Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şok iddia:"Britaniya universitetləri SEPAH-la əməkdaşlıq edir"

 
Qərb ölkələrində SEPAH-ın terrorçu təşkilatlar siyahısına salınması yönündə atılan addımlar, Ukrayna ərazilərini zəbt edən Rusiyaya PUA-lar satması ilə bağlı rəsmi Tehrana göstərilən təzyiqlər qlobal siyasi gündəmi formalaşdıran ən vacib mövzulardan biridir. Elə bu arada İrana qarşı təzyiqlərin təşkilində ön sıralarda gedən Böyük Britaniyanın dronların istehsalında bu və ya digər şəkildə İrana yardımçı olduğu aşkarlanıb.
Yenixeber.org: Böyük Britaniyanın 11 universitetində istehsal olunan bilik və texnologiyalar SEPAH-a intiharçı PUA-ları, İran döyüş təyyarələrinin hazırlanmasında və təkmilləşdirilməsində kömək edib.
Böyük Britaniyanın parlamentarilərinə istinadən bir sıra yerli KİV-lərin yaydığı məlumatda Kembric və İmperator Kollecinin adları çəkilsə də, İranla “ən yüksək səviyyədə əməkdaşlıqda” Kenfild universiteti ittiham olunur.
“Əsas elmlər, mühəndislik və aerokosmik texnologiya sahəsində ixtisaslaşmış Krenfild universitetinin Tədqiqat institutu həm Britaniya Hərbi Hava qüvvələrinin strateji tərəfdaşı, həm də İranın tədqiqat tərəfdaşı olub. Britaniya akademik tədqiqatçıları ilə İran arasında PUA və onun mühərrikləri sahəsində ən azı 16 birgə layihə reallaşıdırılıb. Hərbi sahədə fikir mübadiləsi və birgə məqalələrin yazılması şəklində tədqiqat əməkdaşlığı həyata keçirilib” - məlumatda deyilir.
Maraqlıdır ki, Britaniya mediası Qərbin sanksiyaları altında olan İran universitetləri ilə akademik əməkdaşlığın indi də aparıldığını iddia edib.
Məsələ ilə bağlı hesabatlarda belə layihələrdən birində britaniyalı tədqiqatçıların PUA mühərriklərini təkmilləşdirmək, onun hündürlüyünü, sürətini və uçuş məsafəsini artırmaq, həmçinin raket imkanlarını təkmilləşdirmək üçün İranla əməkdaşlıq etdikləri, hərbi tapşırıqlarda manevr qabiliyyətini artırmaq və bu silahların cavab reaksiyasını sürətləndirmək məqsədi ilə reaktiv mühərriklərin mürəkkəb sistemlərini tədqiqatını apardıqları bildirilir.
Böyük Britaniyanın Lordlar palatasının üzvü, “İsrailin dostları qrupu”nun sədri Lord Stüart Pollak “The Jewish Chronicle” nəşrinə müsahibəsində
- Onların (iranlıların) Britaniya universitetlərində olması bizim çoxdan SEPAH-ı terrorçular siyahısına salmağımızın səbəblərindən biridir. Aydındır ki, İranın pilotsuz uçuş aparatları proqramı İnqilab Keşikçiləri Korpusunun nəzarəti altındadır və bu silahlar Rusiya tərəfindən Ukraynaya qarşı müharibəsində istifadə olunur”, - deyib.
“The Jewish Chronicle” nəşri Lord Pollakdan başqa, Britaniya parlamentinin bir sıra yüksək vəzifəli üzvlərinin də Britaniya universitetlərinin pilotsuz təyyarələrin imkanlarını təkmilləşdirmək üçün İranla əməkdaşlıq etməsi ilə bağlı xəbərlərdən “dərin narahatlıq” keçirdiklərini vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam