Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

QƏHRƏMAN "AZOV" POLKUNUN SON BÖLÜYÜ TƏSLİM OLDU -Rusiya MN yeni kadrlar yaydı + VİDEO

“Azovstal” poladəritmə zavodunun ərazisi tam təmizlənib". 

Yenixeber.org: Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, zavod ərazisində müqavimət göstərən 2400-dən çox ukraynalı hərbçi silahı ataraq təslim olub..

Rusiya Müdafiə Nazirliy Mariupolun "Azovstal" ərazisində döyüşən "Azov" polkunun qəhrəman döyüşçülərinin son qrupunun təslim olduğu kadrları  yayıb.

Bu qəhrəman döyüşçülər 80 gündən çox Rusiya hərb maşınına qarşı dayanmağı və müharibənin seyrini dəyişdirməyi bacardılar. Heç şübhə yoxdur ki, təminatları olsaydı, "Azov"çular heç vaxt ruslara təslim olmazdılar. Ancaq mühasirəyə alınmaları onları silah və ərzaqla təmin etməyə imkan vermədi. Ukrayna hökumətinin də çağrışı ilə bu qərarı verməyə məcbur oldular. 

Dinc insanları, qadın, qoca və uşaqları öldürməkdən çəkinməyən rus ordusunun bu qəhrəman döyüşçülərə əsirlikdə hansı dəhşətli işgəncələr verəcəyini təsəvvür etmək çətin deyil. Onları aşağılamağa, Rusiyadan üzr istətməyə çalışacaqlar. Ancaq istənilən halda bu qəhrəman döyüşçülər tarix yazdılar və tarixdə yazılacaqlar. 

Unutmayaq ki, onlar yalnız Ukrayna üçün deyil, Rusiya imperiyasının öz qanlı caynağını uzatdığı bütün ölkələr, o cümlədən, Azərbaycan üçün döyüşdülər! "Azpolitika"

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam