Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Konqresin spikeri Ağ Evə Ukrayna ilə bağlı suallar ünvanladı:“Məqsəd nədir?”

“Biz Ağ Evə mesaj göndərmək istədik ki, onlar Amerika xalqına qarşı dürüst olmadırlar”

Yenixeber.org: ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya dəstək məqsədi ilə bağlı qərar verməli və dəqiq strategiya hazırlamalıdır. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson CBS telekanalına müsahibəsində deyib.

Conson Ukraynaya maliyyə yardımı paketinin ayrılması ilə bağlı sualı cavablandırarkən deyib ki, dəstəyə ehtiyac var, lakin Prezident Administrasiyası öz hərəkətlərini başa düşdüyünü nümayiş etdirməlidir.

“Biz Ağ Evə mesaj göndərmək istədik ki, onlar Amerika xalqına qarşı dürüst olmadırlar. Ukraynada final nədir? Bizim strategiyamız nədir? Məqsəd nədir? Bu qiymətli vergi ödəyicilərinin pullarına necə düzgün nəzarət edəcəyik? Bu sualların cavabları aydın olmalıdır” – spiker əlavə edib.

Nümayəndələr Palatasının sədri qeyd edib ki, pul ayrılmasına ABŞ-ın dövlət borcu problemi təsir edir. Onun fikrincə, Ukraynaya maliyyə yardımının təsdiqlənməsi yeni kreditlərin verilməsinə və dövlət borcunun həcminin artmasına səbəb olacaq.

Bundan əvvəl Bayden Konqresin təsdiqi olmadan Kiyevə silah tədarükünün mümkünsüzlüyünü bəyan etmişdi. Buna görə də o, qanunverici orqanı gecikmədən hərəkətə keçməyə çağırıb.(Ayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam