Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İRANIN ƏFQANISTAN NARAHATLIĞI:Tehran yeni komandan Qaaninin təcrübəsindən necə yararlanacaq?

 

Kolin Klark, Ariane Təbatəbai

“Foreign Affairs”, 08.06.2020

 

Yenixeber.org: Əfqanıstanın mərkəzi hökuməti ilə “Taliban” arasındakı uzun sürən müharibəni sona çatdırmaq üçün danışıqlar şiddət spazmları ilə yavaş-yavaş uzanır. “Taliban” və “İŞİD Xorasan”ın Əfqanıstan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücumlar tez-tez baş verir, İŞİD tez-tez şiə icmalarını hədəf alır. İstənilən həll seçənəyi, ehtimal ki, ABŞ-dan döyüş qüvvəsini ölkədən çıxartmağı tələb edəcək. ABŞ prezidenti Donald Tramp təxminən iyirmi illik mövcudluqdan sonra Əfqanıstandan ayrılmaq istəyir və ilin sonuna qədər bir sıra qüvvələrin sayını azaltmanı nəzərdən keçirməyi planlaşdırır.

Amerika qüvvələrinin azaldılması İranı Əfqanıstandakı nüfuzunu genişləndirmə ilə təmin edə bilər. Tehran uzun müddətdir şərq qonşusundakı qeyri-sabitlikdən ehtiyat edir: on illərlə davam edən münaqişə yüz minlərlə əfqan qaçqını İrana yönəldib və o bu günə qədər İraqda, Suriyada və Yəməndə olduğu kimi, bu ölkəyə müdaxilə etməkdən çəkinir. Ancaq indi manevr üçün daha çox imkan olacaq, həm öz maraqlarını qorumaq, həm də ABŞ-ın maraqlarına xələl gətirmək üçün Əfqanıstan işlərinə daha sərt müdaxilə etmək istənilə bilər.

 

Sabitlik axtarışında

Tehran və Vaşinqton Yaxın Şərqin bir çox yerində kəllə-kəlləyə gəlir, amma Əfqanıstanda ortaq məqsədləri var. İran 2001-ci ilin sonlarında ABŞ-ın işğal səylərini dəstəkləyib, Kabildə “Taliban”ı əvəzləyəcək koalisiyanın qurulmasına kömək edib. İşğaldan sonrakı erkən danışıqlarda İran rəsmiləri “Taliban”dan sonrakı dövrdə demokratik seçkilərin keçirilməsinin vacibliyinə israr ediblər. Bu gün nə İranın, nə də ABŞ-ın “İŞİD Xorasan”ın ölkədə daha da böyüməsini görmək istəyi yoxdur.

İran Əfqanıstanda sabitlik tələb edir. İki ölkənin məsaməli sərhədi var və Əfqanıstandakı qarışıqlığın nəticələri tez-tez İran ərazisində üzə çıxır. İran yüz minlərlə əfqan qaçqınına ev sahibliyi edir; eyni zamanda, tiryəkin Avropaya qaçaqmalçılığı üçün əsas tranzit yeridir.

1990-cı illərin sonlarında, 1998-ci ilin sentyabrında “Taliban” Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərində bir neçə İran diplomatını öldürdükdə, iki ölkə müharibə həddinə gəlib çıxdı. İran rəhbərləri intiqam almaq üçün minlərlə əsgəri sərhəd bölgəsinə yerləşdiriblər.

“Taliban”a olan etibarsızlıq hazırkı mərhələdə Əfqanıstan içindəki müzakirələrin nəticəsindən doğur. Tehran “Taliban”ın ən sərt elementlərindən qorxur, Pakistan və Səudiyyə Ərəbistanına yaxın olan bu fraksiyaların yeni mərkəzi hökumətdən uzaq olmasını istəyir. Sünni “Taliban”ın ən sərt elementləri, bəlkə də “İŞİD Xorasan” kimi olmasa da, şiələrin ağır çəkisi olan İranla əlaqəli deyil və bu antirəğbət hissləri qarşılıqlıdır. Buna baxmayaraq, Kabildə “Taliban” elementlərini özündə cəmləşdirən mərkəzi hökumətlə işləmək Tehranın əsas maraqlarını qorumağa kömək edərsə, Tehran onu qəbul etməyə hazırdır.

Həqiqətən də, İran son illərdə iqtisadi, diplomatik və təhlükəsizlik təşəbbüsləri ilə bəzi “Taliban” qrupları ilə əlaqələrini bərpa etməyə və möhkəmləndirməyə çalışıb.

İranın Əfqanıstandakı əsas siyasi və iqtisadi maraqlarına İran mallarının Əfqanıstan bazarına çıxışı təmin etmək və sərhədləri daxilindəki qeyri-sabitlikdən qorunmaq daxildir. Onun iqtisadiyyatı hələ də ABŞ sanksiyalarının təsirindən və COVID-19 böhranının iflicindən əziyyət çəkir. Rəsmilər Əfqanıstandakı xaosun sərhəd boyunca qaçqınların daha bir dalğasına səbəb olacağından və İranın fəsadları qarşılaya bilməyəcəyindən narahatdırlar.

COVID-19 İranda məşğulluq və səhiyyə xidmətlərinə qoşulmaq üçün qaçqınlar arasında uzun müddətdir əsas çətinlikdir. İran minlərlə əfqanı deportasiya edib, lakin daha çox zorakılıq yeni qaçqın axınına səbəb ola bilər. Buna görə də, İran daha aktual sayılan digər prioritetlərə diqqət yetirir, sabitlik rejimini təmin edən status-kvo tərəfdarıdır, xüsusən də ölkədə koronavirusun geniş yayıldığı və rekord gündəlik ölüm sayının olduğu dövrdə.

Ancaq İranın Əfqanıstan işlərinə müdaxilə etmək məcburiyyətində qalacağı hallar var. Tehran, məsələn, “Taliban”ın radikal fraksiyalarının aparıcı rol oynayacağı və Əfqanıstandakı İran maraqlarına meydan oxumağa çalışacağı halda, Kabildə qurulacaq mərkəzi hökumətin qəbuledilməz olduğunu saya bilər.

Bu vəziyyətdə İran Əfqanıstanın qərbində daha böyük qarışıqlıqlara qarşı tampon bölgə olaraq xidmət etməsi üçün qoşun yerləşdirə bilər. Əfqanıstan hökuməti “İŞİD Xorasan”ı təsirli bir şəkildə zəiflədə bilmədiyi, həm İran maraqlarına, həm də şiə icmalarına birbaşa təhlükə yaratmağa davam etdiyi halda, İran hərəkətə keçə bilər. Bu vəziyyətdə İran liderləri milislərinin əfqan təhlükəsizlik qüvvələrindən daha yaxşı icraçı ola biləcəyi qənaətinə gələcək.

 

Yeni cəbhə?

İran Əfqanıstana müdaxilə qərarına gəlsə, bunun üçün güclü alətləri var. “Qüds” Qüvvələrinin yeni komandanı, briqada generalı İsmayıl Qaani Əfqanıstanda uzun illərin təcrübəsinə sahibdir və 1980-ci illərdə İran-İraq müharibəsində, 1990-cı illərdə “Taliban”a qarşı Tehran üçün vuruşan əfqanları səfərbər etmək üçün əməliyyatçı rolu oynayıb.

İran ABŞ-ın Əfqanıstana hücumunu kəşfiyyat və etibarlı dəstəklə təmin edib və “Taliban”ın Milli Birlik Hökuməti ilə əvəzlənməsi prosesini dəstəkləyib. Qaani İran-Əfqanıstan sərhəddində narkotik ticarəti, qaçaqmalçılıq və digər cinayətkar qruplarla mübarizəyə dair dərin biliklərə sahibdir. Bu təcrübə Qaaninin bölgədəki qeyri-sabitliyi və sərhəd boyunca təhdidləri daha güclü anlamasını təmin edir.

Ancaq ola bilsin ki, İranın müdaxiləsi Tehranın başqa yerə yerləşdirdiyi hərbi qüvvəsi ilə həyata keçirilsin. İran Suriyada şiə döyüşçülərinin batalyonlarını yetişdirib. Bu işə cəlb olunanların çoxu Əfqanıstan və Pakistan mənşəlidir. Əfqan döyüşçüləri Hələbdə, Dəməşqdə, Latakiyada və Qalamun bölgəsində döyüşən 1000.000 nəfərlik “Liva Fatemiyun”da birləşiblər. Suriyadakı qarşıdurma potensial olaraq sona çatdıqda, şiə döyüşçüləri Əfqanıstana qaytarıla bilər.

“İŞİD Xorasan” qruplaşması dəhşətli zorakılıq etmə qabiliyyətinə malikdir. Hazırda döyüşçüləri əsasən Əfqanıstanın şərq hissəsində, Pakistanla sərhəddə, İrandan uzaqda yerləşir, lakin İŞİD, qrupun 2017-ci ilin iyulunda etdiyi kimi, İrana hücum etməyə qadir olduğunu sübut edib.

Proksi qüvvələr İranın xarici siyasətində və strategiyasında əsas yer tutur. “Qüds” Qüvvələri, Livandakı “Hizbullah”dan tutmuş Yəməndəki husilərə qədər, bütün Yaxın Şərqdə əlaqəli fəaliyyət göstərir. İran liderləri hələ də general-mayor Qasim Süleymaninin yanvarın əvvəlində öldürülməsindən təsirlənmiş görünür və Əfqanıstanda Vaşinqtona qarşı cəbhə açmaq qərarına gələ bilərlər. ABŞ-ın geri çəkilməsini sürətləndirmək üçün bir sıra hücumların təşkil edilməsi mümkündür. Qeyri-müntəzəm hücumlar ABŞ silahlı qüvvələrinin, Vyetnam və ya Somalini tərk etməsi kimi, İrana təbliğat qələbəsi verər.

Tehranın hədəfə düşməməsi üçün əfqan-şiə hərbçilərindən etibarlı şəxs kimi istifadə etməsi mümkündür. “Fatemiyun” və digər milislər vasitəsilə İran ABŞ-ın qalan aktivlərinə və yerli tərəfdaşlarına hücumlarla, ABŞ-ın Əfqanıstandakı maraqlarını mürəkkəbləşdirə və ya çox güman ki, Əfqanıstanın bəzi hissələrinin təhlükəsizliyini təmin edə, ölkədə öz maraqlarını artıra bilər.

İran Suriyadakı minlərlə əcnəbi döyüşçünü, o cümlədən əfqanları silahlandırmaq, yetişdirmək və ödəmək üçün milyardlarla dollar xərcləyib. Qaaninin əfqan şiə döyüşçüləri ilə təcrübəsi bu yaraqlıların İranın xarici siyasətində daha çox rol oynaya biləcəyini göstərir. Kabildə gələcək hökumətin forması necə olursa-olsun, Tehran şərq sərhədinə diqqəti artıracaq və “ən yaxşı forması müdaxilə müdaxilədir” qənaətinə gələ bilər.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam