Ermənilərin “kitabı” bağlanır -ABŞ Bakıya sanksiya tətbiq etməyəcək, İranı isə...
Zaman Azərbaycana işləyir; bölgədə Rusiyanı Türkiyə əvəzləyəcək, Ermənistan miskin statusu ilə barışmalı olacaq, cənubdakı havadarının da ona əli çatmayacaq...
Yenixeber.org: Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumu bir gerçəyi çılpaqlığı ilə ortaya qoydu: bölgədə sülhə əngəl olan iki dövlət varsa, biri İran, digəri isə Ermənistandır. Demək, onların bir-biri ilə əməkdaşlığı regiona çox böyük təhdid yarada bilər. Daha bir səbəbə: İran da, Ermənistan da terror dövlətləri, terroru himayə edən ölkələrdir.
Təəssüf ki, xristian amili səbəbindən Qərb hələ də Ermənistanı özünə bir “köynək” yaxın saymaqdadır. Əslində isə o, sadəcə, İranın bir tayıdır. Hər ikisi bölgəni qarışdırmaqla, fitnə-fəsad yaratmaqla məşğuldur. Belə olmasaydı, İrəvan Bakı ilə məlum 5 prinsip əsasında sülh müqaviləsi imzalayar, bununla da bölgədə gərginlik böyük ölçüdə bitərdi.
Amma Ermənistan kapitulyasiya aktına imza atsa da, İran kimi simsarlarından stimul alaraq, hələ də sırtıqcasına “artsax” deyib-durur, “öz müqəddəratını təyinetmə haqqı”ndan dəm vurur. Görəsən, bapbalaca bir millət öz müqəddəratını neçə dəfə təyin etməlidir - o ki ola gəlmə bir tayfa, “Qafqaz qaraçıları”? Amma nə yaxşı ki, zaman mənfur qonşuların gözləntisinə rəğmən, onların əleyhinə işləyir. Nədən ki, situasiya bölgədə və dünyada bambaşqadır. Ermənilər də artıq hamının zəhləsini tökmüş ağlağan və hər cür yardım alsa da, daima narazı qalan uşaq qismində görülür. Onun başından yekə iddiaları, xüsusən də ikinci erməni dövləti xülyası (birini qurdular, qaldı ikincisi!) get-gedə adiləşərək qlobal gündəmdə ən sonuncu yerə yuvarlanıb.
Bir sözlə, dünyanın dərdi indi ermənilər deyil, bu, birmənalıdır. Deyəsən, yavaş-yavaş bunu özləri də dərk eləməyə başlayıblar...
*****
“Hazırda Qərbdə öz müqəddəratını təyin etmək əvəzinə, Artsaxın erməni əhalisinin təhlükəsizliyi və hüquqları ilə bağlı tezislər işlənilir. Yəni Artsaxın hüquqlarından danışarkən onlar Artsax xalqının 30 ildir danışdığı xalqların öz müqəddəratını təyinetmə hüququnu deyil, təhlükəsizlik və sərbəst hərəkət hüququnu nəzərdə tuturlar. Artıq vəziyyət dəyişib”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu erməni politoloq-amerikaşünas Suren Sərkisyan yerli mətbuata müsahibəsində deyib.
Sərkisyana görə, ABŞ heç vaxt Bakıya qarşı sanksiya tətbiq etməyəcək, ona görə ki, Azərbaycan ABŞ üçün Ermənistandan heç də az əhəmiyyətli ölkə deyil, hətta ondan da önəmlidir: “Dövlət katibi Blinkenin İranla Azərbaycan arasında hərbi münaqişə olacağı təqdirdə ABŞ-ın Bakını dəstəkləyəcəyi barədə bəyanatını yada salın. Yəni Azərbaycan İranı hərbi əməliyyatlara cəlb etməyin ən yaxşı yollarından biri hesab olunur. Bu, böyük oyunun yalnız tərkib hissədir. Ona görə də Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcəklər”.
Ancaq tək İran məsələsi deyil. Azərbaycan kvazi-dövlət Ermənistandan fərqli olaraq artıq özünü tam təsdiqləmiş, bölgənin hər mənada ən güclü, hesablaşılan və açar dövlətidir. Üstəlik, Rusiya ilə uzunmüddətli qarşıdurma fonunda Qərb üçün son dərəcə qiymətli və əhəmiyyəti getdikcə artan karbohidrogen ehtiyatına malikdir. Odur ki, nə qədər gec deyil, kapitulyant ölkə öz yerini bilsin və ona təklif edilən statusla barışsın! Üstəgəl, Türkiyə amili var. NATO üzvü Türkiyə.
Bu xüsusda erməni amerikaşünasın söylədiyi də diqqət çəkir. “Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara bilsə, bu boşluğu kim dolduracaq” sualına o, belə cavab verib: “Türkiyə. Çünki ABŞ bizim bölgəmizdə yoxdur, onlar çox uzaqdadırlar və Amerikaya burada hərbi mövcudluq gərək deyil. Düzünü desəm, başa düşə bilmirəm, ABŞ niyə Ermənistanı öz strateji müttəfiqi Türkiyədən qorusun ki? Yaxud ABŞ niyə Ermənistanı digər dostu Azərbaycandan müdafiə etməlidir? Ərəb dünyasında Amerikanın maraqlarına İsrail təmin etdiyi kimi, bizim regionda da Türkiyə Amerikanın maraqlarını təmin də bilər. Bəli, Türkiyə problemli və proqnoz edilməyən müttəfiqdir, lakin müttəfiqdir, həm də təbii müttəfiq”.
Erməni politoloq bu və digər səbəbdən uzağı 2025-də Azərbaycanın “əl-qolu”nun tam açılacağını düşünür. O, Bakının Qarabağdakı Rusiya sülhməramlıların qalma müddətini uzatmayacağı, əvəzində digər beynəlxalq sülhyaratma missiyasının da Qarabağa gəlməsinə razı olmayacağına da əmindir.
“Beynəlxalq hüquqda sülhməramlı qoşunların göndərilməsinin ən mühüm prinsipi tərəflərin razılığıdır. Yəni hər iki tərəf razılaşarsa, istər BMT, istərsə də ATƏT mandatı altında sülhməramlı missiya yerləşdirilə bilər. Hətta Aİ, BMT və ya hər hansı bir başqasının istəyi olsa belə, ilk növbədə tərəflərin razılığı lazımdır. Azərbaycan iki il keçdikdə rusların getməsindən sonra başqasının gəlməsinə razı olacaqmı? Qəti şəkildə deyə bilərik ki, Azərbaycan buna razılıq verməyəcək. Rusların da müddətin uzadılması ilə bağlı problemləri olacaq. Bu müddətin uzadılması üçün səbəblər axtaracaqlar. Lakin bunun üçün onların çox az əsasları var”, - deyə o qeyd edib.
*****
Beləliklə, uzağı 2025-ci ilədək separatçılar daxil, ermənilərin “kitabı” bağlanacaq. Ermənistan yerində oturdulacaq və haqq elədiyi miskin statusu ilə barışmalı olacaq. Havadarı İranın da ona əli çatmayacaq - əgər ona kimi o, indiki sərhədlində qala bilsə... “Müsavat"