Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Çərçivə sazişi, yoxsa yekun sülh sənədi? -ŞƏRH

Çərçivə sazişi, yoxsa yekun sülh sənədi? (ŞƏRH)
"Çərçivə sazişinin əsas meyarı iki dövlət arasında münasibətlərin hansı meyarlar əsasında qurulacağının təsvirindən ibarətdir".
Yenixeber.org: Bunu politoloq Zərdüşt Əlizadə Azərbaycanla Ermənistan arasında imzalanması ehtimal edilən çərçivə sazişində hansı mövzuların əks olunacağı barədə suala cavabında deyib.
"Çərçivə sazişinin mənası odur ki, 30 ildən artıq iki xalq və dövlət arasında davam edən münaqişəyə son qoyulacaq. Tərəflər bu fonda beynəlxalq hüquq meyarları əsasında bir-birinin ərazi bütövlüyü və təhlükəsizliyini tanıyır. Ardınca da münasibətlərini yenə də beynəlxalq hüquqa əsaslanan meyarlar əsasında qurmaq öhdəliyi götürürlər. Son olaraq da bir-birilə əməkdaşlığa, diplomatik əlaqələri bərpa etməyə hazır olduqlarını bildirirlər. Bununla da münaqişəyə son qoyulur", deyə Zərdüşt Əlizadə vurğulayıb. 
Ekspert qeyd edib ki, yerdə qalan bütün məsələlər, sərhədlərin delimitasiya və demarkasiyası prosesi isə növbəti mərhələdə davam edəcək:
"Yəqin ki, çərçivə sazişində delimitasiya və demarkasiyanın nəyin, hansı meyarlar əsasında gedəcəyi göstəriləcək. Kommunikasiyaların açılmasının hansı meyarlar əsasında aparılacağı da ola bilsin çərçivə sazişində qeyd edilsin. Hər halda bununla bağlı konkret məqamlar, yolların nə vaxt, necə tikilməsi, ora nəzarətin necə həyata keçiriləcəyi kimi texniki məsələlər isə hələ xeyli müddət danışıqlar predmeti olacaq. Bunlar gələcək işlərdir. Ermənistan 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü tanımayıb. İndi isə tanımağa məcbur olub. Ermənistan nəqliyyat yollarının açılmasını da istəmirdi. İndi isə buna da razıdır. Bütün bunlar göstərir ki, çərçivə sazişində əsas meyarlar razılaşdırılacaq. Digər məqamlar isə sonra müzakirə ediləcək”. 
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında cari ildə çərçivə sazişinin imzalanması ehtimalı böyükdür. Ən azından COP29 tədbirinə qədər və ya həmin tədbir dövründə belə bir sazişin imzalanması gözlənilir.(Qaynarinfo) 
Rüfət Sultan

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam