Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İlham Əliyev Qazaxın 4 kəndinı bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytardı - TƏHLİL

Prezident İlham Əliyev

   Bu gün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib.

Yenixeber.org: Komissiyanın görüşün yekunlarına dair yaydığı məlumatdan aydın olur ki, tərəflər bir sıra məsələlərdə razılığa gəliblər.

Bunlardan ən əhəmiyyətlisi təbii ki, qeyri-anklav olan 4 kəndin Azərbaycana qaytarılmasıdır.

Komissiyanın iclasında müəyyən edilib ki, sərhəd xəttinin ayrı-ayrı hissələri Azərbaycanın Bağanıs Ayrım Ermənistanın Bağanis, Azərbaycanın Aşağı Əskipara Ermənistanın Voskepar, Azərbaycanın Xeyrimli Ermənistanın Kirants və Azərbaycanın Qızılhacılı və Ermənistanın Berkaber kəndləri arasından keçəcək, xətlərin müəyyənləşdirilməsi SSRİ-nin son illərində mövcud olan dövlətlərarası sərhədlərə uyğun olaraq həyata keçiriləcək.

O da qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilməli, bu, Tərəflər arasında 15 may 2024-cü ilədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılıb, imzalanmalıdır.

Bu isə o deməkdir ki, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılır.

Delimitasiya komissiyasının bu razılaşması və qərarı Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir.

Vətən müharibəsində əldə edilən Zəfər, 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş antiterror əməliyyatı ilə Xankəndi və ətraf ərazilərin işğaldan azad edilərək, ölkənin suverenliyinin tam bərpa olunması, Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasına başlanılmasının ardından qeyri-anklav 4 kəndin qaytarılması İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir.

Xatırladaq ki, qeyri-anklav kəndlərin qaytarılması məsələsini Prezident İlham Əliyev 2020-ci ildən qaldırıb. Ötən müddət ərzində bu mövzu daim gündəmdə saxlanılıb, bu istiqamətdə ardıcıl iş aparılıb, bu məsələ Ermənistan qarşısında daim qaldırılıb, tələblər səsləndirilib.

Ermənistanda bu məsələyə qarşı çıxan müəyyən qüvvələr olsa da, Azərbaycanın, onun liderinin təkidli duruşu yekunda öz nəticəsini verdi.

Bu gün əldə olunmuş razılıq Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində atılan ilk addımdır. Bu addımın məhz Qazaxdan başlaması isə heç də təsadüfi deyil. Delitimasiya prosesinə sərhədin məhz bu nöqtəsindən start verilməsi Azərbaycanın təkidi ilə mümkün olub.

Əldə olunan bugünkü razılaşma digər mətləblərə də aydınlıq gətirdi. Bu razılaşma Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması, Ermənistana qarşı ərazi iddiasının olmasına dair Fransa və digər Qərb dövlətlərinin cəfəng anti-Azərbaycan təbliğatını da ifşa eləmiş oldu.

Maraqlı məqam odur ki, bu məsələdə Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan razılığa gəliblər. Xatırlatmaq yerinə düşər ki, Bakı hər zaman İrəvanla birbaşa danışıqların tərəfdarı kimi çıxış edib, ikitərəfli formatda görüşlərin daha səmərəli olduğunu önə çəkib. Lakin bəzi ölkələr və beynəlxalq təşkilatlar bu məsələdə də qərəz nümayiş etdirərək, Bakı və İrəvanın birbaşa təmaslarına imkan verməməyə çalışırdı.

Azərbaycan isə ABŞ, Fransa, Avropa İttifaqı və digər dairələrin bu məsələlərə müdaxiləsinin qarşısını almağa nail oldu, nəticədə, Ermənistan və Azərbaycan qarşılıqlı anlaşma şəraitində razılığa gələrək, məsələni həll etdi.

Bu onu göstərir ki, bəzi Qərb dövlətləri və imperialist dairələrin Azərbaycan və Ermənistan arasında nizamlanma prosesindən uzaq dayanmaları ancaq işin xeyrinə olar. Məhz belə olan halda Cənubi Qafqazda sülh və əmin-amanlığın daha tez təmin olunacağını söyləmək mümkündür.

Ermənistanın qeyri-anklav dörd kəndi 34 il sonra heç bir qarşıdurmasız və qurbansız Azərbaycana qaytarmağa razılaşması Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində nə qədər ardıcıl və prinsipial mövqe tutmasının növbəti təzahürüdür. İlham Əliyev 4 kəndi çox usta siyasət sayəsində Azərbaycana qaytarmağa nail oldu.(Apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam