Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

"Artsax" müəmması: Separatçılar geri çəkildi, Ermənistan isə...

 

Xəbər verdiyimiz kimi, dünən erməni mətbuatında Qarabağdakı keçmiş separatçıların sonuncu "rəhbəri" Samvel Şahramanyanın qondarma qurumu buraxması barədə qərarı ləğv etdiyi iddia edilən xəbərlər yayılıb.

Yenixeber.org-un məlumatına görə, bu xəbəri Şahramanyanın müşaviri Vladimir Qriqoryan açıqlamışdı.

O, "Azadlıq" radiosunun erməni bürosuna müsahibəsində Şahramanyanın oktyabr ayında "fərman" imzaladığını və "Artsax"ın fəaliyyətinin davam etdiyini bildirib. Dünən isə Ermənistanın "Joğovurd" qəzeti Şahramanyanın yeni "Artsax"ın buraxılması barədə qərarı ləğv edən yeni sənəd imzaladığını, lakin hələlik həmin sənədin ictimaiyyətə açıqlanmadığını yazıb.

Ermənistan hökuməti məsələ ilə bağlı açıqlama verməyib. Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının deputatı Artur Hovhannisyan Şahramanyanın qərarına çox sərt reaksiya verib. O, Ermənistan ərazisində yalnız Ermənistan hakimiyyət nümayəndələrinin fərman və sərəncamlar imzalama səlahiyyətində olduğunu bildirib.

"Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın? İrəvanda və Ermənistanda yalnız və müstəsna olaraq Ermənistan Respublikasının qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir", - o qeyd edib.

Deputat vurğulayıb ki, buna qarşı çıxan istənilən təşəbbüs dövlət əleyhinə fəaliyyət kimi qiymətləndiriləcək və dövlət tərəfindən ən sərt tədbirlər görüləcək: "Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, planların müəllifləri isə ciddi şəkildə cəzalandırılacaq”.

Şahramanyanın müşaviri isə gecə saatlarında dediklərini təkzib edib. “Bugünkü Azatutyun radiostansiyasına verdiyim müsahibə müxtəlif fərziyyələrə səbəb oldu. Bununla bağlı vurğulamaq istərdim ki, mənim açıqlamalarım şəxsi mülahizələrdir və hazırda heç bir rəsmi mövqeyi əks etdirmir", - Qriqoryan deyib.

O, Şahramanyanın müşaviri vəzifəsini tərk etdiyini açıqlayıb.

Beləliklə, separatçıların indiki mərhələdə geri çəkildiyini demək olar. Ermənistan hakimiyyəti hələlik rəsmi mövqe bildirməsə də, görünür, hakim partiyanın deputatının açıqlaması Şabramanyana xəbərdarlıq kimi qiymətləndirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam