Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ukrayna ABŞ-ı Çinin qarşısında alçalmağa məcbur etdi – İLGİNC DETALLAR

Ukrayna ABŞ-ı Çinin qarşısında alçalmağa məcbur etdi – İLGİNC DETALLAR 

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland hesab edir ki, Ukraynada münaqişənin başlanması yaxşı heç nə vəd etmir. Xeyr, Nuland ABŞ-ın münaqişədəki rolundan danışmır, sözləri rəsmi Pekinə ünvanlanıb. Yəni  dövlət katibinin müavini hesab edir ki, “Çin üçün yaxşı bir şey olmayacaq”. Buna görə də Nuland çinliləri nüfuzlarından istifadə edərək Moskvaya təsir göstərməyə çağırıb. Moskvanı diplomatiyaya inandırmaq üçün bu addımı atmağı Çindən yumşaq desək xahiş edib. Nulandın fikrincə əks halda eskalasiyadan qlobal iqtisadiyyat və enerji sektoru xeyli zərər görəcək və bundan sonra əvvəlki vəziyyətə qayıtmaq çətin olacaq.  

Yenixeber.org: Pekindən Moskvaya təsirlə bağlı xahiş (yəni, Vaşinqton artıq Rusiya-Çin ittifaqının yaradılması ilə barışıb, lakin onun mahiyyətini başa düşməyib) və həm də bu halda nəyin baş verəcəyi qorxusu ABŞ-ı rahat buraxmır. Pekinin də Moskva kimi konkret fikri var. Dövlətlər isə  Rusiya və Çini cilovlamaqla, eləcə də ayrı-ayrılıqda onlara təzyiq göstərməklə məşğuldur. Ruslar və çinlilər bunu müxtəlif yollarla, o cümlədən Moskvanın son zamanlar istifadə etdiyi üsullarla amerikalılara xatırlatmaqdan yorulmurlar. Çin də nə düşündüyünü birbaşa deyir.

Yeri gəlmişkən, burada bir paradoks mövcuddur. Əgər qoşunların Ukraynaya görə, ruslarla müharibəyə göndərilməsini ABŞ sakinlərinin maksimum 20 faizi dəstəkləyirsə, Tayvanı qorumaq üçün hərbi resurslardan istifadəni 58 faiz amerikalı düzgün hesab edir. Paradoks ondadır ki, ABŞ Tayvanı Çinin bir hissəsi kimi, Ukraynanı isə müstəqil dövlət olaraq tanıyır. Lakin Rusiya ilə döyüşmək istəyənlərin sayı Çinlə müqayisədə çox azdır.

Çini mühasirəyə almaq, Pekin əleyhinə AUKUS  (üç ölkənin – ABŞ, Avstraliya və Böyük Britaniya adının qısaldılması) kimi hərbi ittifaqlar yaratmaq, Olimpiadanı diplomatik boykot etmək və Avropanı Çinlə ticarət və investisiya əməkdaşlığını məhdudlaşdırmağa məcbur buraxmaq siyasəti AĞ EV-in iç üzünü göstərir. Lakin çinlilər artıq buna öyrəşiblər. Çinin Xarici İşlər naziri, Dövlət Şurasının üzvü Vanq Yi Blinkenə bildirib ki, “təzyiq yalnız Çin xalqını toparlayacaq və qarşıdurma Çinin güclənməsinə mane ola bilməz”. Vanq Yi deyib ki, əgər dövlətlər münasibətləri yaxşılaşdırmaq istəyirlərsə, o zaman bu məsələlərə əməl etməlidirlər:  “Hazırda əsas prioritet odur ki, ABŞ, Pekin Qış Olimpiya Oyunlarına müdaxiləni dayandırsın, Tayvan məsələsində “odla oynamasın” və Çin əleyhinə hər cür kiçik dairələr yaratmağa son qoysun”.

Cavabında isə ABŞ-ın dövlət katibi deyib ki,  ABŞ və Çinin həm üst-üstə düşən maraqları, həm də fikir ayrılıqları mövcuddur. Birləşmiş Ştatlar fikir ayrılıqlarını məsuliyyətli şəkildə həll etməyə hazır olduğunu açıqlayıb: “Vahid Çin siyasəti dəyişməyib. Birləşmiş Ştatlar Amerika idmançılarının Pekin Qış Olimpiya Oyunlarında iştirakını dəstəkləyəcək və Çin xalqını yeni il münasibətilə təbrik edəcək”.

Pekin əlbəttə ki, Amerikanın siyasətində dəyişiklik gözləmir, necə ki, Rusiya NATO-nun genişlənməməsi ilə bağlı razılaşmaya bel bağlamayıb. Çinliləri yeni il münasibətilə təbrik etməyin də mənası yoxdur. Çünki onlar yeni geosiyasi dövrdə yaşayırlar.(konkret)

Müşviq Tofiqoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam