Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ukrayna ərazisində potensial qanlı avantüra:KTMT üzvləri iştirak edəcəklər?

Rusiyalı ekspertlərin rəyi yekdildir: KTMT üzvləri Rusiya ilə Ukrayna arasında münaqişəyə müdaxilə etməyə hazır deyillər

Yenixeber.org: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas fevralın 19-da "Reuters"in verdiyi məlumata görə, Ukraynanın xoş niyyəti, BMT-nin mandatı və KTMT-yə üzv ölkələrin dəstəyinin Donbassa KTMT qoşunlarının göndərilməsi üçün zəruri şərt olduğunu deyib.

“Hipotetik olaraq, siz bunu (belə bir yerləşdirməni) təsəvvür edə bilərsiniz ki, əgər Ukraynanın xoş niyyəti olsaydı – bura onların ərazisidir – əgər BMT Təhlükəsizlik Şurasının mandatı olsaydı və zərurət yaranarsa, bütün hökumətlərimiz tərəfindən belə bir qərar qəbul olunsaydı, KTMT münaqişə zonasına daxil ola bilərdi", - dedi Zas.

“Krasnaya Vesna” xəbər verir ki, o, Donbassdakı hazırkı vəziyyətin öz-özünə həll olunacağına və əvvəlki vəziyyətinə qayıdacağına inanmır. “İnanmıram ki, indi vəziyyətdə tanklar öz bazalarında, əsgərlər isə kazarmada olduğu zamankı vəziyyətə qayıdacaq. Bu baş verməyəcək, biz danışıqlar masasına oturub nəyisə razılaşdırmalıyıq. Bu, yeni reallıqdır”, - Zas bildirib.

Formal olaraq KTMT-nin başında duran belaruslu generalın bu sözləri nəyə dəlalət edir? Onun barışdırıcı tonu və rəsmi Kiyevin, hətta BMT TŞ-nin iradəsinə müraciəti göstərir ki, Moskva bu gün artıq aydın başa düşür ki, Rusiyanın özündən və bəlkə də Belarusdan başqa heç bir KTMT ölkəsi sadəcə olaraq, KTMT-nin Ukraynaya qarşı təcavüzdə iştirakına razı olmayacaq. Əks halda, KTMT rəhbəri tamam başqa tonda, daha çox Ukrayna ilə bağlı Kremldən və onun çoxsaylı təbliğat ruporlarından səslənən qiymətləndirmələrə uyğun danışardı.

Yəni belə qənaətə gəlmək olar ki, Qazaxıstandan sonra Rusiya Federasiyasının hərbi müttəfiqlərindən heç biri Ukrayna ərazisində potensial qanlı avantüraya qoşulmaq fikrində deyil. Əks halda silinməz  təcavüzkar ləkəsi daşımaq və bütün dünya ictimaiyyəti tərəfindən qınaq doğurmaq olar. Və buna görə də KTMT kənarda qalacaq.

Ekspertlər Zasın sözlərinin belə izahı ilə razılaşırlarmı?

Yuri Fedorov, rusiyalı hərbi-siyasi ekspert (Praqa):

- Məncə, general Zas düzgün başa düşür ki, Donbassdakı hazırkı vəziyyət öz-özünə həll olunmayacaq və əvvəlki vəziyyətinə qayıtmayacaq. Bu, onun bu bəyanatla demək istədiyinin bir neçə mümkün variantına dəlalət edir. Birincisi, məsələnin hüquqi tərəfidir. KTMT-nin istənilən sülhməramlı əməliyyatda iştiraka razı olması üçün qondarma xalq respublikalarının - "LDR" və "DXR"nin KTMT-nin bütün üzvləri tərəfindən müstəqil dövlətlər kimi tanınması lazımdır. Daha sonra isə onlar bu təşkilata üzv qəbul edilir. Belə bir vəziyyət mənə tamamilə qeyri-mümkün görünür. Sadəcə xatırlatmaq istəyirəm ki, nə Cənubi Osetiya, nə də Abxaziya KTMT üzvü olan heç bir ölkə tərəfindən müstəqil dövlət kimi tanınıb. Sadəcə olaraq, bu qurumda qalmaqal yaratmamaq üçün məsələ müzakirədən ehtiyatla çıxarılır. Çünki heç bir Mərkəzi Asiya dövləti Rusiya ilə Ukrayna arasında münaqişəyə müdaxilə etməyə hazır deyil, Ukraynaya qarşı təcavüzdə Rusiyaya kömək etməyə hazır deyil və ümumiyyətlə, bu münaqişədən uzaq durmaq istəyər.

Növbəti ehtimal BMT Təhlükəsizlik Şurasının qərarı ilə KTMT sülhməramlı qüvvələrinin Donbassa göndərilməsidir. Bu da mümkündür. Lakin Ukrayna Donbassda sülhməramlı əməliyyata razılıq verənə qədər bu qərar mümkün görünmür. Çünki Rusiya Federasiyası və Çin istisna olmaqla, Təhlükəsizlik Şurasının bütün daimi üzvləri bu halda Ukraynanın mövqeyini rəhbər tutacaqlar.

Hesab edirəm ki, Zasın bəyanatının arxasında Rusiyanın KTMT-ni Ukraynaya qarşı təcavüzə cəlb etmək cəhdlərinə ictimaiyyətin və beynəlxalq ictimaiyyətin, o cümlədən Qərbin diqqətini cəlb etmək istəyi dayanır. Görünür, o, həqiqətən də belə müdaxilədən qaçmaq istəyir, çünki Moskvanın bu məsələni gündəmə gətirmək cəhdi KTMT-nin parçalanmasına gətirib çıxaracaq və bu, təbii ki, Zas üçün heç bir mənada sərfəli deyil.

Mark Feygin, Rusiya ictimai xadimi, hüquq elmləri namizədi:

- İndiki şəraitdə KTMT əslində Rusiya Federasiyasının qoşunlarıdır. Bu təşkilat cib təşkilatıdır, lakin KTMT-nin Donbasa, Rusiya Federasiyasının nəzarətində olan əraziyə qoşun göndərmək qərarı bütün iştirakçılar tərəfindən mütləq birbaşa icra edilməyəcək.

Əgər Rusiya Federasiyasına KTMT-nin imzası lazımdırsa, o zaman böyük ehtimalla buna nail olacaq. Lakin iştirakçı ölkələrin özləri (Belarus istisna olmaqla) çətin ki, bölgəyə öz qoşunlarını göndərməyə razı olsunlar. Belə olan halda, Moskvanın dəstək tələblərindən daha çox Ukrayna ilə ikitərəfli münasibətlər önəmlidir. Əks halda, Krımı çoxdan Rusiya Federasiyasının bir hissəsi kimi Ermənistan, Qazaxıstan, Tacikistan və başqaları tanıyardı.

Sergey Javoronkov, Rusiyanın Demokratik Seçim siyasi partiyasının həmsədri, Qaydar adına İqtisadi İnkişaf İnstitutunun baş eksperti (Moskva):

- Bəli, Qazaxıstan, Ermənistan və ya Qırğızıstanın Ukraynaya rəsmi hücuma razılaşacağını düşünmürəm. Əsas odur ki, buna rasional ehtiyac yoxdur, Rusiyaya bu ölkələrdən bir neçə yüz əlavə əsgər lazım deyil. Müharibəni aparmağın ən asan yolu 2014-cü ildə döyüşdüyü kimi Donbassın “xalq respublikaları”nın (yəni əslində Rusiya ordusunun, “ixtamnetlər”in) əli ilədir.(AYNA)

Rauf Orucov

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam