Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Gərginlik artır:Daha 3 rus gəmisi Aralıq dənizinə daxil oldu- FOTO

Gərginlik artır:    Daha 3 rus gəmisi Aralıq dənizinə daxil oldu-    FOTO
Rusiya ilə Qərb ölkələri arasında yaranmış gərginlik pik həddə çatıb. Son günlər Ukraynada yeni müharibənin başlanacağı ilə bağlı xəbərlər isə dünya mediasında ən çox müzakirə olunan mövzuya çevrilib.
Yenixeber.org: Belə bir beynəlxalq böhran vəziyyətində Moskva əzələ nümayiş etdirməkdə davam edir.
Bu gün yerli media Rusiyaya məxsus 3 hərbi gəminin Aralıq dənizinə daxil olması barədə məlumat yayıb.
- İndi orada Rusiya Hərbi Dəniz Qüvvələrinin doqquz gəmisindən ibarət xüsusi qrup formalaşdırılıb. Bir neçə saat əvvəl peyklər Rusiyanın 3 hərbi gəmisinin Süveyş kanalından Aralıq dənizi istiqamətində keçməsini qeydə alıb. Bura “Admiral Tribuç” adlı sualtı qayıq əleyhinə gəmi, “Varyaq” raket kreyseri və “Boris Butoma” tankeri daxildir. Eyni zamanda, daha üç gəmi Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartusdakı bazasında yerləşir. Sonrakı hərəkət marşrutu naməlum olaraq qalır. Ərazidə olan ABŞ Hərbi Dəniz Qüvvələri artıq Rusiya gəmilərini izləməyə başlayıb,-məqalədə yazılıb.



Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında gərginlik yaranıb. Bu beynəlxalq siyasi böhran Ukraynaya görə meydana gəlib. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam