Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Paşinyan sülhdən danışdıqca müharibə yaxınlaşır -yeni savaşın fitili çəkilir

 

Ermənistan sülh sazişini yubatmaqla ən böyük zərbəni Qarabağdakı soydaşlarına vurur; “Şeytan yuvası” ətrafında mühasirə mütləq məntiqi sonluğuna çatacaq...

Yenixeber.org: Ermənistan rəhbərliyinin sülhlə bağlı dəqiq nə istədiyi doğrudan da müəmma olaraq qalır. Bu barədə son olaraq Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə açıq bəyan eləmişdi. Ermənistan baş naziri Nikol Paşinyanın srağagünkü çıxışı buna zərrəcə şəkk-şübhə saxlamadı. Bir daha bəlli oldu ki, rəsmi İrəvan nə Bakı ilə sülh müqaviləsi imzalamaq və silahlı dəstələri Qarabağdan çıxarmaq fikrindədir, nə də Zəngəzur dəhlizini açmağa hazırlaşır.

Paşinyan, üstəlik, həyasızcasına Azərbaycanın guya Qarabağda etnik təmizləmə aparmaq istəyində olduğunu növbəti dəfə dilə gətirərək, anklavdakı quldur-kriminal birləşmələrin (Nikol onları “özünümüdafiə ordusu” adlandırır) varlığına haqq qazandırdı. Əlbəttə, ağ yalandır. Bakı Dağlıq Qarabağda etnik təmizləmə aparmaq niyyəti güdsəydi, bunu rahatca 44 günlük müharibənin sonunda edərdi və erməni icmasına da dialoq təklif eləməzdi.

Nikol, üstəgəl, sülh sənədinin Ermənistan variantında “Qarabağ haqda bənd”in olduğunu söylədi. Qısası, faktiki öz sələflərinin, radikal-revanşist müxalifətin mövqeyi ilə üst-üstə düşən, son dərəcə təxribatçı, müharibə “qoxusu” verən yanaşma sərgilədi.

Azərbaycan isə sözsüz ki, bir daha Ermənistanla Qarabağ adı keçən heç bir ortaq sənədə imza atmayacaq. Bu, ərazi bütövlüyümüzü bəri başdan şübhə altına almaq anlamına gələrdi.

*****

Paşinyan sülhdən imtina edir? - Separatçılarla görüş...

“Fevralın ortalarında Ermənistan Bakı ilə sülh müqaviləsi layihəsi ilə bağlı növbəti təkliflərini Azərbaycana verib. 2-3 gün əvvəl Azərbaycandan cavab aldıq. Onu da qeyd edək ki, müəyyən irəliləyişlər görürük. Amma nə qədər irəli gediriksə, bir o qədər fundamental problemlər üzə çıxır”, - bunu da srağagün erməni baş naziri söyləyib.

Diqqət edin, əslində son cümlədə rəsmi İrəvanın sülh prosesini sabotaj eləmək niyyəti açıq-aşkar əksini tapıb. Necə yəni “irəli gediriksə, bir o qədər fundamental problemlər üzə çıxır”? Axı məntiqlə əksinə olmalıdır. Yoxsa İrəvan Bakının 5 məlum baza prinsipindən artıq imtina edib?

Demək, söhbət ənənəvi Qarabağ “şərti” və ya əngəlindən gedir. Nə barədə ki, ötən həftəsonu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da aydın şəkildə söyləmişdi. Bildirmişdi ki, Bakı ilə “Dağlıq Qarabağ məsələsi”ndə anlaşma olmayınca sülh müqaviləsi də olmayacaq.

Paşinyan isə deyir ki, sənədin erməni variantında “artsax haqda bənd” var. Bu isə bir tərəfdən, anklavdakı əhalini qızışdırmaq, onu Azərbaycanın reinteqrasiya çağırışlarını sabotaj eləməyə həvəsləndirməklə yanaşı, müharibəyə aparan ən qısa yoldur.

*****

Brüsseldə razılaşdılar, İrəvana qayıdıb “qan-qan” dedilər - Paşinyan  Xankəndinə gələrsə...

Artıq məlumdur ki, Xankəndidəki separatçı rejim Bakının erməni əhalisi ilə növbəti görüşün paytaxtımızda keçirilməsi təklifinə erməni icması adından “yox” deyib.  Bu imtina şübhəsiz, kriminal-separatçı qalıqlarına yaxşı heç nə vəd eləmir. Çünki gün kimi aydındır ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi məsələsində heç kimə güzəştə getməyəcək və “Şeytan yuvası” ətrafında mühasirəni daha da daraldacaq. Azərbaycan həm təmasların bərpası, həm də “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” məqsədilə Qarabağda istənilən an antiterror əməliyyatı keçirə bilər.

Bu mənada İrəvan sülh müqaviləsini ləngitməklə ən böyük pisliyi Qarabağ anklavındakı erməni icmasına edir. “Hraparak” nəşri bu xüsusda Qarabağ ətrafında dairənin daraldığını qeyd edib. “Əldə etdiyimiz məlumata görə, Azərbaycan Ordusu Şuşada və Ağdərədə hazır vəziyyətdədir. Xankəndi hər tərəfdən mühasirəyə alınır”, - yazıb.

Ancaq real təhlükəni anlayan ermənilər də var. Məsələn, Ukraynada yaşayan erməni analitik, hüquq elmləri namizədi, dosent Rüstəm Aloyan əmindir ki, Qarabağ erməniləri Azərbaycana inteqrasiya etməlidir. Aloyan bildirib ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, ona görə də Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyadan başqa yolu yoxdur.

“Ermənistan Qarabağ ermənilərinə cəmi 300 milyon dollar ayırır, qoy Azərbaycan onların qayğısına qalsın, onların çox milyardlıq büdcəsi var, Bakı üçün bu elə də hiss edilməyəcək puldur. Yalnız inteqrasiya!”, - deyə o öz soydaşlarını doğru seçimə səsləyib.

*****

Paşinyan qərarını ELAN ETDİ - Xankəndinə qayıtmaq an məsələsidir … -  Editor.az

Bu arada Rusiya Prezidenti Putinlə Paşinyan arasında telefon danışığı olub. Lakin rusiyalı tanınmış analitik Andrey Petrova görə, bu danışıq heç də İrəvanın ümid etdiyi ssenari üzrə getməyib (Axar.az): “Putin Paşinyana özünü konstruktiv aparmağın zəruriliyini bildirib və söhbəti Ermənistanın indiyədək yerinə yetirmədiyi üçtərəfli razılaşmaların praktiki aspektlərinə həsr edib. Bunu Kremlin yaydığı məlumatda görmək mümkündür. Onların arasında iki ölkə sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması ayrı-ayrılıqda qeyd olunur”.

Ekspertin qənaətincə, Rusiya Ermənistandan bir neçə səbəbdən narazıdır: “Birincisi, İrəvan Bakıya qarşı təxribat törədir. Moskvanın vasitəçiliyi ilə tərəflər arasında sülhün təmin olunmasının bütün mərhələlərini ədalətli və aydın şəkildə müəyyən edən 4 sənəd imzalandı, lakin İrəvan bu sənədlər üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. İkincisi, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı maraqlarının reallaşmasına mane olur. Sabit regiona ehtiyac və iki müttəfiqi arasında hərbi əməliyyatlara son qoyulması ilə yanaşı, Rusiya indi ondan ixrac və idxalda alternativ marşrut yaratmaq üçün istifadə etməyə çalışır - İrəvanın qurmaq istəmədiyi məhz Zəngəzur dəhlizi vasitəsilə. Ola bilsin ki, Ermənistan hakimiyyəti bu mövzudan qəsdən Rusiya ilə sövdələşmə aləti kimi istifadə edir ki, bu da Moskvanı qıcıqlandırmaya bilməz. İrəvan müttəfiqinin çətin vəziyyətindən pul qazanmağa çalışır”.

Onun fikrincə, digər səbəb Ermənistanın Rusiyadan uzaqlaşma kursunu gücləndirməsidir: “Bunu İrəvanın KTMT-də işləməkdən imtina silsiləsi sübut edir: birincisi, Paşinyan KTMT-nin İrəvan sammitinin sənədlərini imzalamır, sonra respublika təşkilatın öz ərazisindəki təlimlərini ləğv edir, ardınca baş katibin müavini vəzifəsindən imtina edir. Qərblə Rusiya arasında genişmiqyaslı geosiyasi qarşıdurma zamanı Ermənistan Qərbin təhlükəsizlik rəsmilərini, hətta onların tərkibini genişləndirmək perspektivi ilə içəri buraxdı ki, bu da Moskvada yalnız xəyanət kimi qiymətləndirilə bilər”.

Analitik hesab edir ki, Kremlin yaydığı mesaj Ermənistan hakimiyyətinə son xəbərdarlıq kimi qiymətləndirilməlidir. “İrəvan Azərbaycan hakimiyyəti ilə Qarabağ iqtisadi rayonundakı ermənilər arasında dialoqa müdaxilə etməməli, xüsusən də onları Azərbaycan Ordusuna qarşı yeni müharibəyə hazırlamamalıdır. Bakı konstruktiv işlə məşğuldur. Moskvaya lazımdır ki, İrəvan buna qarışmasın”, - deyə o əlavə edib.

Paşinyan hökuməti isə faktiki yeni müharibənin fitilini çəkmək üzrədir... “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam