Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Pekin niyə susur? -Rusiya Çinə hücum edən Avropa ölkələri sırasında olub

Pekin niyə susur?   -Rusiya Çinə hücum edən Avropa ölkələri sırasında olub 
Rusiya ilə Qərb ölkələri arasında yaranmış gərginlik Çini də narahat edir. xəbər verir ki, çinli analitiklər artıq Pekinin proseslərdən kənarda qalmayacağını bəyan edirlər. İndiyə kimi sərgilənən susqunluq isə neytrallığı qorumağa hesablanmışdı.
Yenixeber.org: Məsələn, analitik Mu Çunşan belə hesab edir ki, müharibə başlasa, Çin Rusiyanın Ukraynanı işğalın dəstək verməyəcək. Çünki Pekin üçün bu həm daxili, həm də xarici siyasətdə böyük risklər yaradacaq.

Buna görə də Rusiya ilə Ukrayna arasında müharibə başlasa belə, Pekin Moskvanı dəstəkləmək məcburiyyətində olmayacaq. Yeddi il əvvəl Krım böhranı zamanı Çin də Rusiyanın mövqeyini açıq şəkildə dəstəkləmədi,- "The Diplomat" nəşri analitikdən sitat gətirib.

Ekspert vurğulayıb ki, Moskva və Pekin arasında xüsusi münasibətlər qurulub. Hansı ki, bu ABŞ və NATO münasibətlərindən fərlənir. Yəni əgər hərbi təhlükə yaranarsa, Rusiya və Çin bir-birinə yardım etməklə bağlı öhdəlik götürməyib.



Mu Çunşan xatırladıb ki, 2014-cü ildə Çin hökuməti Moskvanı açıq şəkildə dəstəkləməyib , sadəcə ABŞ-ın Ukraynadakı hərəkətlərini pisləyib. Çinin Kremlə kömək etmək istəməməsinin başqa bir səbəbi də Pekinin özünün Rusiyaya qarşı birmənalı olmayan münasibətidir.

Məsələ burasındadır ki, Rusiya dövləti “zillət əsrində” Çinə təcavüz edən Avropa ölkələri sırasında idi. Tarixdəki bu epizodu Çin indiyə qədər unutmayıb...

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam