Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Putinin Uzaq Şərq layihəsi nəyə xidmət edir? -ŞƏRH

Putinin Uzaq Şərq layihəsi nəyə xidmət edir? (ŞƏRH)
"Putinin bu ideyası da "ölü doğulmuş uşaq”dır”.
 
Yenixeber.org: Bunu politoloq Qabil Hüseynli Şimali Koreya və Vyetnama səfər edən Rusiya prezidentinin Uzaq Şərqin bəzi ölkələrindən ibarət olmaqla NATO-ya alternativ hərbi blok yaratmaq niyyətini şərh edərkən deyib.
Qabil Hüseynli bildirib ki, bu, çox çətin həyata keçəcək bir ideyadır:
”Onun reallaşması üçün ən azı 2-3 il zaman lazımdır. Bu müddət ərzində Putinin siyasi karyerasının, habelə Rusiyanın özünün necə olacağı barədə bəzi fikirlər söyləmək mümkün olacaq. Bu müddət ərzində Putin vəfat edə, Rusiya Ukrayna müharibəsində məğlubiyyətə uğrayıb, sıradan çıxa da bilər. İdeyanın baş icraçısı kimi, Rusiya prosesdə aktiv roldan məhrum ola bilər”. 
Ekspertə görə, Pekinin özü hiyləgər addımları ilə Putinin həmin ideyasının gerçəkləşməsinə əngəl olacaq:
"Çin də bu prosesdə aktiv və hiyləgər rol oynayaraq, lazım gələndə irəli, lazım gələndə də geri çəkilməklə, bütövlükdə prosesin aktiv iştirakçısı olmayacaq. Putinin ölü doğulmuş bu  ideyası ayağa durub yeriyə bilməyəcək”. 
Qeyd  edək ki, Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfərinin ardınca Vyetnama səfər edib. Bu xüsusda fikirlər səslənir ki, Putin NATO-ya real alternativ kimi təqdim etməyə çalışa biləcəyi dövlətlərdən ibarət koalisiya yaratmaq istəyir. Bu ölkələr sırasında Rusiya ilə yanaşı, Çin, Şimali Koreya, İran, Vyetnam və bir sıra digər ölkələrin adları çəkilir.(Qaynarinfo) 
Rüfət Sultan

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam