Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rusiyalı karyera diplomatından heyrətamiz və şok faktlar

 

 Erməni əsilli nazir öz soydaşlarının Rusiya Xarici İşlər Nazirliyində məskən salması üçün ideal şərait yaradıb; Qarabağ probleminin illərlə uzanmasının daha biri səbəbi üzə çıxır... 

"Xeberinfo.com":   Redaksiyamıza Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ofisindən idarə edilən anti-Azərbaycan kampaniyası haqda sensasion xarakterli material daxil olub. Məqalənin müəllifi adının gizli saxlanmasını istəyən, 30 illik staja malik rusiyalı uğurlu karyera diplomatıdır. Hazırda da o, Rusiya Xarici İşlər Nazirliyində (XİN) işləyir.

 
Onu bu materialı hazırlamağa vadar edən əsas səbəb isə özünün qeyd elədiyi kimi, erməni lobbisinin XİN-də, Dövlət Dumasında, Rusiyanın başqa dövlət strukturlarında kök salmasıdır. Oxucularımız, ictimaiyyətin ən  geniş təbəqələri üçün maraqlı olacağını nəzərə alıb yazını olduğu kimi, Azərbaycan türkcəsinə çevrilmiş variantda, ixtisarsız və üslubuna toxunmadan təqdim edirik.

Tehrandakı Rusiya səfirinin “erməni altlığı”

Şərq ölkələri ilə əlaqələr diplomatlardan xüsusi ustalıq və istedad tələb edir. Heç yerdə olmadığı qədər məhz bu sahə üzrə işlədiyin cəmiyyətlərdə formalaşmış fikir-rəyləri, adət-ənənələri, toplumun aludəçilikləri, kəsəsi, “yerli spesifika” adlandırılan hər şeyi ciddiyə almaq vacibdir. Misal üçün, etnik yəhudini Səudiyyə Ərəbistanına və ya əksinə, etnik ərəbi İsrailə səfir göndərmək olmaz. 
“Bu adam o dəqiqə başa düşdü ki, Levan Caqaryanın İran səfirliyinə namizədliyi Sergey Lavrovun çox xoşuna gələcək, çünki onların hər ikisi ermənidir və hər ikisi Tiflisdə doğulub”
Sadalanan xüsusiyyətlər nəzərə alınarsa, 2011-ci ilin oktyabrında Ermənistan əsilli Levan Caqaryanın İrana Rusiya səfiri göndərilməsi qəribədən də betər, hətta qalmaqallı hadisə idi, nədən ki, İran əhalisinin 1/3-dən çoxunu etnik azərbaycanlılar təşkil edir (rəqəm reallıqda daha böyükdür - red.) Bu, elə Rusiyanın Ermənistana etnik azərbaycanlını səfir göndərməsi kimi eyni şeydir. 
Yersiz olmaz xatırlatsaq ki, Azərbaycan-Ermənistan konflikti zamanı Tehran müdrikdən də artıq müdrik bir mövqe sərgilədi, emosiyalara imkan vermədi və İrandakı ciddi yerli siyasi elitaların Azərbaycana təcili kömək eləməklə bağlı tələblərini rədd elədi. Bununla da İran və onun Ali dini lideri faktiki surətdə Ermənistanı xilas eləmiş oldu. Üstəlik, bununla Güney Qafqaz regionunu total müharibədən və qarmaqarışıqlıqdan qurtardı. Tehran bunun hesaba alınmasını və Moskvadan daha ölçülü-biçili qərar gözləyirdi, nəinki erməni əsilli birinin səfiri təyin edilməsini.
Qeyd edək ki, 1996-cı ildə, 40 yaşlı Levan Caqaryan yalnız Rusiyanın İrandakı səfirliyinin 1-ci katibi postunadək yüksəlmişdi. Bu, çox ləng bir yüksəliş hesab olunur. Sonra o, Tacikistana - postsovet Orta Asiyanın təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyan bir dövlətə elçi-müşavir göndərildi. Və yenə eyni mənzərə: Caqaryan təşəbbüslər göstərmədi, bu ölkədə Rusiyanın maraqlarını irəli aparmaq üçün can yandırmadı, operativ və vacib problemlərin həllinə formal yanaşdı. Həm Tehranda, həm də Düşənbədə boş məşğuliyyət və qeyri-sağlam lovğalıqdan savayı heç nə ilə yadda qalmadı. Bir sözlə, diplomatiyanın yalnız təmsilçilik funksiyası və tapşırıqlarını yerinə yetirən tipik bürokratdır ki, var.
15 il sonra Caqaryan İrana səfir kimi qayıtsa da, onunla eyni ranqda birgə işləmiş Əli Mustafabəyli bir diplomatik pillə də yüksəlmədi və İsfahana baş konsul göndərildi. Səbəb aydındır yəqin ki - Mustafabəyli azərbaycanlıdır və onun Rusiya XİN-də karyerası bağlanıb”
Müstəqillik və dövlətçi düşüncə tərzi tələb edən vəzifələr belələri üçün əks-göstərişdir. Ona görə də Düşənbədən sonra o, Rusiya XİN-in mərkəzi aparatında lövbər saldı. Ola bilsin, orada o, heç nə ilə yadda qalmadan pensiyayadək sakitcə işləyərdi, əgər Moskvada, ümumən Rusiyada da “erməni intibahı” baş verməsəydi.  
Bu “intibahın” pik məqamlarından biri 2004-cü ilin martına -  tər-təmiz erməni olan Sergey Lavrovun (əsas familiyası Kalantarovdur, Lavrov isə atalığının soyadıdır) Rusiyanın xarici işlər naziri təyin olunmasına təsadüf elədi. Məhz 2004-cü ildən Rusiya XİN-in rəhbər postlarında ermənilərin sayı kəskin artdı. Buna əmin olmaq üçün Sergey Lavrovun 11 ildir başında durduğu xarici siyasət idarəsində vəzifə alan ermənilərin və rusların nisbətinə nəzər salmaq kifayətdir.
Doğrudur, buna kimi “gürcü intibahı” da olmuşdu: xarici işlər naziri Eduard Şevardnadzenin dönəmində SSRİ XİN-in müxtəlif həlqələrinə yüzlərlə etnik gürcü axışıb gəlmişdi və 1990-cı ilin sonu üçün onlar faiz nisbətində artıq SSRİ XİN-in şəxsi heyətinin 20 faizindən çoxunu təşkil edirdilər. 
İki çeçen müharibəsi və Rusiyanın “müsəlman” regionlarından olan paytaxt diasporların zəifləməsindən sonra erməni diasporunun Moskva biznes və siyasətinə təsiri və nüfuzu kəskin artdı. Görünür, yeni nazirin bioqrafiyasında etnik faktı nəzərə alaraq Zamir Kabulov - XİN-in İkinci Asiya Departamentinin direktoru (yeri gəlmişkən, Rusiyadan keçən NATO-Əfqanıstan tranzit marşrutunun təşəbbüskarlarından olub) Levan Caqaryanın namizədliyini Yaxın Şərqin həlledici ölkələrindən birinə səfir təklif edib (Rusiya XİN-in qara funksioneri Zamir Kabulov haqda ayrıca xüsusi yazı olacaq).
Rusiyada ”erməni intibahı"nın pik məqamı 2004-cü ilin martına - təmiz erməni olan Sergey Lavrovun (əsas familiyası Kalantarovdur, Lavrov isə atalığının soyadıdır) Rusiyanın xarici işlər naziri təyin olunmasına təsadüf elədi. Məhz 2004-cü ildən Rusiya XİN-in rəhbər postlarında ermənilərin sayı kəskin artdı"
Söz düşmüşkən, çoxları bilir ki, Kabulov İrana və iranlılara olduqca neqativ münasibət bəsləyir. O, “İranlılar əfqanlardan betərdir!” ifadəsinin müəllifidir və bununla fəxr edir. Vaxtilə İran tərəfinin təşəbbüs göstərdiyi onlarla görüş məhz onun sayəsində, quru bürokratik bəhanələrlə - “Sizin arzunuz rəhbərliyə çatdırılacaq”, “Biz sizin təşəbbüsünüzə baxacağıq” və ya “Rusiya tərəfi hesab edir ki, belə bir görüşə heç bir lüzum yoxdur” şəklində cavablarla əngəllənib. 
Bu, onun tərəfindən əvvəla, aşkar qərbyönlü oriyentasiyasına görə edilirdi. İkincisi, onun iranlılara münasibətdə mövqeyinə belə bir fakt iz qoyub: 1983-cü ilin aprelində, diplomatik karyerasının başlanğıcında o, 18 sovet diplomatından biri kimi “persona non-qrata” elan edilib və Tehrandan qovulub. Bununla da, necə deyərlər, “İran sindromu” qazanıb.
Ancaq siyasi düşüncəsi yerli-dibli olmayan Kabulov zəif diplomat, həddən-ziyadə kobud və özü haqda yüksək fikirli insan olsa da, rəhbərliyin ovqatını tutmağı əla bacarır. İrana səfir təyin edilməsi zamanı bu adam o dəqiqə başa düşdü ki, Levan Caqaryanın namizədliyi Sergey Lavrovun çox xoşuna gələcək, çünki onların hər ikisi ermənidir və hər ikisi Tiflisdə doğulub. Üstəlik, belə bir təyinat bütün bu illər ərzində tamahkarlıqdan alışıb-yanan gözləri ilə İran bazarına baxan beynəlxalq erməni lobbisinin artan maraqlarına da cavab verirdi. 
İstisna deyil ki, təyinat zamanı başqa motivlər də əsas götürülüb. Amma məhz bu versiya (erməni amili - red.) hər halda, az-çox məntiqli şəkildə izah edir ki, nədən adi, tamamilə önəmsiz bir məmur Rusiyanın xarici siyasəti üçün ən mühüm postlardan birinə göndərilib? 
Xarakterikdir ki, həmin 1996-cı ildə Tehranda Levan Caqaryanla birgə etnik azərbaycanlı Əli Mustafabəyli də elçi-müşavir (yəni Rusiya səfirinin müavini) işləyirdi. Di gəl, 15 il sonra Caqaryan İrana səfir kimi qayıtsa da, Mustafabəyli bir diplomatik pillə də yüksəlmədi və İsfahana baş konsul göndərildi. Özü də bu təyinatadək o, həmin vəzifədə artıq bir dəfə işləmişdi. Baş konsul postu isə səfir olmadıqda onu əvəzləyən elçi-müşavirlikdən aşağı vəzifə sayılır. Səbəb aydındır yəqin ki - Əli Mustafabəyli azərbaycanlıdır və onun Rusiya XİN-də karyerası bağlanıb. 
*    *    *    *    *
 
Uşaq kaprizlərinə, qeyri-sağlam lovğalığına və diktator davranışına görə səfirlik əməkdaşlarının tezliklə yerli“şahənşah” adı verdiyi Caqaryanın işinin yekunlarının Rusiyanın İrandakı maraq və hədəflərinə sözsüz ki, heç bir dəxli yoxdur. Onun səfir olduğu müddətdə iki ölkə arasında mal dövriyyəsi tarixi minimuma enib. Tehran-Moskva münasibətlərində daima ciddi anlaşılmazlıqlar yaşanır. Rusiyanın İran siyasətini qiymətləndirən müşahidəçilərdə həmişə belə təəssürat yaranır ki, Rusiya XİN-i, sadəcə olaraq, bu ölkədə baş verənlərə, İran cəmiyyətində və rəhbərliyində bu və ya digər məsələlərə hansı baxışların mövcud olmasına oriyentasiya etməyi bacarmır. 
Moskva, necə deyərlər, “kor-koranə” hərəkət edir, iranlılar baş verənlərdən heç nə başa düşə bilmirlər, səfir fəaliyyətini səfirlik ərazisi ilə məhdudlaşdıran Caqaryan isə yerli KİV-lərlə, siyasətçilərlə, ictimaiyyət nümayəndələri ilə işləməkdən qaçır. İranın siyasi, işgüzar və mədəni dairələri ilə ciddi əlaqələrin yaradılmasına nail olmur, buna can atmır - çünki sadəcə olaraq, vəziyyəti, yerli qüvvələr nisbətini və elitaların ovqatını bilmir. Ona etimad göstərilmir və praktik surətdə heç bir səviyyədə qəbul eləmirlər.
Levan Caqaryan uzun müddət öz səriştəsizliyini onunla ört-basdır elədi ki, qərbyönlü prezident Dmitri Medvedyev dönəmində Rusiya Qərblə “yumşalma” siyasəti həyata keçirməyə və Tehrana münasibəti Vaşinqton və İsrailin mövqeyini nəzərə almaqla qurmağa başlamışdı. Məhz həmin dönəmdə BMT Təhlükəsizlik Şurasının bir sıra anti-İran qətnamələrini Moskva dəstəkləmiş, demək olar, Buşehr AES-in tikintisini dayandırmış, İrana S-300 zenit-raket sistemlərini verməkdən imtina eləmişdi və Tehranla dünya arenasında, Yaxın Şərq üzrə qarşılıqlı əməkdaşlıqdan uzaqlaşmışdı.
Ancaq 2012-ci ildə Moskvada situasiya köklü surətdə dəyişdi, çünki...
Ardı var...
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam