Şahramanyan separatçı rejimin yanvarın 1-dən ləğv olunması haqda “rəsmi” qərarı ləğv edib?.. -Ermənistan KİV
Rusiyanın himayəsi sayəsində 32 il ərzində Azərbaycan Respublikasının suveren(!) ərazisinin 20 faizinə yaxınının işğal atında saxlanmasına, 1 milyona yaxın soydaşımızın didərgin düşməsinə şərait yaratmış gorbagor(!) separatçı-terrorçu rejimin Azərbaycan ordusunun bir sutkalıq əməliyyatından sonra İrəvana sığınmış tör-töküntülərinin qondarma “parlament”inin üzdəniraq “deputat”ları son qapalı iclaslarından sonra yenidən sonuncu “prezident” Samvel Şahramanyanla görüşüblər.
Yenixeber.org xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, görüşdə Qarabağda “köçkün ermənilərin ehtiyacları və onların həlli yolları” məsələsi ilə yanaşı, Şahramanyanın sentyabrın 28-də separatçı qurumun ləğv edilməsi ilə bağlı “bədnam” qərarının taleyi də müzakirə edilib.
Xatırladılır ki, həmin qərarla separatçı rejimin “dövlət institutları bir neçə gün sonra, yəni 1 yanvard 2024-cü ildə bağlanmalı və qurum ləğv edilməlidir. Şahramanyan bu haqda dəqiq açıqlama verməyib, sadəcə bildirib ki, “o qərarı verən özüdür və məsuliyyətini daşıyır, ona görə də nə etməli olduğunu bilir”.
“Bəzilərində belə təəssürat yaranıb ki, Şahramanyan imzaladığı fərmanı ləğv edib. Mənbələrimiz onu da bildirdilər ki, artsax məsələsi üzrə beynəlxalq komitənin yaradılması istiqamətində intensiv iş aparılır və bu komitə əvvəlki sessiyada işə salınıb. Bununla Ermənistan siyasi qüvvələrinin fəal üzvlərindən ibarət kiçik bir qrup məşğul olsa da, onlar bu fəaliyyətləri hələlik ciddi məxfilik şəraitində həyata keçirmək qərarına gəliblər”-deyə erməni qəzeti yazır.(Moderator)