Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putinin son qalası da çökür:“Çin Rusiyaya görə ABŞ-la münasibətlərini korlamayacaq”

                       Deputat: “ABŞ-Rusiya qarşıdurmasında qalib tərəf Çin olacaq”

       Politoloq: “Putin nə qədər ağılsız imiş ki, buna getdi”

Yenixeber.org: ABŞ-ın ticarət naziri Cina Raimondo Çin şirkətlərini Rusiyaya qarşı sanksiyaları pozacaqları təqdirdə, ABŞ-ın əsas texnologiyalarına giriş qadağası ilə hədələyib. Deyib ki, Bayden administrasiyası SMIC və Çinin digər çip istehsalçılarının qabaqcıl çiplərin yaradılması üçün vacib olan ABŞ istehsalı alətlər və proqram təminatına çıxışını dayandıra bilər. Onun sözlərinə görə, onlar bu materialı Rusiyaya verməməklə öz maraqlarını güdürlər.

Amerika mətbuatı iddia edir ki, ABŞ Rusiya və Belarusda çiplərin ixracına qoyulan qadağanı pozan istənilən Çin şirkətini bağlaya bilər. Qeyd edək ki, Ukraynaya müdaxilədən əvvəl Rusiya çiplərin çoxunu Çindən alırdı.

Bir çox ekspertlər hesab edirlər ki, Ukrayna müharibəsi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının (ÇXR) rəhbəri Si Tsinpin arasındakı əlaqələri imtahana çəkir. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü Çinə də baha başa gəlir. Bu iki nəhəng dövlət ABŞ və Qərbə qarşı vahid cəbhədə mübarizə aparsa da, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra rəsmi Pekin Moskvanı müdafiə etməkdən imtina edir. Anlayır ki, bu halda sürətlə inkişaf edən iqtisadiyyatını zərbə altına qoya bilər.

Xatırladaq ki, inauqurasiya çıxışı zamanı Bayden ölkəsinin Rusiya və Çinə qarşı ciddi mübarizəyə səfərbər olacağını bəyan edib. Çinin Vaşinqtonun strateji müttəfiqi Tayvanı öz ərazisi adlandırması ABŞ-Çin münasibətlərini zərbə altına qoymaqla yanaşı, bu iki dövlət arasında hərbi ritorikanı da artırır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev mövzunu şərhində söyləyib ki, ABŞ hər vəchlə Rusiya ilə Çinin arasını vurmağa çalışır: “ABŞ-Rusiya böhranının ABŞ-Çin qarşıdurmasına gətirib çıxaracağı inandırıcı deyil. Hazırda Amerika və Avropa bütün diqqətini Rusiyaya qarşı yönəldib. Şimal qonşumuza qarşı tarixdə ilk dəfə olaraq ağır iqtisadi, maliyyə və digər sanksiyalar tətbiq olunur. Ən yüksək səviyyədə olan məmurlardan tutmuş onların ətrafında olan oliqarx-biznesmenlərə qədər rus elitasının əmlaklarına əl qoyulub. Rusiyanın neft-qaz sektoruna tətbiq edilən sanksiyalar isə daha təsirli olacaq. Çünki bu ölkənin iqtisadiyyatının əsasını məhz həmin sahələr təşkil edir”.

“Belə olan halda Moskva ilə iqtisadi-siyasi münasibətlərdə olan dövlətləri də bu prosesə cəlb etməyə çalışacaqlar. Burada əsas məqsəd sanksiyaların effektivliyini artırmaq və daha dağıdıcı olmasını təmin etməklə, qısa müddətdə hədəfə çatmaqdır. Aydın məsələdir ki, Çinlə Rusiya arasında ikitərəfli və çoxşaxəli strateji müttəfiqlik münasibətləri mövcuddur”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, xarici siyasətdə hər iki dövlət qarşılıqlı dəstək nümayiş etdirir: “Çin böyük dövlətdir və Qərbin ondan əsas istəyi odur ki, Rusiyaya qarşı sanksiyalarda iştirak etsin. Amerika xarici siyasətində Çini əsas rəqib kimi göstərsə də, Moskvaya yönəlik sanksiyaların daha təsirli olması üçün onunla da əməkdaşlığa hazırdır. Bu sıraya Venesuelanı da əlavə etmək olar. Artıq Venesuela ilə münasibətlərin bərpası istiqamətində iş aparılır. Çünki Rusiya neftindən və qazından asılılığa son qoymaq üçün bu ölkə daha cəlbedici görünür”.

“Hazırda Çinin bəzi bankları sanksiyalardan yayınmaq üçün Rusiyadakı layihələrini maliyyələşdirməkdən imtina edib. Rusiyanın ətrafında halqanı daha çox sıxmaq və gəlir yerlərini daha çox qapatmaq niyyəti güdən bu siyasət davam edəcək. Bütün bunların fonunda Amerika Çinlə də danışıqlar aparmağa məcburdur. Yəqin ki, buna səy göstərəcək. Hər vəchlə Çinin Rusiyaya mümkün dəstəyinin qarşısını almağa çalışacaqlar”, - deyə deputat bildirib.

Məhəməliyev əlavə edib ki, ABŞ-Rusiya qarşıdurmasında qalib tərəf Çin olacaq: “Bu embarqolardan Rusiya ilə yanaşı Qərb dövlətləri də zərər görəcək. Onların arasında olan münaqişədən qazanan tərəf isə Çin olacaq. Pekin beynəlxalq münasibətlər sistemində öz rolunu dərk edir və bu böhrandan daha çox mənfəət əldə etməyə çalışacaq. Çini Rusiya ilə münasibətlərdən tamamilə ayırmaq ABŞ və Avropa üçün heç də asan olmayacaq”.

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, Çin Rusiyaya görə ABŞ-la münasibətlərə xələl gətirməyəcək: “Çin dünyanın nəhəng dövlətlərindən biridir. İqtisadiyyatı sürətlə böyüməkdədir və məhz bu səbəbdən Amerika onu özünə əsas rəqib elan edib. Bu gün ABŞ və Avropa başda olmaqla dünyanın hər tərəfindən Rusiyaya qarşı təzyiqlər davam edir. Putin elə bir səhvə yol verdi ki, artıq ölkənin çöküşdən xilası mümkün deyil. Nəhəng korporasiyalar Rusiyanı tərk edir, neft və qaz satışı dayandırılır, ağır maliyyə və iqtisadi sanksiyalar tətbiq edilir. Rus rublu sürətlə dəyər itirir və oliqarxlar hər gün milyardlarla dollar ziyana düşürlər”.

“Bir ay belə davam etsə, əhaliyə pensiya belə, verə bilməyəcəklər. Belə bir şəraitdə Çin nəyə görə Rusiyaya “stavka” etsin ki? Təbii ki, etməyəcək və zərurət yarandığı təqdirdə ABŞ-la bir yerdə olacaq”, - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, Çin Rusiyanı müdafiə etməyə deyil, münaqişədən daha çox qazanmağa çalışır: “Mövcud şərait Çinin dünya iqtisadiyyatında əhəmiyyətini daha da artırır. Rusiyanın gəlirləri əsasən neft və qaz sektorundan idi. Artıq ABŞ, Britaniya kimi dövlətlər Rusiyadan neft və qaz idxalını dayandırır. Böyük neft-qaz şirkətləri Rusiya bazarını tərk edirlər. Yüzlərlə şirkət, qlobal brend artıq bazarda yoxdur”.

“Müharibədən öncə mənə bu barədə müraciət edən jurnalistlərə bunun mümkün olmadığını deyirdim. Görün Putin nə qədər ağılsız imiş ki, buna getdi. Nəinki Çin və digər dövlətlər, rusların özləri də Putini müdafiə etməyəcəklər. O, mənasız və qudurğan rəftarının bədəlini ödəyəcək. Güman ki, bu qərar onun sonunu gətirəcək və heç bir ölkə də onunla yaxınlıq etməyəcək”, - deyə Əlizadə fikrini yekunlaşdırıb.(AYNA)

Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam