Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Minsk Qrupu geri qayıdır? –Həmsədrlərin “narahatlığının” pərdəarxası

“ATƏT-in Minsk Qrupu işləmir, lakin düşünmürəm ki, Bakı onu ləğv etmək istəyini rəsmən bəyan etsin”

Yenixeber.org: Rusiya sülhməramlı kontingentinin (RSK) məsuliyyət zonasında yerləşən Qarabağın ermənilər yaşayan hissəsi ətrafında baş verən son hadisələr ATƏT-in Minsk Qrupuna həmsədrlik edən üç dövlətin xarici işlər nazirliklərinin neqativ reaksiyasına səbəb olub. ABŞ Azərbaycan qoşunlarının Dağlıq Qarabağda hərəkətindən dərin narahatdır. “Armenpress”in məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Jalina Porter jurnalistlərlə keçirdiyi brifinqdə açıqlama verib.

"Qoşunların hərəkəti və gərginliyə səbəb olan digər hərəkətlər məsuliyyətsizlik, əsassız təxribatdır", - deyən Porter Dövlət Departamentinin 2020-ci ilin noyabrında atəşkəs elan edildikdən sonra təmas xətti boyunca vəziyyəti diqqətlə izlədiyini deyib.

Qeyd edib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə telefon danışıqları aparıb və dövlət katibi Entoni Blinkenin bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə dediyini təsdiqləyib - tərəflər təmkin nümayiş etdirməli və bütün mümkün problemlərin hərtərəfli həlli yollarını tapmaq üçün diplomatik əlaqələri intensivləşdirməlidir.

"Ermənistan və Azərbaycan vəziyyəti dərhal deeskalasiya etmək üçün birbaşa əlaqə kanallarından istifadə etməlidirlər", - deyə Porter söyləyib.

Əlavə edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin davamlı siyasi həllinə nail olmaq üçün tərəflərlə işləməyə sadiqdir.

TASS Rusiya diplomatik dairələrinə istinadən xəbər verir ki, Rusiya Qarabağda artan gərginlikdən son dərəcə narahatdır: “Biz Dağlıq Qarabağda artan gərginliklə bağlı hədsiz narahatlığımızı bildiririk. RSK-nın məsuliyyət zonasına silahlı soxulma və atəşkəs rejiminin pozulması faktları Rusiya Federasiyası Müdafiə Nazirliyinin 26 mart 2022-ci il tarixli məlumat bülletenində qeydə alınıb. Baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ziddir”.

Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb ki, RSK Dağlıq Qarabağda vəziyyətin deeskalasiyası üçün lazımi tədbirlər görür: “RSK vasitəsilə hər iki tərəflə əməkdaşlıq çərçivəsində regionda vəziyyətin deeskalasiyası üçün lazımi tədbirlər görülür. Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərini təmkinli olmağa və Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərə əməl olunmasını təmin etməyə çağırır. Biz tərəfləri təmkin nümayiş etdirməyə və mövcud üçtərəfli razılaşmalara ən yüksək səviyyədə ciddi əməl olunmasını təmin etməyə çağırırıq”.

Fransa da Azərbaycan ordusunun Dağlıq Qarabağda irəliləməsindən narahatlığını ifadə edib və Azərbaycanı ordusunu 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin imzalandığı gün müəyyən edilmiş mövqelərə qaytarmağa çağırıb. “Azadlıq” radiosu xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi (XİN) martın 25-i axşam saatlarında bəyanat yayıb.

XİN-in bəyanatında deyilir: “Fransa Parux və Xramort bölgələrində baş vermiş silahlı insidentlərdən təəssüflənir və Azərbaycan bölmələrini 10 noyabr 2020-ci ildə atəşkəs elan olunduğu gün müəyyən edilmiş mövqelərinə qayıtmağa çağırır”.

Aydındır ki, bu bəyanatlar, Azərbaycan rəhbərliyini məmnun edə bilməz. Çox güman ki, belə bəyanatlar ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin yekun həlli prosesinə istənilən formada qayıtmaq şansını daha da azaldır. Vaşinqton, Moskva və Parisin bu bəyanatları fonunda ATƏT-in Minsk Qrupunun üçlü həmsədrlik formatının regionumuzda mövcudluğu və fəaliyyətinin davam etdirilməsi şansını necə qiymətləndirmək olar? Bakı bu formatla hər hansı dialoqdan tamamilə imtina edə bilərmi?

Suallarımızı tanınmış ekspertlər cavablandırıblar.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru, diplomat Fərid Şəfiyev:

“Əsas problem, bugünkü hadisələrin səbəbi Üçtərəfli Bəyanatın erməni silahlı birləşmələrinin Dağlıq Qarabağdan çıxarılması ilə bağlı 4-cü bəndinə əməl olunmamasıdır. ABŞ, Rusiya və Fransanın bəyanatlarına gəlincə, bəli, bu, birinci dəfə deyil və ümumilikdə bizim münaqişəyə münasibət - Ukrayna, Moldova, Gürcüstandakı münaqişələrdən fərqli olaraq, həmişə ayrı cür olub. Düşünürəm ki, bu, elmdə “orientalizm” deyilən anlayışdan irəli gəlir – bu, müsəlman ölkələrinə qarşı qərəzli münasibət, türkofobiya, islamofobiyadır. Yəni müxtəlif faktorların məcmusudur. Təbii ki, belə ikili standartların mövcudluğu təəssüf doğurur.

Prinsipcə, ATƏT-in Minsk Qrupu işləmir, amma mən düşünmürəm ki, Bakı onu ləğv etmək istəyini formal, rəsmən bəyan etsin. Çünki belə olan halda Azərbaycan həmişə olduğu kimi, tənqid atəşi altında qalacaq. Ona görə də biz Minsk Qrupundan hələ də yeni reallıqları və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu nəzərə alan daha konkret və yeni təkliflər gözləyirik.

Azərbaycan özünü balanslı aparmalıdır. Bu məsələdə çox təəssüf ki, Azərbaycana qarşı qərəzli münasibət var. Ona görə də biz ABŞ, Fransa və Rusiyanın xarici işlər nazirliklərinin faktiki olaraq eyni məzmunlu bəyanatlarını görürük. 1997-ci ildə formalaşan həmsədrlik, təbii ki, qərəzlidir. Bu üç ölkənin hamısı müəyyən dərəcədə erməni lobbisinin təsiri altındadır və ya Ermənistanla bağlı geosiyasi maraqları var”.

Almaniyalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksandr Rar:

“ABŞ və Fransa Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası ehtimalından çox narahat idi. Baxmayaraq ki, Qərbdə münaqişənin yenidən alovlanması barədə hələ də az danışılır. Amma aydındır ki, başlayarsa, Rusiya və Türkiyə dərhal münaqişəyə cəlb olunacaq.

Yeri gəlmişkən, iki il əvvəl Minsk Qrupu münaqişə zamanı “yuxudan oyana bilməmişdi” və indi regionda sülhməramlılığın iştirakçısı deyil. Bu səhvi təkrarlamaq istəmirlər”.

Rusiyalı siyasi şərhçi, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:

“Aydındır ki, vəziyyətin hər hansı yeni kəskinləşməsi ilə ATƏT-in Minsk Qrupu da özünü xatırladacaq. Həmsədr ölkələr də vaxtaşırı olaraq bu formata sadiq olduqlarını açıqlayacaq. İrəvan da danışıqların bu formatda aparılmasının vacibliyini vurğulayacaq.

Son nümunələrdən, deyək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkəsinin parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında “danışıqlar prosesinin... ATƏT-in Minsk Qrupu çərçixəvsində apaprılması” barədə replikanı xatırlamaq olar.

Digər məsələlərlə yanaşı, Ermənistanın Minsk Qrupunun himayəsi altında danışıqlar aparmasının ən məqbul olduğuna dair rəsmi mövqeyini vurğulamaq istəyi martın 25-də Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts və ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Endryu Şoffer arasında onlayn formatda keçirilən görüşdə də qeyd edilib.  

ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqların bərpasının zəruriliyi İrəvanla qarşılıqlı əlaqədə olan amerikalı diplomatlar tərəfindən vaxtaşırı xatırladılacaq”.(AYNA)

Rauf Orucov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam