Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azovstal” döyüşçülərinin taleyi necə olacaq? -“Ən azı onların güllələnməyəcəyinə dair zəmanət var”

““Azov” üzərində beynəlxalq koalisiya işləyir və bu koalisiya onların dəyişdiriləcəyinə dair zəmanət verib. Müvəqqəti işğal altında olan Mariupolda silahı yerə qoyan və Ukrayna komandanlığının göstərişi ilə Rusiya tərəfinə təslim olan bütün “Azov” döyüşçüləri hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin qoruması altındadırlar”.

Yenixeber.org: Bu sözləri ukraynalı hərbçi və ictimai xadim Viktor Yaqun Ukrayna mətbuatına müsahibəsində deyib.

O, qeyd edib ki, “silahı yerə qoyun” əmrini yerinə yetirən “Azov” müdafiəçilərinin bir çoxu müvafiq sənədləri dolduraraq, beynəlxalq koalisiya üzvlərinə təqdim ediblər: “Hətta İkinci Dünya Müharibəsi zamanı bu kartları dolduran müharibə əsirlərinə Qırmızı Xaç vasitəsilə yardımlar olunurdu. Onların ailələriylə əlaqə qurmalarına şərait yaradılırdı, mütəmadi olaraq onların vəziyyətləri öyrənilirdi və sair”.

 

Viktor Yaqun bildirib ki, “Azov” döyüşçülərinin əsirlikdən xilas olunmaları üçün beynəlxalq koalisiya tam gücüylə işləyir: “Onlar qısa müddət ərzində “Azov” müdafiəçilərinin rus hərbi əsirlərlə dəyişdiriləcəyilə bağlı zəmanət də veriblər. Lakin buna baxmayaraq, Rusiya ələ keçirilən “Azov” döyüşçülərini psevdo-məhkəmələrə çıxararaq, “əlavə şou” yaratmağa çalışır. Kreml “Azov”çuların hamısını Rusiyaya aparıb. Bu, ən azından onların güllələnməyəcəyinə dair bir növ zəmanət verir. Çünki Rusiya ölüm hökmünü adətən öz sərhədlərindən kənarda, qondarma respublikaların ərazisində verir”.

Ekspert qeyd edib ki, Azovstaldan təxliyyə olunan bütün yaralı hərbçilərə tibbi yardım göstərilib və onların bir qismi Rusiya ərazisndəki xəstəxanalara köçürülüblər.

Xatırladaq ki, 80 gün “Azovstal” ərazisində mühasirə şəratində döyüşən 2400-ə yaxın “Azov” müdafiəçisi mayın 21-də silah-sursat və ərzaq etiyatları tükəndiyindən rus hərbçilərinə təslim olublar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam