Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İŞİD Pakistanın Kabildəki səfirliyinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

Yenixeber.org: Səfirliyə hücumdan bir neçə gün sonra İslam Dövlətinin regional qanadı bununla bağlı bəyanat yayıb.

Bu hücumdan sonra Pakistan Xarici İşlər Nazirliyi Ubaid-ur-Rahman Nizaminin Kabildə silahlı hücumdan sağ çıxdığını bəyan edib. (“Khaama Press”)

Pakistan Xarici İşlər Nazirliyi hücumun hədəfinin Əfqanıstandakı səfirə sui-qəsd olduğunu iddia edib, buna baxmayaraq, o, xəsarət almayıb və mühafizəçilərindən biri ağır yaralanıb. Əfqanıstandakı hazırkı administrasiyanın səlahiyyətliləri də Pakistan səfirliyinə hücumu pisləyib və diplomatik missiya və binalara qarşı oxşar hücumların qarşısını almağa söz verib.

Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Mövlavi Əmir Xan Müttəqi ilə hücumla bağlı telefonla danışıb. Müttəqi söhbəti zamanı söz verib ki, Pakistan səfirliyinin təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək və o, bu hadisənin günahkarlarını tapmaq və məsuliyyətə cəlb etmək üçün hər cür cəhd göstərəcək.

Zərdari bildirib ki, bu cür hərəkətlər iki qardaş xalq arasında əlaqələri kəsə bilməz və İslamabadın səfirliyi bağlamaq və ya diplomatları təxliyə etmək planları yoxdur. (Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam