Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

2024-cü ildə sağ qalmaq:ölüm-qalım anı yaxınlaşır

“Onlar öz əllərini yardım gözləyən insanların qanına bulayırlar”

Yenixeber.org: Ukraynaya yardım dayandırılarsa, ABŞ özünün NATO müttəfiqləri qarşısındakı öhdəliklərini yerinə yetirərək, işğalçı Rusiya Federasiyasına qarşı vuruşmalı olacaq. Ağ Evin saytı xəbər verir ki, bunu dekabrın 8-də keçirdiyi brifinqdə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, Ukraynaya dəstəyin dayandırılması Rusiyanı NATO ölkələrinin sərhədlərinə aparacaq və onları qorumaq üçün Alyansın Nizamnaməsinin 5-ci maddəsini işə salmaq lazım olacaq: buna görə bir NATO üzvünə hücum bütün müttəfiqlərə hücum sayılır.

Kirbi xəbərdarlıq edib: “Əgər siz hazırda Ukraynanı dəstəkləməyin baha başa gəldiyini düşünürsünüzsə, 5-ci maddə üzrə öhdəliklərimizi yerinə yetirmək məcburiyyətində qalsaq, bunun milli xəzinəyə neçəyə başa gələcəyinə və nə qədər amerikalının qanına bais olacağını düşünün”.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin əvvəlcədən Qərbin birliyinə inanmadığı üçün hadisələrin belə inkişaf edəcəyinə ümid edirdi: “Əgər siz bizim milli təhlükəsizliyimizlə maraqlanırsınızsa, Putinin kim olduğunu, Rusiyanı necə idarə etdiyini görməlisi və başa düşməlisiniz ki, Ukraynaya kömək etmək - onlar fiziki olaraq burada olmağımızı tələb etmirlər - onlara qalib gəlməyə kömək edəcək. Bu müharibə milli təhlükəsizlik maraqlarımıza və Avropadakı bütün müttəfiqlərimizin milli təhlükəsizlik maraqlarına çox uyğundur”.

Xatırladaq ki, dekabrın 7-də ABŞ Senatında Respublikaçılar Ağ Evin tələb etdiyi əlavə maliyyə paketi, o cümlədən ABŞ sərhədlərini miqrantlardan qorumaq üçün əlavə tədbirlər görülmədən Ukrayna və İsrailə yardımla bağlı səsvermənin keçirilməsinə mane olublar. ABŞ Prezidenti Co Bayden bunu "siyasi şantaj" adlandırıb, çünki "stavkalar çox yüksəkdir və nəticələri çox əhəmiyyətlidir".

Eyni zamanda, “Reuters”in Ağ Evdəki mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Konqresdə Ukrayna və İsrailə yeni yardımın qəbulunu təmin etmək üçün miqrasiya siyasətinin sərtləşdirilməsi imkanlarını nəzərdən keçirir. Bildirilir ki, hökumət və millət vəkilləri (bir həftədən sonra Milad tətilinə başlayırlar) ABŞ-Meksika sərhədindən qeyri-qanuni mühacirətin qarşısını alarkən, sözügedən iki ölkəyə hərbi yardım göstərəcək saziş bağlamağa hazırdırlar.

Yalnız ümid edə bilərik ki, sonda belə də olacaq. Axı, 2022-ci il fevralın 24-dən Ukrayna Qərb tərəfdaşları ilə konsensusda yaşayır: Kiyev bütün resurslarını müharibəyə göndərir, tərəfdaşları isə mülki xərclərin maliyyələşdirilməsinə kömək edirdi. Ancaq 2024-cü il üçün maliyyə yardımı ilə əlaqədar razılaşmaq çətinləşdi. Qəzza zolağında münaqişə fonunda Ukraynadakı müharibə dünya mediasının manşetlərindən itdi, həmrəylik Avropa İttifaqı (Aİ) və ABŞ-da praqmatik siyasi sövdələşmələrlə əvəz olundu.

Nəticədə hazırkı reallıq ondan ibarətdir ki, yeni büdcə ilinin başlanmasına bir neçə həftə qalmış Ukraynanın 29 milyard dollarlıq xarici maliyyə vəsaiti alacağına inamı yoxdur. Söhbət xərclərin 35%-dən və ya büdcə gəlirlərinin üçdə ikisindən gedir. 2024-cü il üçün ümumi xarici maliyyə tələbləri 41 milyard dollar təşkil edir. Bu, dövlət büdcəsi haqqında qanunda öz əksini tapıb. Ukrayna Maliyyə Nazirliyi əvvəllər bu məbləğin üçdə birindən azını almağa razılıq verib. Bunlar Yaponiya və Böyük Britaniyanın güzəştli kreditləri, həmçinin BVF-dən alınan tranşlardır. Ukrayna ilk növbədə fonddan ilkin kreditlər üzrə ödənişlər etmək üçün sonuncuya ehtiyac duyur.

Ukrayna hökuməti həmçinin Kanada, Norveç və Cənubi Koreya ilə vəsait toplamaq üçün danışıqlar aparır. Lakin bu kreditlər Maliyyə Nazirliyinin ən böyük donorlardan - ABŞ və Aİ-dən alacağını gözlədiyi maliyyə ilə müqayisə oluna bilməz və bununla bağlı problemlər yaranıb. Avropa İttifaqı və ABŞ-dan maliyyələşməyə alternativ tapmaq demək olar ki, mümkün deyil. Ukrayna beynəlxalq kapital bazarlarından kəsilib və digər tərəfdaşların büdcələrində ukraynalıları dəstəkləmək üçün o qədər də əhəmiyyətli vəsait yoxdur.

Nəticədə Ukrayna Rusiya işğalçı ordusunun irəliləməsini cilovlamaq və öz Silahlı Qüvvələrinin növbəti böyük hücuma hazırlığını bərpa etmək üçün strateji müdafiəyə keçir. Bu barədə dekabrın 8-də “The Wall Street Journal” yazır.

Nəşr xatırladır ki, Ukraynanın bərpası üçün vaxt lazımdır. Və həmçinin, Qərb strateqlərinə istinadən nəşr yazır ki, əgər Ukrayna və onun müttəfiqləri çətinliklərin öhdəsindən gələ bilsə və Ukrayna Silahlı Qüvvələrini lazım olan hər şeylə təmin etməyə davam edə bilsələr, ən yaxşı ssenaridə 2024-cü il Ukrayan hərbi qüvvələrinin bərpası ili olacaq.

Bu, o deməkdir ki, 2025-ci ilin yazında Ukrayna yenidən hücum potensialına malik olacaq - “əgər 2024-cü ildə sağ qalsa”. Və burada əsas söz “əgər”dir. Çünki ABŞ və Aİ-dən lazımi miqdarda maliyyə və hərbi yardımın olmaması bu “əgər”in sadəcə baş verməməsi ehtimalını artırır.

Üstəlik, Polşa-Ukrayna sərhədinin kənardan bloklanması davam edir. Təkcə noyabr ayında bağlanma Ukraynanın sərhəddən Polşaya ixracının 40% azalmasına səbəb oldu. Macarıstan və Slovakiya yük maşınlarının etirazlara qoşulmaq qərarı Ukraynanın onsuz da dağılmış iqtisadiyyatı üzərindəki gərginliyi dərinləşdirməklə hədələyir.

Cəbhə xəttindəki Ukrayna qoşunları Polşa ilə sərhədi bağlamağın nəticələrini artıq hiss ediblər. Etirazlar hərbi təchizatla bağlı problemlərə səbəb olub. “The New York Times” yazır ki, Polşa sərhədinin blokadaya alınması onsuz da şiddətli döyüşləri daha da çətinləşdirir. Ukraynanın şərqində döyüşən Ukrayna əsgəri Aleksandr bildirib ki, onun bölməsi hələ də iki gecəgörmə cihazının çatdırılmasını gözləyir.

“Texnika sərhəddə qalıb. Tammiqyaslı işğal zamanı ölkə sərhədlərini bağlamaq üçün polyaklar reallıqdan tamamilə uzaqlaşmalıdırlar. Bununla onlar həm də əllərini lazım olanı gözləyən insanların qanına bulayırlar”, - deyə döyüşçü bildirib.

Amma onun sözləri heç nəyi dəyişmir. Ukraynanın problemləri qartopu kimi böyüyür. O cümlədən insan resurslarının çatışmazlığı ilə bağlı olanlar. Rusiyada insan resursları bundan qat-qat çoxdur. Bütün bunlar ABŞ-dan təcili və böyük maliyyə yardımı olmasa, Ukraynanın 2024 və ya 2025-ci ildə əks-hücum əməliyyatına başlaya biləcəyinə şübhə yaradır.(AYNA)

 Əkbər Həsənov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam