Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

XİN-dən nazirin səfəri haqda açıqlama

 

Azərbaycan Xarici İşlər Nazirliyi nazir Elmar Məmmədyarovun Rusiyaya səfəri haqda açıqlama yayıb.

"Xeberinfo.com":   Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər zamanı nazir Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
Görüş zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovun səfərinin yüksək səviyyədə olan ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. 
Rusiyanın XİN başçısı Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın bir çox sahələrdə, o cümlədən humanitar sahədə uğurla davam etdiyini bildirmiş və bu il Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum zamanı Azərbaycanda Rusiya Mədəniyyət Günlərinin təşkil olunacağını qeyd edib. Eyni zamanda S.Lavrov 2015-ci ilin sentyabr ayında Sankt-Peterburq şəhərində Arktikanın neft-qaz yataqlarının araşdırılması ilə bağlı tədbirin keçiriləcəyini söyləyib və bura Azərbaycanın sənaye və energetika nazirinin də dəvət olunduğunu bildirib. Bundan əlavə Rusiyanın xarici işlər naziri bu ilin sentyabr ayında Yekaterinburqda keçiriləcək Hökumətlərarası İqtisadi Komissiyanın iclası çərçivəsində regionlararası forumun da təşkil olunacağını bildirərək, Sverdlovsk vilayətində isə hərbi texnika sərgisinin keçiriləcəyini və burada Azərbaycan nümayəndə heyətinin iştirakını gözlədiklərini vurğulayıb. 
Nazir Elmar Məmmədyarov rusiyalı həmkarına təşəkkür edib və və görüşün Azərbaycan və Rusiya prezidentlərinin tapşırığına uyğun olaraq baş tutduğunu bildirib. E.Məmmədyarov həmçinin İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilən danışıqların uğurla nəticələnməsi münasibəti ilə rusiyalı həmkarını təbrik edib. Bu danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayan Azərbaycanın XİN başçısı buradakı vəziyyətin tam stabilləşməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruri olduğunu söyləyib. Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan Azərbaycanın xarici işlər naziri burada Rusiyanın həmsədr ölkəsi kimi rolunu önə çəkib. 
Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu istiqamətdə ardıcıl iş apardığını, həmsədrlərin mütəmadi təmasda olduqlarını və münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vaxtının çatdığını vurğulayıb və bunun üçün bütün əsasların olduğunu söyləyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam