Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"MSK seçkiyə tam hazırdır"

1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərdə 5 milyondan artıq insanın səs verməsi üçün hər bir şərait yaradılıb.

Xeberinfo.com:  Məlumata görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yerli və xarici media təmsilçiləri üçün keçirdiyi mətbuat konfransında deyib.


MSK sədri vurğulayıb ki, seçkilərə hazırlıq təqvim planına əsasən keçirilib: "Bütün işlər nəzərdə tutulmuş vaxtda həyata keçirilib. Sabah 5 milyondan artıq insanın səs verməsi üçün hər cür şərait yaradılıb".

M.Pənahov bildirib ki, 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb: "Təqribən hər bir məntəqəyə 6 namizəd düşür. Dairələrdə ən çox 12, ən az 3 namizəd var. Seçicilər üçün geniş seçim imkanı var".

MSK sədri deyib ki, seçkilərdə 15 siyasi partiya birbaşa, 7 partiya isə "Azadlıq-2015" bloku çərçivəsində iştirak edəcək: "Bu həm vətəndaşların, həm də siyasi partiyalara olan yüksək marağın göstəricisidir".

O, qeyd edib ki, 1000-ə qədər seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri internet vasitəsilə izləmək üçün hər cür şərait yaradılıb. Dünyanın istənilən yerindən seçkiləri müşahidə etmək mümkündür".

M.Pənahov əlavə edib ki, müşahidəçilərin də sayı kifayət qədər çoxdur: "Ümumilikdə 66 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Təxminən hər bir məntəqəyə 11-dən çox müşahidəçi düşür. Müşahidəçilər üçün bütün məntəqələrdə hər cür şərait yaradılıb. Onlar üçün oturacaqlar quraşdırılıb. 40 beynəlxalq nüfuzlu təşkilatdan 503 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Müşahidəçilər dünyanın bir çox ölkələrini təmsil edirlər".

“Müşahidəçilərin seçkiləri əvvəldən axıra qədər izləmək hüququ var. Amma müşahdəçilər hansısa bir nöqsanı gizli saxlamamalıdır. Müşahidəçilər hər hansı xoşagəlməz hal olarkən onu dəqiq qeyd etməlidir. İstənilən xoşagəlməz hal rəsimləşdirməlidir və aradan qaldırılmalıdır”, - deyə MSK sədri vurğulayıb. 

M. Pənahov bildirib ki, bəzi hallarda müşahidəçilər seçki komissiyalarının fəaliyyətinə müdaxilə edirlər: “Müşahidəçinin beə bir hüququ yoxdur. Əgər müşahidəçi qanuna zidd hal görürsə, bununla bağlı daha yuxarı seçki komissiyasına məlumat verməlidir. Ancaq səlahiyyətlərini aşaraq seçki komissiyasının işinə müdaxilə etməməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam