Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Rusiya sülhməramlılarının əsas qrupu artıq Qazaxıstandadır"-"Sülhməramlıların silahdan istifadə etmək hüququ var"

KTMT-nin baş katibi:    "Qazaxıstanda baş verənlər ölkənin təhlükəsizliyini təhdiddir"

Qazaxıstanda baş verən hadisələr respublikanın təhlükəsizliyinə, sabitliyinə və hətta ərazi bütövlüyünə real təhlükə yaradır.
Yenixeber.org: Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas deyib.
O bildirib ki, müraciət daxil olan anda dövlət başçıları arasında təxirəsalınmaz məsləhətləşmələr aparılıb və KTMT-nin sülhməramlı potensialından istifadə etmək üçün müvafiq qərar qəbul edilib:
"KTMT-nin sülhməramlı potensialı bu təhdidləri minimuma endirmək, lokallaşdırmaq üçündür".
Katib xatırladıb ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarının əsas motivi çətin dövrdə Qazaxıstana yardım və dəstək göstərməkdir, digər fərziyyələr isə tamamilə cəfəngiyyatdır:
"KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq, lazım gələrsə, gücləndirilə bilər. Kollektiv sülhməramlı qüvvələrin qruplaşmasının ümumi sayı fərqli ola bilər. Hazırda qəbul edilmiş qərarlara əsasən, 2 500-ə yaxın insan var".
Zas əlavə edib ki, sülhməramlıların zərurət yaranarsa silahdan istifadə etmək hüququ var: "Sülhməramlılar Qazaxıstanda strateji dövlət obyektləri qoruyacaq və asayişin saxlanılmasına yardımçı olacaq".
             ***

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı bölmələrinin Qazaxıstana yerləşdirilməsi cümə günü başa çatacaq.

"Düşünürəm ki, sabah gün ərzində biz bütün digər sülhməramlı birləşmələrimizin yerləşdirilməsini tədricən başa çatdıracağıq", - katib deyib.

Zas qeyd edib ki, Rusiya sülhməramlılarının əsas qrupu artıq Qazaxıstandadır və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə başlayıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunlarının yeridilməsi daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xahiş edib. O, ölkədəki vəziyyəti “xaricdən təlim keçmiş quldur birləşmələrinin basqını” adlandırıb. Bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.(“RİA Novosti”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam