Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ dövlət katibinin müavini Ceyhun Bayramova zəng edib –Həmsədrlər bəyanat verdi

“Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı münaqişə bölgəsində - təmas xətti boyunca genişmiqyaslı hərbi əməliyyatlardan narahatdır”.

Yenixeber.org: ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus bildirib ki, bu əməliyyatlar nəticəsində dinc sakinlər də daxil əhəmiyyətli sayda itkilər baş verib. Dövlət Departamentinin sözçüsü həlak olanların ailələrinə başsağlığı verib. Bu da xəbər verilir ki, dövlət katibinin müavini Stefan Baygun Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnasakanyana zəng edərək tərəfləri hərbi əməliyyatların dərhal dayandırılmasına və eskalasiyanın bundan sonra da artmaması məqsədilə mövcud kommunikasiya xətlərindən istifadəyə çağırıb”.

ABŞ dövlət katibinin müavini habelə tərəfləri davakar ritorikadan çəkinməyə çağırıb: “Biz tərəfləri ATƏT-in Minsk qrupu həmsədrləri ilə işləyərək mümkün qədər tez əsaslı danışıqlara qayıtmağa çağırırıq. ATƏT-in Minks qrupunun üzvü kimi ABŞ tərəflərə sülhə və münaqişənin dayanıqlı çpzümünə nail olunmasına dəstək verməyə sadiq qalır”.

Həmsədrlər atəşkəsə çağırırlar

ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və amerikalı Andrey Skofer Azərbaycan və Ermənistan arasıda Təmas Xətti boyunca baş verən toqquşmalarla bağlı bəyanat verib: “Həmsədrlər Dağlıq Qarabağ münaqişə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlardan narahatdırlar. Biz gücdən istifadə olunmasını və mülkilər də daxil mənasız insan itkilərindən təəsüf bildiririk. Həmsədrlər tərəfləri hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin çözülməsi üçün danışıqların bərpasına çağrırılar”. Həmsədrlər tərəfləri vəziyyətin stabilləşdirilməsi üçün bütün lazımi tədbirləri görməyə çağırırlar. Həmsədrlər bildirirlər ki, münaqişənin danışıqlar vasitəsilə əldə olunacaq sülhdən başqa alternativi yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam