Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Nüvə müharibəsi başlaya bilərmi? -Politoloq AÇIQLADI

“BMT baş katibinin nüvə silahlarına görə narahat olması normaldır. Rusiya ilə NATO arasında artan gərginlik fonunda belə problemlərin yaranması normaldır. Ümumiyyətlə, nüvə silahının gündəmə gəlməsi Üçüncü Dünya müharibəsinin başlaması məsələsini aktuallaşdırır”.

Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, nüvə silahlarının işə düşmə təhlükəsi günü-gündən artır: “Rusiya müharibənin ilk günündən Zaporojye Atom Elektrik Stansiyasına hücum edib və bu da Avropa və dünya üçün böyük təhlükə yaratmışdı. Atılan raketlərdən biri nüvə reaktoruna dəysəydi, ölkələr yeni bir Çernobıl faciəsi ilə üz-üzə qalacaqdı. Bu səbəblərə görə BMT baş katibi dediyi sözlərdə haqlıdır”.

E.Şahinoğlu vurğulayıb ki, NATO ölkələri ilə Rusiya arasında hər hansısa bir toqquşma baş verərsə, nüvə silahlarının işə düşməsi istisna deyil: “Məhz bu səbəbə görə böyük dövlətlər Rusiyanın Ukraynanı işğal etməyinin qarşısını almağa çalışırlar. Adıçəkilən ölkə isə geri çəkilmək fikrində deyil, ancaq müəyyən resursları tükənmək üzrədir. Bəzi məlumatlara görə, Rusiya Çindən  hərbi yardım istəyib. Ancaq Çin mənbələri bunu təkzib edib. Dünən isə Amerika və Çin təmsilçilərinin Romada görüşü oldu və təsadüfi deyil ki, ABŞ qarşı tərəfə xəbərdarlıq edib. Çin də ehtiyatlı addımlar atmağa başlayıb, artıq Rusiyadan neft almağı demək olar ki, dayandırıb. Onların özləri də anlayıb ki, Rusiya çox təhlükəli bir oyuna girib. Yəni, ruslar geri addım atmasa, nüvə silahları işə düşə bilər. Heç bir dünya ölkəsi bu silahların istifadə edilməyəcəyinə qarantiya verə bilməz. Hətta Rusiya özü belə 1994-cü ildə Ukraynaya təminat verdi ki, nüvə silahlarını geri versələr, onların ərazi bütövlüyünə toxunulmayacaq. Ancaq 2014-cü ildə Krımı, indi isə bütün Ukrayna torpaqlarını işğal edir. Yəni, bundan sonra təminat verilsə belə, adıçəkilən ölkəyə heç kəs inanmayacaq. Putin elə addımlar ki, bütün dünyanı vahimə bürüyüb. İndiki zamanda nüvə silahlarının işə düşməsi real görünmür, ancaq 1 ay bundan əvvəl də Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyinə heç kəs inanmırdı”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam