Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əliyev sülh sazişinin əsas şərtini elan etdi: Paşinyan indi sülh və ya yeni savaş seçimi ilə üzləşib

Rəsmi İrəvan 30 illik tarixi olan və Ermənistanın icra etmədiyi Almatı Deklorasiyasına sığınmaqla, Azərbaycanla yekun sülh sazişində ərazi bütövlüyünün tanınması bəndindən yayınmağa, “erməni xəyalları”nı nə vaxtsa, dirçəltmək üçün “açıq qapı” saxlamağa çalışır; Rəsmi Bakı isə “Ermənistan sülh sazişi imzalamaq istəyirsə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” şərtini irəli sürməklə, həmin “açıq qapı”nı həmişəlik qapatdı...  

Yenixeber.org: Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına önəm verdiyini sezdirməyə çalışır. Rəsmi İrəvan indiki blokada şəraitində uzun müddət davam gətirə bilməyəcəyindən narahatdır. Ermənistan üçün blokada vəziyyətdən xilas olmağın isə yeganə yolu Azərbaycanla normal qonşuluq münasibətləri qurulmasından keçir.

Ona görə də, Paşinyan hakimiyyəti son vaxtlar bu istiqamətdə cəhdlərini artırmağa çalışır. Hətta baş nazir Nikol Paşinyan son dövrlərdə Ermənistanın Azərbaycanla yekun sülh sazişinin imzalanmasına hazır olduğunu daha tez-tez təkrarlamağa başlayıb. Halbuki, buna qədər rəsmi İrəvan yekun sülh sazişi üçün müəyyən üstüörtülü şərtlər irəli sürməyə çalışırdı.

Məsələ ondadır ki, rəsmi İrəvan “Dağlıq Qarabağ münaqişəsi”nin hələ tam nizamlanmadığını iddia edirdi. Üstəlik, Azərbaycana məxsus Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə “status” verilməsini istəyirdi. Və bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində ciddi gərginlik yaradırdı.

Çünki bu mövzularla bağlı rəsmi Bakının mövqeyi konkret və qətiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev artıq dəfələrlə bəyan edib ki, “Dağlıq Qarabağ münaqişəsi” 44 günlük savaş nəticəsində tamamilə həll edilib. Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə isə heç bir “status” verilməyəcək. Yəni, həmin bölgədəki ermənilər yalnız Azərbaycan vətəndaşı statusunu qazanmağa ümid bəsləyə bilərlər.

Təbii ki, rəsmi İrəvan da bu mövzuların təkrar müzakirə masasına çıxarılmasının mümkün olmayacağını anlayır. Xüsusilə də, rəsmi Bakının “ATƏT-in Minsk Qrupu daha Qarabağ mövzusu ilə məğşul ilmamalıdır” bəyanatı Azərbaycanın qətiyyətli mövqeyinin dəyişməz qalacağını göstərir. Və Ermənistanın buna qarşı çıxıb, vəziyyəti dəyişmək imkanı yoxdur.

Ona görə də, hazırda rəsmi İrəvan bu mövzularda daha ehtiyatlı davranmaq məcburiyyətində qalıb. Çünki əks halda, Ermənistanın blokada vəziyyətindən çıxarılması prosesi daha da uzana bilər. Bu zaman uzandıqca isə Ermənistanın bir dövlət kimi, mövcudluğu təhlükə altında qalır.

Maraqlıdır ki, baş nazir N.Paşinyan indi Azərbaycanla sülh sazişinin imzalanması ehtiyacının Ermənistanın maraqlarından qaynaqlandığını qabartmağa çalışır. Böyük ehtimalla erməni baş nazir bununla Ermənistan cəmiyyətinə reallıqlarla hesablaşmağın qaçılmaz olduğunun mesajını verir. Eyni zamanda, “Dağlıq Qarabağ münaqişəsi”nin nizamlanması prosesi də son nəticədə sülh sazişinin imzalanmasını hədəfləyirdi” deməklə, ikibaşlı məzmun daşıyan mövqedən çıxış edir.

Belə anlaşılır ki, rəsmi İrəvan sülh sazişinin şərtləri müzakirə edilərkən, hansısa mərhələdə “erməni xəyalları”nı gündəmə gətirə biləcəyinə hələ də ümidini tam itirməyib. Ancaq bu ümidləri doğrulda bilməyəcəyi təqdirdə isə baş nazir N.Paşinyan vaxtilə Minsk Qrupu çərçivəsində aparılmış danışıqlar prosesini də bəhanə edərək, Azərbaycanın şərtləri daxilində imzalanacaq sülh sazişinin siyasi məsuliyyətini özündən əvvəlki Ermənistan hökumətləri ilə bölüşmək niyyətindədir. Və bu, hazırda Paşinyan hakimiyyətinin daha çox öz siyasi maraqlarından çıxış etdiyini göstərir.

Təbii ki, bu baxımdan, rəsmi İrəvanın son dövrlərdə Almatı Deklarasiyasını gündəmə gətirməsi də qətiyyən səbəbsiz deyil. 1991-ci ildə imzalanmış həmin sənədə görə, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıblar və sərhədlərin toxunulmazlığını qəbul ediblər. Və indi rəsmi İrəvan Azərbaycanla imzalanacaq yekun sülh sazişində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması barədə bəndin yer almasını istəmir.

Ancaq rəsmi Bakı Ermənistana belə bir oyun oynamasına, yekun sülh sazişində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasından yayınmağa qətiyyən imkan verməz. Çünki 1991-ci ildə imzalanmış həmin sənədin hüquqi qüvvəsi olsa da, Ermənistan Almatı Deklarasiyasını kobud şəkildə pozub. Belə ki, həmin sənədin imzalanmasından sonra Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Və bununla da, Almatı Deklarasiyasını müəyyən mənada, əhəmiyyətdən salıb.

Hətta bu səbəblərdən də Ermənistanın siyasi dairələrində Almatı Deklarasiyasının “Dağlıq Qarabağ məsələsi”nə aid olmadığı barədə qənaətə də gəlmiş ola bilərlər. Yəni, 30 illik tarixi olan və icra edilməmiş bir sənədə sığınmağa çalışan rəsmi İrəvan Azərbaycanla sülh sazişində ərazi bütövlüyünün tanınması bəndindən yayınmaqla, “erməni xəyalları”nı nə vaxtsa, dirçəltmək üçün “açıq qapı” saxlamağa cəhd göstərir. Və bu, Paşinyan hakimiyyətinin növbəti dəfə “hiyləgər oyun” içərisində olduğu göstərir.

Ancaq rəsmi İrəvana hansısa oyunlar oynamağa imkan veriləcəyi qətiyyən inandırıcı deyil. Çünki rəsmi Bakı hazırda Paşinyan hakimiyyətinin nə istədiyi ilə deyil, məhz Azərbaycanın milli maraqlarının təmin olunması ilə məşğuldur. Ona görə də, Paşinyan hakimiyyəti tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması barədə bəndin yer almadığı sülh sazişinə boşuna ümid bəsləyir. Yəni, Ermənistan sülh sazişi imzalamaq istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımaq və sərhədlərin toxunulmazlığını qəbul etmək məcburiyyətində qalacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamasında da bu önəmli məqam xüsusi olaraq, vurğulanıb: “İndi bəziləri gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır”.

Göründüyü kimi, Azərbaycan liderinin mövqeyi konkret və qətiyyətlidir. Prezident İ.Əliyev bu açıqlama ilə Paşinyan hakimiyyətinin “erməni xəyalları”nı gələcəkdə diriltmək üçün saxlamağa çalışdığı “açıq qapı”nı sərt və qəti şəkildə qapatdı. Dövlət başçısının bu açıqlaması “Ermənistan sülh sazişi imzalamaq istəyirsə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” anlamı daşıyır. Bu, yekun sülh sazişi üçün Azərbaycanın əsas şərtidir. Ermənistanın bu şərtə qarşı çıxması yekun sülh sazişi əvəzinə yeni savaş təhlükəsi yarada bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam