Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Azərbaycanla sərhədə indi də “rus NATO-su” gəlir -delimitasiya başlayır?

Politoloq: “Rusiya bölgəyə nəzarət imkanlarını itirməmək, bu imkanları daha da genişləndirmək üçün yeni planlar hazırlayıb və həyata keçirməyə çalışır”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır”. Bunu təşkilatın nümayəndəsi Yuri Şuvalov deyib. O bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyi naminə bu addımı atmağa hazırdır. KTMT rəsmisi əlavə edib ki, qurum digər yardım tədbirləri də göstərə bilər və bu sahədə problem yoxdur.

Yenixeber.org: Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-ni tənqid etmiş, blokun ölkəsindən çıxdığını söyləmişdi.

Xatırladaq ki, 1991-ci ildə - SSRİ dağıldıqdan sonra Azərbaycan-Ermənistan sərhədi demarkasiya və delimitasiya olunmayıb. Hazırki sərhəd şərti xarakter daşıyır. O zaman KTMT qüvvələri sərhədi necə müəyyən edib duracaq?

Bunu da qeyd edək ki, Ermənistan Avropa Birliyinin (AB) uzunmüddətli missiyasını öz ərazisində yerləşdirəndən sonra “rus NATO-su”na marağı daha da azalıb. İrəvan qurumu Azərbaycanın “işğalı”na münasibətdə ədalətsiz mövqe tutmaqda ittiham edir. Bu səbəbə KTMT-nin çağırışlarına məhəl qoymur.

Bəs təklif qəbul olunsa, KTMT öz missiyasını Azərbaycanla razılaşdıracaqmı? Bakının mövqeyi necə olacaq, əgər AB-nin missiyasına razılıq verməyibsə? Çünki sərhədlər Ermənistanın günahı ucbatından hələ dəqiqləşməyib. Komissiyalar formalaşsa da, prosesə başlanmayıb. Bu da yeni hərbi eskalasiya riskini artırıb. 

Bu arada Ermənistan-Azərbaycan sərhədində iki ölkənin nümayəndələrinin görüşdüyü xəbəri yayılıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. “Teh-Kornidzor sahəsində Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə görüş olub, sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparılıb, nəticədə bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam edir, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib. Azərbaycan tərəfi hələ ki görüş barədə rəsmi məlumat verməyib.

Əlavə edək ki, martın 30-da Azərbaycan Ordusu sözügedən istiqamətdə bir sıra yüksəklikləri tutub, mövqeləri təchiz edib və Ermənistanla şərti sərhəd sahəsini nəzarətə götürüb. İndiyədək Azərbaycanın hərbi mövqeləri müəyyən məsafədə idi, çünki bu istiqamətdə erməni tərəfi Texdən Laçın dəhlizinin yeni trasına (2022-ci ilin avqustunda istismara verilib) qədər olan yoldan istifadəyə davam edirdi. Ermənilər isə iddia edir ki, Azərbaycan hərbi qüvvələri Tex kəndinin kənarında (şərti sərhəddə) mövqe tutublar. Eyni zamanda Aravusun sərhədinə gəliblər. Ərazidə traktorlar, texnikalarla möhkəmlənmə işi aparırlar, mühəndislik işləri görürlər, öz postlarını da qurublar. Kənd sakinlərinin iddiasına görə, Ermənistan bu istiqamətdəki - şərti sərhəddəki silahlı qüvvələrini geri çəkib.

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

           Anar Əliyev

Məsələ ilə bağlı suallarımıza cavabında politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, ötən həftə KTMT-nintoplantısında Ermənistana KTMT missiyasının göndərilməsi ilə bağlı fikirlər səsləndi. Ermənistanın təhlükəsizliyi naminə KTMT-nin belə bir addıma hazır olduğu bəyan edildi. İclasdan sonra mətbuat nümayəndələri üçün keçirilən görüşdə qurumun nümayəndəsi hərbi birliyin Ermənistanın təhlükəsizliyi naminə bölgəyə hərbi missiya göndərməyə hazır olduqlarını və bu missiyanın əsas məqsədinin Azərbaycanla Ermənistan sərhədinə yerləşməklə Ermənistanın təhlükəsizliyinin təmin olunmasına xidmət edəcəyini dedi: “Burada bir neçə aydınlaşdırılmalı qeyri-müəyyən məqamlar mövcuddur. Əvvəla, Ermənistanla Azərbaycan arasında sərhədlər delimitasiya və demarkasiya olunmadığı üçün əgər KTMT hərbi missiyası bölgəyə daxil olarsa, hansı ərazidə yerləşəcək və bu sərhədlər necə müəyyən olunacaq ki, hansı hissə Ermənistan, hansı hissə Azərbaycandır. İkinci məqam ondan ibarətdir ki, bölgədə hazırda Avropa Birliyinin uzunmüddətli missiyası fəaliyyət göstərir və bu missiyanın müddəti uzadılarkən məqsəd kimi Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması, atəşkəsin qorunub saxlanmasının təmin olunması, qarşılıqlı inam-etimad mühitinin formalaşması və proseslərin monitorinq edilməsi qarşıya qoyulmuşdu. Belə tapşırıqları yerinə yetirməkdə olan Avropa missiyası ilə KTMT missiyası hansı prinsiplər əsasında fəaliyyət göstərəcək, harada, necə və nəyin əsasında onların fəaliyyətləri koordinasiya olunacaq, bunlar aydınlaşdırılmalıdır. Ən mühüm məsələlərdən biri Avropa Birliyi bölgədə missiyasını uzunmüddətli missiya ilə əvəz edərkən Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərəcək bu missiyanın bölgəyə göndərilməsini Azərbaycanla razılaşdırmamışdı. Ona görə də Azərbaycan bu missiya ilə əməkdaşlıq etmir və beləliklə də missiya demək olar ki, fiaskoya uğrayıb, heç bir real təsir mexanizmləri və imkanları mövcud deyil. Çünki sərhədin əks tərəfi Azərbaycandır və Azərbaycanla əməkdaşlıq etmədən bu sərhəddə baş verə biləcək hadisələrin monitorinqinin və nəzarətinin həyata keçirilməsi, hesabatların hazırlanması qeyri-mümkündür. Bu, Ermənistan qəbul edərsə, bölgəyə göndəriləcək KTMT missiyasının da Azərbaycanla razılaşdırılıb-razılaşdırılmayacağı məsələsini sual olaraq ortaya qoyur. Belə bir missiya Azərbaycanla razılaşdırılmayacaqsa, o halda bu missiyanın real müsbət nəticələr əldə edəcəyi bəri başdan sual altına düşür”.

Politoloqun fikrincə, digər vacib məqamlardan biri Azərbaycanla Ermənistan sərhədində yerləşdirilməsi təklif edilən missiyanın məqsədlərinin dəqiq müəyyən olunması ilə bağlı olmalıdır. Çünki KTMT nümayəndəsi Yuri Şuvalovun dediyi kimi bu, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılacaqsa, onun absurd missiya olduğu öncədən məlum olacaq: “Çünki Ermənistanın təhlükəsizliyi üçün hər hansı təhdid mövcud deyil. Azərbaycan tərəfindən də Ermənistanın mənasız, əsassız iddialarına baxmayaraq, Ermənistana qarşı hər hansı hücum, müharibə təhlükəsi ümumiyyətlə mövcud deyil. Ona görə də bu əsasla bölgəyə missiyanın göndərilməsi də real görünmür. Amma Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, qarşılıqlı inam mühitinin yaradılması və atəşkəs prosesinin təmin olunmasına xidmət edəcək bir missiya yaradılırsa, hesab edirəm ki, bu, öncədən dəqiqliklə missiyanın hədəfləri sırasında qeyd olunmalı, Azərbaycan Ermənistanın təqdim etdiyi kimi təcavüzkar tərəf deyil, uzun illər Ermənistan tərəfindən təcavüzə məruz qalmış, amma artıq Ermənistanla sülh danışıqlarında maraqlı olan tərəf kimi qeyd olunmalıdır”.

A.Əliyev vurğuladı ki, daha bir maraqlı məqam Ermənistanın indiki hakimiyyətinin KTMT-ni açıq formada tənqid etdiyi hazırkı şəraitdə ona KTMT tərəfindən hər hansı dəstəyin nümayiş olunması məsələsidir: “Bu, regionda maraqlı olan digər güclər tərəfindən də maraqla izlənilir. Həmçinin Ermənistan hakimiyyətinin KTMT missiyasına razılıq verəcəyi də inandırıcı görünmür. Çünki Ermənistandakı hakimiyyətin ağaları ona imkan verməzlər. Lakin təbii ki, başda Rusiya olmaqla, hərbi ittifaq çox gözəl dərk edir ki, Cənubi Qafqazda Amerika başda olmaqla, Avropa Birliyi daha aktiv şəkildə iştirakçılığı təmin etməyə çalışır. Ermənistanda anti-Rusiya meylləri də gün-gündən artmaqdadır. Belə bir proseslər fonunda Rusiya təbii ki, bölgəyə nəzarət imkanlarını itirməmək, bu imkanları daha da genişləndirmək üçün yeni planlar hazırlayıb həyata keçirməyə çalışır. KTMT adından məlum təklifin səsləndirilməsi də Rusiyanın Cənubi Qafqaz iddiaları, maraqları ilə bağlıdır. Ona görə də belə bir missiyanın bölgəyə göndərilməsi heç bir halda bölgə dövlətləri və xalqlarının maraqlarına xidmət eləmir. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin daha da kəskinləşməsi, təxribatların artmasına şərait yarada bilər. Həmçinin bölgədə Rusiya-Qərb toqquşmasını reallaşdıra bilər”.(musavat)  

Etibar SEYİDAĞA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam