Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Ermənistanda və Qarabağdakı “Şeytan yuvası”nda təlaş -sentyabrın 1-dək...

Separatçı-quldur birləşmələri ətrafında çənbər daralır; rusiyalı politoloq: “Bir Qarabağ var, o da Azərbaycanın tərkibində bölgədir və nöqtə”

Yenixeber.org:  Azərbaycan Ordusunun 3 avqust antiterror əməliyyatı ermənilərin ciddi səylərinə rəğmən, beynəlxalq səviyyədə Bakıya ünvanlı hər hansı qınağa səbəb olmadı. ABŞ və Avropa (İttifaqı), Rusiya ümumi ifadələrlə, tərəflərə sülh çağırışı ilə kifayətləndilər. Həmçinin Ermənistanı özünə “kiçik bacı” sayan Fransa ənənəvi anti-Azərbaycan ritorikasından çəkindi. Bunu prezident Emmanuel Makronun baş verənlərlə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə srağagünkü telefon zəngi və danışığından da görmək olardı.    

Ən çox diqqət çəkən isə ərazimizdə sülhməramlı qüvvələri olan Rusiyanın “dişsiz” mövqeyi oldu. Bu da erməni tərəfdə gözlənildiyi kimi, hiddət və qəzəb doğurdu. Narazılıq hətta baş nazir Nikol Paşinyan səviyyəsində dilə gətirildi.

Bu narahatlıq əlbəttə ki, əbəs deyil. İrəvan əndişəlidir ki, rus hərbçilərinin susqunluğu fonunda gələn dəfə Azərbaycan daha genişmiqyaslı antiterror əməliyyatı keçirə bilər. Müdafiə Nazirliyimizin son məlumatında isə belə bir sitat var: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür”.

Demək, davamı gələ bilər. Yəni Bakı təkcə 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq erməni qoşunların çıxarılmasını yox, həm də separatçı-terrorçuların tərk-silah olunmasını tələb edir. Bəzi ehtimallara görə, bu məsələdə Rusiya tərəfi ilə ilkin anlaşma əldə edilib. Başqa sözlə, rəsmi Bakının israrından sonra 4-cü bəndin icrası - erməni hərbi birləşmələrinin çıxarılması bütün ciddiliyi ilə artıq ikitərəfli gündəmə oturub. Bundan əlavə, Laçın dəhlizinin yeni marşruta köçürülməsi razılaşdırılıb və hər iki məsələnin avqustun sonuna qədər icrasına dair razılıq əldə olunub.

*****

Deyəsən, vəziyyətin ermənilərin xeyrinə inkişaf eləmədiyindən artıq ermənilərin özləri də duyuq düşməyə başlayıblar.

“Azərbaycan ən geci sentyabrın 1-dək vaxt verib ki, Laçın dəhlizindən keçən və Ermənistandan Qarabağa (Azərbaycanın Qarabağ bölgəsi - red.) aparan marşrut dəyişdirilsin”.

Bunu News.am-a müsahibəsində Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan deyib.

“Bəs niyə bu müddət ərzində Ermənistan yeni tikinti ilə bağlı məsələ qaldırmayıb? Pərdə arxasında hakimiyyət bu marşrutla razılaşıb, lakin sonrakı addımları atmayıb. Başa düşərək ki, yolun Ermənistana aid hissəsini çəkməsələr, böyük problemlər yaranacaq, onlar yenə yolu tikməyiblər”, - deyə deputat bildirib.

*****

Diqqətçəkicidir ki, srağagün - Bakının antiterror əməliyyatından bir gün sonra Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkovun “Şeytan yuvası” Xankəndində erməni ictimaiyyətinin nümayəndələri ilə görüşündə masa üzərində 31 ildə ilk dəfə Azərbaycan bayrağı qoyulub - Rusiya və Ermənistan bayraqları ilə yanaşı. Separatçıların əski parçası isə gözə dəyməyib.

Məlumata görə, görüş zamanı Volkov Qarabağda yaranmış vəziyyətlə bağlı sülhməramlı qüvvələrin mövqeyini izah edib və gərginliyin aradan qaldırılması üçün fəaliyyət göstərdiklərini bildirib.

Siyasi müşahidəçilərin fikrincə, ermənilərlə görüşdə masa üzərində ilk dəfə Azərbaycan bayrağının olması onlara separatçı rejimin gələcəyinin olmadığı fikrinin aşılanması baxımından əhəmiyyətlidir. İstisna deyil ki, son əməliyyatdan sonra Bakının sülhməramlılar qarşısında qoyduğu tələblərdən biri məhz budur - separatçı-kriminalların hər hansı atributunun reklamından imtina...

*****

Bu da maraqlıdır ki, Azərbaycan Ordusu Qarabağda separatçı-terrorçuların dərsini verdiyi gün Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşrində Azərbaycanın xeyrinə, ərazi bütövlüyümüzün dəstəkləndiyi obyektiv məqalə dərc olunub. Qarabağdakı erməni əhali isə “erməni əsilli Azərbaycan vətəndaşları” adlandırılıb. Müəllifi politoloq-jurnalist Aleksandr Karavayev olan məqalədə habelə Rusiyanın dəstəyi ilə “Qarabağ məsələsinin Azərbaycanın və bölgənin bütün sakinlərinin, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının maraqlarına uyğun surətdə nizamlanmağa yaxın olduğu” vurğulanır.

“Ümid edək ki, bugünlərdə müşahidə olunan və faktiki olaraq İrəvanın nəzarətində olan silahlı birləşmələrin təhrik etdiyi təxribat regionda növbəti eskalasiyaya səbəb olmayacaq. Əksinə, yalnız erməni qisasçılarının ağıllarını başlarına gətirəcək”.

Vitali Arkov

Bu sözləri isə rusiyalı politoloq Vitali Arkov “Qisas” antiterror əməliyyatını Axar.az-a şərh edərkən deyib.

“Bütün tərəflər Rusiya lideri Vladimir Putinin sülhməramlı vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı sənədlərə əməl etməlidir. Fikrimcə, vəziyyətin gərginləşməsi zamanı bölgədə sülhməramlı missiyası olan Rusiya nümayəndələri əziyyət çəkməməlidir, əks halda bu, çətin proqnozlaşdırıla bilən, ən azı siyasi nəticələrə gətirib çıxara bilər. Azərbaycana üç tələb irəli sürən Ermənistanın Baş naziri Nikol Paşinyanın mübahisəli bəyanatlarına - ”Dağlıq Qarabağ" adlı ərazi vahidinin mövcudluğunu qəbul etmək, Qarabağda “təmas xətti”nə və “Laçın dəhlizinin mövcudluğuna hörmət etməyə” gəlincə, Qarabağın statusu çoxdan hüquqi və dönməz şəkildə müəyyən edilib və beynəlxalq sənədlərdə qeyd olunub. Bu, Azərbaycanın ayrılmaz hissəsidir. Moskvanın xahişi ilə Bakı müvəqqəti olaraq Qarabağda Azərbaycan ordu"su və hüquq-mühafizə qüvvələrinin əvəzinə təhlükəsizliyi Rusiya sülhməramlılarına həvalə etdi. Qarabağda “prezident”, “hökumət” və “dqr parlamenti” adına heç nə yoxdur. Çünki belə bir dövlət qurumu yoxdur. Bir Qarabağ var ki, Azərbaycanın tərkibində bir bölgədir. Və nöqtə", - o bildirib.

Ekspert qeyd edib ki, Bakının Qarabağda yaşayan və Azərbaycana qarşı döyüşməyən şəxslərin ölkə vətəndaşlığını qəbul etməyi tələb etməyə haqqı var: “Əgər Paşinyan Bakıya Laçın dəhlizini xatırladırsa, onda İrəvanın günahı ucbatından hələ də bağlı olan Zəngəzur dəhlizini xatırlamaq onun üçün qəbahət olmaz”.

Başqa sözlə, İrəvanda unutmamalıdırlar ki, “havayı pendir yalnız tələdə olur”. Azərbaycanın birtərəfli yaxşılıqları və güzəştləri sonsuzadək olmayacaq...    


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam