Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“PATRİOT”, YOXSA “F-16”? –Ukrayna eyni vaxtda Rusiyanın 3 təyyarəsini hansı silahla vurdu?

Xəbər verildiyi kimi, ötən gün Ukrayna ordusu işğalçı Rusiya qüvvələrinə aid 3 ədəd “SU-34” hərbi təyyarəsini məhv edib. Ukrayna mətbuatına danışan hərbi ekspertlər bu təyyarələrin nəinki eyni gündə, hətta eyni döyüşdə vurulduğunu bildirirlər. Rusiya tərəfi hələ ki, hadisə ilə bağlı heç bir rəsmi məlumat vermir və belə görünür ki, hələ bu “sürpriz”in şokundan ayılmayıb. O da qeyd olunur ki, üç təyyarədən ikisinin pilotu həlak olub, biri isə katapult etməsinə baxmayaraq, yaralanıb.

Yenixeber.org: Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Yuri İqnat cənub istiqamətində üç “SU-34”-ün məhv edilməsinin bəzi təfərrüatlarını açıqlayıb. Onun Ukrayna mətbuatına verdiyi məlumata görə, ruslar idarə olunan bombalarla zərbə endirmək üçün cəbhə xəttinə maksimum yaxınlaşmağa çalışıblar. Bundan sonra Ukrayna tərəfi “ildırım sürətli” əməliyyat keçirib: “Əməliyyat ildırım sürətilə və “zərif şəkildə” keçirildi. Necə ki, Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk bunu xoşlayır. Ruslar tamamilə harınlamışdılar, cəbhəyə tam yaxınlaşaraq, qoşunlarımızın daha böyük dərinliklərindəki müdafiəsinə zərbələr endirmək üçün idarə olunan bombalardan istifadə etməyə çalışırdılar. Onlar pis riskə getdilər. Ümid edirik ki, işğalçılar daha çox belə risklərə əl atacaqlar”.

O, xatırladıb ki, Rusiya təyyarələrinin bu cür vurulması əvvəllər İlan adası yaxınlığında, eləcə də Rusiyanın Bryansk vilayəti üzərində baş verib. Ancaq İqnat rus təyyarələrinin hansı silahla vurulduğuna aydınlıq gətirməyib. Bu isə indiyə qədər olduqca hündür məsafələrdə uçan və cəbhə xəttindən 30-40 kilometr aralıdan idarə olunan bombaları ataraq uzaqlaşan, buna görə də Ukrayna HHM sistemləri üçün əlçatmaz olan Rusiya təyyarələrinin hansısa yeni silahla vurulduğuna dair versiyalar yaradıb. Hətta bəziləri sözügedən təyyarələrin “F-16”-larla vurula biləcəyini iddia edirlər.

Doğrudan da belə bir əməliyyatı keçirmək üçün lazımi xarakteristikalara malik olan ən uyğun silah “F-16”-dır. Lakin “F-16”-lar hələ rəsmən Ukraynaya təhvil verilməyib. Bununla bərabər qeyd olunur ki, artıq təcrübədə Ukraynaya hansısa yeni silahın verilməsinin yalnız həmin silahlar ötürüləndən sonra elan edilməsi halları var. Buna misal olaraq, Böyük Britaniyanın “Storm Shadow” raketlərinin verilməsini göstərtmək olar. Artıq bu raketlər qondarma “dxr” və “lxr” ərazisindəki Rusiya hərbi obyektlərini darmadağın edəndən sonra məlum oldu ki, onlar artıq Ukraynaya verilib. Lakin “F-16”-larla da eyni bu cür olduğunu söyləmək çətindir. Ona görə də əksər mütəxəssislər hesab edirlər ki, 3 rus təyyarəsi “F-16” ilə vurulmayıb. Ən azından ona görə ki, bu təyyarələr havaya qalxarsa, yaxud məsələn, Ukrayna ərazisinə keçərsə, Rusiya radiolakasiya stansiyaları onları məhv edə bilməsələr də, dərhal görə bilirlər. Beləliklə də əgər “F-16”-lar artıq Ukraynada olsaydı, Rusiya bunu bilərdi və buna müvafiq addımlar ata, yaxud açıqlama verərdi. Həmçinin, mütəxəssislər qeyd edirlər ki, Ukraynada “F-16-lar” üçün lazım olan infrastruktur hələ tam yaradılmayıb. Bu arada Rusiya tərəfi onu da rəsmən bəyan edib ki, “F-16”-lar birbaşa NATO ölkələrindən qalxıb Ukraynadakı Rusiya qoşunlarını vurarsa, onların qalxdıqları hərbi aerodromlar Rusiya üçün “legitim hədəf” olacaq. Odur ki, 3 təyyarənin vurulmasında “F-16”-ların iştirakı ehtimalı olduqca aşağı sayılır.

                   Bəs bu təyyarələr necə, hansı silahla vurulub?


Mütəxəssislər ruslara bu “sürprizi” “Patriot” sisteminin yaşatdığı qənaətindədirlər. Onların dediyinə görə, “SU-34”-lərin vurulması faktı onu deməyə əsas verir ki, bu, Ukrayna hava qüvvələrinin yaxşı planlaşdırılmış əməliyyatı olub. Ola bilsin ki, bundan öncə cəbhənin “SU-34”-lərin vurulduğu sektorunda Ukrayna HHM sistemlərinin aktivliyi aşağı olub, ya da onlar texniki cəhətdən Rusiya təyyarələrinə sadəcə “çatmayıblar”. Ruslar da buna arxayın olublar. Lakin Almaniya dekabrın 14-də ikinci “MIM-104 Patriot” zenit-raket kompleksini Kiyevə ötürdükdən sonra vəziyyət dəyişib və Rusiya hərbi rəhbərliyi görünür, bunu nəzərə almayıb.

Mütəxəssislər qeyd edirlər ki, məhz bu “Patriot” kompleksi Rusiyanı eyni anda üç təyyarədən və azı iki pilotdan məhrum edib və Ukrayna HHM-in nəzarət zonasını əhəmiyyətli dərəcədə genişləndirib.

Maraqlıdır ki, dünənki hadisədə uzaq Yaponiyanın da özəl payı var. Belə ki, Yaponiya silah ixracı qaydalarını yumşaltmaq qərarına gəlib və bu da onun ABŞ-yə onlarla “Patriot” raketi ixrac etməsinə imkan verib. Öz növbəsində amerikalılar da onları Ukrayna hava hücumundan müdafiə sisteminin sərəncamına göndərə bilir.

Nəhayət, ukraynalı mütəxəssislər bildirirlər ki, dünənki hadisə, eləcə də yaxın zamanda “F-16”-ların verilməsi perspektivi cəbhədəki Ukrayna qoşunlarının vəziyyətini bir xeyli yüngülləşdirəcək. Əgər əvvəllər Rusiya aviasiyası öz say və səviyyə üstünlüyündən istifadə edərək, demək olar, heç bir əngəllə qarşılaşmadan uzaqdan idarə olunan 0.5-1.5 tonluq bombalarla Ukrayna mövqelərinə ağır zərbələr vura bilirdilərsə, indi bunu etmək xeyli çətinləşəcək.(Azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam