu gözdənsalma kompaniyasının hansısa məqsədə xidmət etdiyi aydın görünür. Bu yazıda icra başçısına qarşı aparılan gözdənsalma kampaniyasının arxasında hansı məsələlərin dayandığı ilə bağlı ehtimalları qeyd etməyə çalışacağıq.

                                          

                                  İcra başçısına “daş” haradan atılır?

 

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova qarşı aparılan gözdənsalma kampaniyasının arxasında iki məqsəd dayana bilər. Bizim ehtimalımıza görə, birinci səbəb siyasi proseslərlə bağlıdır. Daha doğrusu, Azərbaycan uğrunda Qərblə Rusiya arasında gedən mübarizənin daxili siyasətə transferindəndir. Bu ehtimal bəzilərinə inanındırıcı görünməyə bilər. Əlbəttə, biz də bunun yüz faizlik həqiqət olduğunu iddia etmirik.  Qeyd etdiyimiz kimi, bu ehtimaldlr.

 Ancaq bu ehtimalın əsassız olmadığını təsdiq edən üç məqam var. Birincisi, heç kimə sirr deyil ki, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla vergilər naziri Fazil Məmmədov yaxın qohumdur. Xaləddin İsgəndərovun gözdən salınması eyni zamanda vergilər nazirinin mövqeyinin zəiflədilməsinə cəhd deməkdir. Vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevə ən sədaqətli nazirlərdən hesab olunur. Deməli, icra başçısını hədəf alanların məqsədi prezidentə sadiq iki yüksək vəzifəli məmuru-bir naziri və bir icra başçısını nüfuzdan salmaqdır. Bu zaman həm vergilər naziri Fazil Məmmədovun, həm də Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun 2003-cü ildə necə sadiqlik nümayış etdirdiklərini nəzərə alanda, bu ehtimal əsassız görünmür. Heç kimə sirr deyil ki, 2003-cü il prezident seçkiləri ərəfəsində hakimiyyətin yüksək mərtəbəsində təmsil olunan məmurların bir hissəsi separatçılıq, bir hissəsi gözləmə mövqeyi tutmuşdu. Vergilər naziri Fazil Məmmədov və o zaman hələ geniş ictimaiyyətin tanımadığı 11 saylı Vergilər İdarəsinin rəis müavini Xaləddin İsgəndərovun o günlərdə İlham Əliyevə tam sadiq qalması, onun prezident seçkilərində qalib gəlməsi üçün fədakarlıq etmələri də məlumdur. 2003-cü  il prezident seçkilərini yaxından izləyənlər bilir ki, vergilər naziri Fazil Məmmədovun və 11 saylı Vergilər İdarəsinin o zamankı rəis müavini Xaləddin İsgəndərovun İlham Əliyevin Tovuz rayonunda seçicilərlə görüşü zamanı vəziyyətin nəzarətdən çıxmasının qarşısının alınmasında böyük rolları olub. Belə ki, İlham Əliyevin seçicilərlə görüşü zamanı qəflətən küçələrin birindən bir dəstə adam çıxaraq “İsa bəy, İsa bəy” deyə çığırmağa, İlham Əliyevin əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Onların məqsədi İlham Əliyevin seçicilərlə görüşünü pozmaq olub. Həmin anda Xaləddin İsgəndərov ətrafındakı adamları səfərbər edərək həmən dəstənin qarşısında canlı sipər çəkib. Xaləddin İsgəndərovun və ətrafındakıların bu cəsarətli addımı həmin dəstəni karıxdırıb. Bundan istifadə edən Xaləddin İsgəndərov və ətrafındakılar həmən dəstəni sığışdıraraq İlham Əliyevin görüş keçirdiyi ərazidən uzaqlaşdırıblar.

Heç kim istisna edə bilməz ki, həmən zaman proseslər başqa səmtə yol alsaydı, ölkədə gərgin anlar yaşana bilərdi. Ən azından bu olay vergilər naziri Fazil Məmmədovun da, Xaləddin İsgəndərovun da ən həssas zamanda prezident İlham Əliyevə sadiqliyinin göstəricisi sayıla bilər. Deməli prezidentə sədaqəti şübhə doğurmayan iki məmurun mövqelərinin zəiflədilməsində maraqlı qüvvələr var. Bu xüsusilə də “İsmayıllı hadisələri” ilə müqayisdə çox inandırıcı görünür. Məlum olduğu kimi “İsmayıllı hadisələri” ilə ilk öncə icra başçısı Nizami Ələkbərov hədəfə alınmış, daha sonra isə bu hadisə icra başçısının nazir qardaşı, əmək və əhalinin sosila müdafiə naziri Füzuli Ələkbərovun istefaya göndərilməsinə səbəb olmuşdu. İstisna deyil ki, indi ilk hədəf kimi Binəqədi rayon icra hakimiyyətinin başçısı  Xaləddin İsgəndərov görünsə də, əsas məqsəd vergilər naziri Fazil Məmmədovun mövqelərinin zəiflədilməsidir. Bu bizim ehtimallarımızın biri və birincisidir.

İkinci ehtimal isə Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun qısa zamanda başçılıq etdiyi rayonda müsbət dəyişikliklərə imza atmaqla diqqətləri öz üzərinə cəlb etməsidir.

                                        

                          Xaləddin İsgəndərovun uğurları kimləri narahat edir?

 

Yuxarıda qeyd etdiyimiz kimi Xaləddin İsgəndərov paytaxt rayonlarının icra başçısıları arasında bu vəzifəni tutma müddətinə görə ən yeni rəhbərlərdən sayılır. Ancaq o digər icra başçıları ilə müqayisədə qısa müddətdə müəyyən uğurlara imza atıb. Bu gün mübaliğəsiz olaraq demək olar ki, Binəqədi rayonunun siması müsbət mənada dəyişməkdə davam edir. Rayonda aparılan abadlıq işlərinin sürəti, digər rayonlardan orjinallığı ilə fərqlənməsi diqqətçəkicidir. Görünür Xaləddin İsgəndərova hücumların səbəblərindən biri də budur. Çünki, on ilə yaxın bir müddət ərzində, hətta Gülağa İslamov kimi iyirmi il ərzində icra başçısı postunu tutan məmurlar Xaləddin İsgəndərov kimi uğurlar qazana bilməyiblər. Xaləddin İsgəndərovun qısa müddət ərzində qazandığı uğurlar onun adının paytaxtın icra başçısı postuna namizədlərin sırasına daxil olmasına yol açır. Görünür, cənab İsgəndərova qarşı aparılan gözdənsalma kampaniyasının bir səbəbi də bundan doğan məmur qısqanclığıdır. Paytaxtın icra hakimiyyətinə 2001-ci ilin yanvarından rəhbərlik edən Hacıbala Abutalıbovun ilin sonunadək istefaya göndəriləcəyi ilə bağlı ehtimalların artması onun postuna iddialı mümkün rəqiblərini zərərsizləşdirməyə vadar edir. Son zamanlar Xaləddin İsgəndərovun adının Hacıbala Abtutalıbovu əvəz edəcək əsas namizəd kimi hallanması paytaxta rəhbərlik etməyə əsas iddialıları da hərəkətə gətirmiş ola bilər.

Qeyd edək ki, son bir ildə mediada Hacıbala Abutalıbovu əvəz etməyə ən şanslı namizədlərin adları hallanmaqdadır. İndi paytaxtın icra başçısı postuna cənab İsgəndərovun adının namizəd kimi hallanması əsas iddiaçıları narahat etməyə bilməz. Görünür Xaləddin İsgəndərova qarşı kampaniyanı da paytaxta Hacıbala Abutalıbovdan sonra başqa bir regionun təmsilçisinin başçılıq etməsindən narahat olanlar təşkil edirlər.

Bu Azərbaycan mediasının hazırkı durumunda çətin bir məsələ hesab oluna bilməz... Hacıbala Abutalıbovun postuna iddialıların da, hər bir iddialının komandasında olan məmur üçün də bu çətin olmaz. Buna görə də icra başçısına qarşı aparılan kampaniyanın məmurlardan birinin sifarişi əsasında təşkil edildiyini istisna etmək olmaz.

Qeyd etdiyimiz bu ehtimallardan hansının daha doğru olduğunu iddia etmək çətindir. Ancaq bir məslə tam aydındır ki, Binəqədi rayon icra hakimiyyətinin başçısına qarşı sifarişli kampaniya aparılır. Bu kampaniyada məqsəd isə prezidentə sədaqəti şübhə doğurmayan və yenilikçi imici qazanmış məmurların zərərsizləşdirilməsidir. Xaləddin İsgəndərova qarşı aparılan kampaniyanın hansı səbəbdən aparıldığını birmənalı söyləmək mükün olmasa da, məqsədin sadəcə bir icra başçısını vəzifədən kənarlaşdırmağa yönəlməməsi aydındır. Bunu tam əminliklə söyləmək olar: Xaləddin İsgəndərova qarşı kampaniyanın arxasında daha uzağa gedən məqsədlər dayanır və bunu görməmək də mümkün deyil.

 

 

İlqar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam