Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Nikol Rusiya ilə bütün əlaqələri kəsir -bundan başqa

Ermənistan Rusiya ilə siyasi və hərbi əlaqələrini kəsməkdə davam edir.

Yenixeber.org: Bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin İrəvanın Zvartnots hava limanında rus sərhədçilərin xidmətinin dayandırılması tələbini qiymətləndirərkən “Qazate”ya açıqlamasında deyib.

“Rusiya sərhədçilərinin Zvartnotsda xidmətinin dayandırılması tələbi Paşinyanın hakimiyyətə gəlişindən bəri tutduğu kursun davam etməsi deməkdir. Bu prosesi indiyə qədər proqnozlaşdırmaq olardı”, - o bildirib.

Rusiyalı deputat hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın imtina etmək istəmədiyi yeganə şey iqtisadi-ticarət əlaqələridir:

“Biz Qərbə xoş gəlmək üçün hər hansı bəhanə ilə Rusiya ilə münasibətləri kəsməkdən danışırıq. Lakin Paşinyan Rusiya ilə iqtisadi əlaqələrdən yapışacaq, çünki xüsusi hərbi əməliyyat, yerdəyişmələr və yeni vəziyyət sayəsində Ermənistan Rusiya ilə ticarət mərkəzlərindən birinə çevrilib”.

Qeyd edək ki, Rusiyaya sanksiyaların dəlinməsində xüsusi rol oynayan Ermənistan bu qanunsuz əməliyyatlar sayəsində milyardlarla dollar əldə edir.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam