Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

"Ayıq-sayıq olmalıyıq"

 

“Müəyyən qüvvələr bəzi seçicilərin narazılığından istifadə etməyə çalışırlar”.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində gənclərin fəallığı ilə bağlı təşkil olunan tədbirdə deyib. 


MSK sədrinin sözlərinə görə, bu gün başqa ölkələrin daxili işlərinə müdaxilə etmək üçün hərbi güc deyil, daha çox `beşinci kolon` və seçki prosesinin tənqid edilməsindən istifadə edilir: “Biz sayıq olmalıyıq və ölkədə müəyyən şəxslərin xarici qüvvələrin təsiri altına düşməsinə imkan verməməliyik, həmçinin, onların xarici dairələrin maraqlarını təmin edən bir vasitəyə çevrilməsinin qarşısını almalıyıq”.

MSK sədri deyib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərə də çağırış edib: “Xaricdə təhsil alan azərbaycanlı gənclərdə də ayıq-sayıq olmalıdırlar. Ölkənin gələcəyi və suverenliyi yeni nəsilin necə formalaşmasından asılıdır. Xarici qüvvələr tez-tez xalqların tarixində yaranan çətin dövrlərdən istifadə edir, gənc nəslə təsir göstərməyə çalışır və ölkənin daxili işlərinə qarışmağa cəhdlər edirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam