Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

"Putin səfərbərlik problemlərini etiraf edir" -Britaniya kəşfiyyatı

 
Rusiya prezidenti Vladimir Putin ölkədə elan edilmiş qismən səfərbərliklə bağlı problemləri çox tez anlayıb. Xüsusilə, cəbhəyə planlaşdırılanları deyil, fərqli adamları aparırlar. Bundan əlavə, səfərbər olunanlar çadır şəhərciklərinə yerləşdirilirlər.
Yenixeber.org: Bu barədə Britaniya Müdafiə Nazirliyi “Twitter”də məlumat yayıb.

Bildirilir ki, Putin 2022-ci il sentyabrın 29-da səfərbərliklə bağlı Milli Təhlükəsizlik Şurasına müraciət edib. Rusiya prezidenti qeyd edib ki, səfərbərlik kampaniyası zamanı çoxlu suallar yaranır və “biz səhvlərimizi operativ şəkildə düzəltməli və onları təkrarlamamalıyıq”.

"Putinin problemlərin olduqca tez bir zamanda etiraf etməsi, səfərbərliyin ilk həftə ərzindəki disfunksiyasından xəbər verir. Çox güman ki, yerli məmurlar kampaniyanın dəqiq miqyasından və hüquqi əsaslarından xəbərsizdirlər. Demək olar ki, onlar Putin və Müdafiə Nazirliyinin planlarına uyğun gəlməyən kadrları cəlb edirlər”, - Britaniya kəşfiyyatı yazıb.

Məlumatda o da yazılıb ki, səfərbər edilmiş ehtiyatda olan əsgərlər hələ də çadır düşərgələrində toplaşmağa davam edirlər. Rusiya rəsmiləri isə onlara təlim keçmək və yeni bölmələrə rəhbərlik edəcək zabitlər tapmaqda çətinlik çəkəcəklər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam