Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

“Ukrayna şahmat taxtasındakı fiqurlardan biridir” –Kiyev Bayden-Si Cinpin görüşündən nə gözləyir?

Məlum olduğu kimi, bu gün San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının(APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında görüş gözlənilir.

Yenixeber.org: Ukraynada həmin görüşə diqqət olduqca yüksəkdir və bu görüşün Rusiya-Ukrayna müharibəsilə bağlı perspektivlərə təsir edəcəyi düşünülür.

Ukraynalı politoloq Valeri Kloçko isə yerli mətbuata açıqlamasında deyib ki, sözügedən görüşdən Ukrayna müharibəsinə dair dərhal və konkret nəticələr gözləmək doğru deyil: “Bu o demək deyil ki, onlar görüşdən sonra mətbuat konfransı keçirəcək və nəyləsə bağlı razılığa gəldiklərini bəyan edəcəklər. Ümumiyyətlə, görüş rəsmən anons edilməyib. Bu, aralıq görüşdür və hökumətlərarası komissiyalar çərçivəsində gələcək danışıqlara hazırlıq ola bilər”.

Kloçko əlavə edib ki, bu görüşün nəticəsində hansısa sənədin imzalanacağını və Ukraynadakı müharibə ilə bağlı hər hansı razılığa gəlinəcəyini gözləmək yersizdir. Bununla yanaşı, politoloq bildirib ki, iki dünya lideri arasında Ukrayna, Yaxın Şərq, Tayvan məsələlərinin müzakirəsi gözləniləndir. Həmin vaxt ABŞ-də Ukrayna nümayəndə heyətinin də olması isə müsbət haldır.

Politoloqun dediyinə görə, görüşdə yeganə mövzu Ukrayna olmayacaq və “Ukrayna sadəcə, şahmat taxtasındakı fiqurlardan biridir”.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam