Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Azərbaycan və Rusiya yeni plan hazırladı

 

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2015-2016-cı illər üçün məsləhətləşmələr planı imzalanıb.

"Xeberinfo.com":  Məlumata görə, sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdikləri görüşdən sonra imzalayıblar.
Sergey Lavrov Azərbaycanın Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda strateji tərəfdaşı olduğunu qeyd edərək deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi keçən il 16 faiz artaraq tarixi maksimuma çatıb. Azərbaycanla Rusiya regionları arasında əlaqələr inkişaf edir. Artıq Yekaterinburqda keçiriləcək IV regionlararası foruma hazırlıq başa çatır.
Rusiyalı nazir azərbaycanlı həmkarı ilə danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunulduğunu vurğulayıb. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi Rusiya üçün priroitet məsələdir. Biz bu münaqişənin həm ikitərəfli münasibətlər çərçivəsində, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi danışıqlar vasitəsilə həll olunması üçün səylərimizi davam etdirəcəyik.
S.Lavrov bildirib ki, üç həftə sonra Azərbaycanda tarixdə ilk dəfə Avropa Oyunları keçiriləcək. Bu Oyunlarda Rusiyanı geniş tərkibdə həm rəsmi nümayəndə heyəti, həm də idmançılardan ibarət nümayəndə heyəti təmsil edəcək. Avropa Oyunlarının keçirilməsində Azərbaycana uğurlar arzulayırıq.
Azərtac xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarının Azərbaycan-Rusiya münasibətlərinin inkişaf tempi ilə bağlı fikirlərini bölüşdüyünü qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının vacibliyindən danışan nazir bildirib ki, Sergey Lavrovun da dediyi kimi, bu problemin həlli çoxdan yetişib. Nazir rusiyalı həmkarının nikbinliyini bölüşdüyünü, dünən və bu gün onunla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş müzakirələr aparıldığını diqqətə çatdırıb.
E.Məmmədyarov Xəzər dənizinin hüquqi statusu ilə bağlı da müzakirələr aparıldığını və Azərbaycanın Xəzərin hüquqi statusuna dair mövqeyinin bir çox müddəalarda Rusiya ilə üst-üstə düşdüyünü söyləyib.

 

ANS PRESS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam