Yenixeber.org: Məsələn, "Politik" saytı yazır ki, indi alınan "Pinaka" silahları ilə də uzağa getmək mümkün deyil. Baş nazir Nikol Paşinyanın cümə günü verdiyi müsahibəni xatırladan müəllif qeyd edir ki, ölkə rəhbəri silah idxalı ilə bağlı problemlərdən xüsusi olaraq danışıb. Bu dəfə o, 60-80-ci illərin silahlarını metal qırıntıları adlandırıb. “İndi bəziləri müsahibə verir, deyirlər ki, biz belə etdik, elə etdik, bu belə oldu, elə oldu... İstərdim ki, metal qırıntılarının idxalı ilə silah-sursat, hərbi texnika idxalını səhv salmayaq. Çünki 60-80-ci illərin silahlarının idxalını normal silah və hərbi texnikanın idxalı ilə qarışdırmaq olmaz”, - Paşinyan deyib.
Müəllif qeyd edir ki, əgər Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Nikol Paşinyanın bu bəyanatını əsas götürsə, o zaman ən azı bir neçə epizod üzrə cinayət işi başlamalı və baş nazir təqsirləndirilən şəxs qismində prosesə cəlb edilməlidir. Çünki dövlət büdcəsindən yüz milyonlarla dollar çıxarılıb. Ermənistana metal qırıntılarının idxalı üçün büdcə talanıb.
2019-cu ildə Paşinyanın rəhbərlik etdiyi hökumət İordaniyadan "Osa-AK" hava hücumundan müdafiə sistemi aldı. Bu sistemlər İordaniya ordusunda istifadədən çıxarıldı. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, saziş Ermənistana 27 milyon dollara başa gəlib. Hələ 2019-cu ildə bir çox ekspert bu sistemləri metal qırıntıları adlandırmışdı. Bəyan olunurdu ki, məlum silahlar Ermənistanın və ya Qarabağın havasını qoruya bilməyəcək.
Bu satınalma fonunda separatçıların "rəhbəri" Arayik Arutyunyan İctimai Televiziyanın efirində Qarabağın hava məkanının tamamilə tamamilə qapandığını qorunduğunu bəyan etdi. Nəticə? Paşinyan hökumətinin aldığı "Osa-AK"lar müharibənin elə ilk günlərində uğursuzluğa düçar oldu və Azərbaycanın Qarabağ ərazilərinin hava məkanı tamamilə açıq, müdafiəsiz qaldı. Bu da öz növbəsində çoxsaylı itkilərə səbəb oldu.
Gülməli olan başqa bir məsələ budur ki, Paşinyanın bəyanatından bir gün əvvəl dövlətə bağlı bütün media orqanları hazır tezisləri dərc edərək Hindistandan “Pinaka”ların alınması ilə bağlı təriflər yayırdı. Bu sistemlər hələ də 80-ci illərin layihəsi kimi təqdim olunur. Paşinyanın məntiqinə görə onlar da metal qırıntıları sayıla bilər. Onu da qeyd edək ki, dünyada heç bir ölkə Hindistandan "Pinaka" sistemlərini almayıb. Birinci və yeganə ölkə Ermənistan oldu. Təbii ki, Hindistan çox da geridə qalmış ölkə sayılmır. Lakin silahlanma baxımından bir çox ölkələrdən, hətta qonşu İran İslam Respublikasından geri qalır.
Mətbuatda yayılan məlumatlara görə, Ermənistan Hindistan istehsalı olan silahların alınmasına 270 milyon dollardan çox pul xərcləyib. Paradoks isə budur ki, Paşinyan əmindir ki, 1981-ci ildə hazırlanmış və heç bir ölkəni maraqlandırmayan bu sistemlər metal qırıntıları sayılmır. "Pinaka"lar öz sinfinin digər sistemlərindən bir neçə dəfə ucuzdur və effektiv olsaydı, müxtəlif ölkələr onları çoxdan kütləvi şəkildə alardı.
Bir sözlə, Paşinyanın qiymətləndirməsini əsas götürsək onun hökumətinin metal qırıntılarına əbəs yerə 300 milyon dollardan çox pul ödədiyi ortaya çıxır. Əgər həqiqətən də dövlətin Milli Təhlükəsizlik Xidməti, prokurorluq və digər hüquq-mühafizə sistemləri normal fəaliyyət göstərsəydi, o zaman Paşinyan və onun hökuməti bu paradoksa görə cavab verəcərdi.
İrəvanın dəmir qırıntısı:Niyə heç kim "Pinaka" almaq istəmir?
Ermənistanın Hindistandan bahalı silahlar alması erməni cəmiyyətində bir sıra suallar yaradıb. Yerli mediada İrəvanın müharibədən yalnız 2 il sonra zorla hansısa ölkədən silah-sursat ala bilməsi, bunu Hindistan kimi silah satışı baxımdan perspektivsiz ölkə ilə reallaşdırmalarını tənqid edən yazılar dərc edilir.