Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Politik:"İrəvanda ailə hakimiyyəti qurulur, Akopyan Nikolun yerini tutacaq"

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. "Politik.am" nəşri Akopyanla bağlı sensasiyalı yazı dərc edib.
Yenixeber.org: Məqalə müəllifi iddia edir ki, Ermənistanın növbəti rəhbəri Paşinyanın arvadı ola bilər. Bunun üçün tutarlı şübhələr də yaranıb.
Qeyd edilir ki, Akopyanın son zamanlardakı fəaliyyətinə görə onun ciddi siyasi ambisiyalarının olduğunu ehtimal etmək olar. Heç bir dövlət vəzifəsi olmayan şəxs dövlət başçıları, müdafiə nazirləri, beynəlxalq strukturların rəhbərləri ilə görüşür, hətta tez-tez təxribat xarakterli siyasi bəyanatlar verir, ordu və müharibə problemlərini təhlil edir. Bir sözlə, o özünü uzaqgörən, siyasi konsepsiyaları olan siyasətçi kimi aparır.
"Paşinyanın həyat yoldaşının belə aktiv fəaliyyəti şayiələr səviyyəsində olsa belə hakim partiya daxilində də müzakirələr üçün fürsətə çevrilir. Hətta partiyanın fəal qadın üzvləri məlum proseslərə qısqanclıqla yanaşırlar. Onlar Anna Akopyanı yaxşı tanıdıqları üçün öz aralarında olan müzakirələrdə əminliklə deyirlər ki, bütün bu gedişlər boşuna deyil", - məqalədə yazılıb.
Müəllif hətta siyasi elitada müzakirələrə səbəb olan qalmaqallı varislik iddiaları ilə bağlı hakim partiyanın xanım fəallarından birinin də fiirlərini öyrənib.
"Anna Akopyan çox iddialıdır və eyni zamanda onun maraqlarına uyğun olmayan bütün məsələlərə biganə yanaşır. Deyəsən, o, hansısa fors-major vəziyyətdə ərinin yerini tutacaq”, - adının açıqlanmasını istəməyən partiyanın fəal qadınlarından biri deyib.
"Politik.am"ın iddiaları və şübhələrinin əsaslı olmasını Paşinyanın inqilabla hakimiyyət kürsüsünə yiyələnməsindən sonra avtoritarizmə meyllənməsi də sübut edir. Hətta beynəlxalq təşkilatlar belə indiki baş nazirin Qarabağ klanını devirən zaman söz verdiyi demokratik dəyərləri tətbiq etməməsini dəfələrlə öz hesabatlarına salıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam