Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SON DƏQİQƏ! Türkiyə hərəkətə keçdi -Bu ölkə ilə əməkdaşlıq başlayır

Türkiyə hərbi-sənaye kompleksi pilotsuz təyyarələrin modernləşdirilməsi və ortaq istehsalın qurulması üçün Çindən texnologiya almaq istəyir.

Yenixeber.org: Bu barədə Honkonqun “South China Morning Post” qəzeti məlumat yayıb. Qəzetin iddiasına görə, Ankara Pekinin köməyi ilə “Bayraktar TB2”ləri təkmilləşdirmək istəyir.

Pekində yerləşən “Yuan Wang” hərbi beyin mərkəzinin əməkdaşı Çjou Çenminqin sözlərinə görə, Ukraynadakı münaqişə zamanı Türkiyə “Bayraktar TB2”lərin bəzi zəif cəhətləri üzə çıxıb. Ankara bu məqsədlə Çinin öz dron texnologiyasını ona ötürəcəyinə ümid bəsləyir", - deyə, çinli ekspert danışıb.

Qəzet qeyd edir ki, söhbət “Tsaihong” (CH) seriyalı Çin pilotsuz təyyarələrindən və xüsusiyyətlərinə görə Amerikanın “MQ-9 Reaper” ilə müqayisə oluna bilən “BT-001” kəşfiyyat maşınlarından gedir.

Digər çinli hərbi ekspert Son Junpin Türkiyənin Çinlə çoxsaylı buraxılış raket sistemləri, taktiki raketlər və hava hücumundan müdafiə sistemləri ilə bağlı əməkdaşlıq edə biləcəyini söyləyib. "Bu, qarşılıqlı faydalı əməkdaşlıq olacaq. Türkiyə NATO-nun üzvü olduğu üçün Çin xarici bazarda genişlənmək üçün Ankaranın xüsusi statusundan istifadə edə bilər. Çinin Türkiyədə istehsal edilən silahlarının NATO ölkələrinə satılacağını düşünmürəm, onlar yalnız alyansa üzv olmayan dövlətlərə və ya üçüncü ölkələrə satılacaq. Necə ki Türkiyə Ukraynaya pilotsuz təyyarələr satıb", - deyə, Sun Junpin vurğulayıb.

Lakin Şanxay Siyasi Elmlər və Hüquq Universitetindən Ni Lesün Çinin əsas texnologiyaların Türkiyəyə ötürülməsi ehtimalına şübhə ilə yanaşdığını ifadə edib. Onun fikrincə, NATO ölkələri Türkiyədə istehsal olunan Çin silahlarını almaz, çünki bu silahlarda Çinin xüsusi çiplər yerləşdirəcəyindən ehtiyat edirlər.

Çjou Çenminq isə Ankaranın hava hücumundan müdafiə sistemlərinin alınması üzrə tender hekayəsindən sonra Çinin hərbi-sənaye kompleksinin Türkiyə ilə hər hansı əməkdaşlıq variantına ehtiyatla yanaşacağını söyləyir. Xatırladaq ki, 2015-ci ildə iki illik danışıqlardan sonra Türkiyə Çinin “FD-2000” hava hücumundan müdafiə sistemlərinin alınması üzrə 3,4 milyard dollarlıq müqavilədən imtina etmişdi. Ankara həmin il öz seçimini Rusiyanın S-400-lərinin xeyrinə etmişdi. Ruslarla bağlanan sazişin həcmi 2,5 milyard dollardır.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam