Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“BÖYÜK DÖVLƏTLƏR ARASINDA MÜNAQİŞƏ EHTİMALI ARTIR” –ABŞ generalı xəbərdarlıq edir

“Dünya getdikcə daha qeyri-sabit olur və böyük dövlətlər arasında ciddi beynəlxalq münaqişə ehtimalı azalmır, daha da artır", - çərşənbə axşamı Konqresdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli bildirib", - Turan-ın Vaşinqton müxbiri xəbər verib.

Yenixeber.org: Onun sözlərinə görə, böyük dövlətlər arasında ciddi beynəlxalq münaqişənin baş verməsi ehtimalı artır. Amerika hərbçiləri "ABŞ-a və ya bizim müttəfiqlərimizə hücum etməyə cəhd edən hər kəsin qarşısını almağa və zərurət yaranarsa, ona qalib gəlməyə hazırdır".

General Rusiyanın Ukraynaya təcavüzünü "Avropanın və bəlkə də bütün dünyanın sülh və təhlükəsizliyi üçün ən böyük təhlükə" adlandırıb. O qeyd edib ki, Putinin müharibəsi təkcə Avropada sülhü və sabitliyi deyil, həm də qlobal sülhü təhdid edir.

Rusiyanın Buçada və bütün Ukraynada törətdiyi vəhşiliklərə cavab olaraq, ABŞ, Avropa İttifaqı və G7 ölkələri bu gün Moskvaya qarşı yeni sanksiyalar paketini elan etmək imkanlarını nəzərdən keçirirlər.

Çərşənbə axşamı Vaşinqton elan edib ki, Ukraynaya təhlükəsizlik sahəsində 100 milyon dollarlıq əlavə yardım göndərəcək. Buraya tank əleyhinə sistemlər də daxildir. Bu barədə dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Aprelin 1-də Pentaqonun elan etdiyi 300 milyon dollarlıq yardımla birlikdə bu əlavə yardım sayəsində Ukraynaya təhlükəsizlik sahəsində ümumi dəstək bu administrasiyanın işə başlamasından bu yana 2,4 milyard dollardan və fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra 1,7 milyard dollardan çox təşkil edir.

“Biz döyüş meydanında və danışıqlar masası arxasında Ukraynanın mövqeyini gücləndiririk, həmçinin cinayət faktlarının sənədləşdirilməsi üçün məlumat toplanması və günahkarların məsuliyyətə cəlb edilməsi məqsədilə onların müvafiq orqanlara təqdim olunması üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə işləyəcəyik", - Blinken deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam