Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“The Telegraph”:"Rusiya və Çin geosiyasətdə yeni eranı başlatdı"

“The Telegraph”:    "Rusiya və Çin geosiyasətdə yeni eranı başlatdı"
Qərb ölkələri ilə Rusiya arasında yaranmış gərginlik artmaqdadır. Rusiya Prezidenti Vladimir Putinin belə bir beynəlxalq siyasi böhran vəziyyətində Çin lideri ilə görüşməsi dünya mediasının diqqətindən yayınmayıb.
Yenixeber.org: Məşhur “The Telegraph” qəzeti artıq dünya tarixində yeni dönəmin başlanmasına işarə vurub. Jurnalisti Roland Olifant yazır ki, Rusiya Prezidenti Vladimir Putin və Çin rəhbəri Si Cinpin arasında keçirilən görüşdən sonra verilən birgə bəyanat geosiyasətdə yeni eranın başlanmasına səbəb olub.

- Bundan sonra ABŞ-ın rəhbərlik etdiyi Qərbin hökmranlığı təbii qəbul edilməyəcək,-nəşr yazıb.

Məqalə müəllifinin fikrincə, ilk növbədə Vladimir Putin bu görüşdən faydalanır. Çünki Pekin kimi iqtisadi və siyasi nəhəngin dəstəyi Moskvaya böyük fayda gətirməlidir. Qəzet yazır ki, Çin də öz növbəsində Asiya-Sakit okean regionunda Qərb dövlətləri ilə mübarizədə köməyə arxalana bilər.

Hazırda onların bir ümumi məqsədi var - "Pax Americana"ya (Amerikan Barışı-red.) son qoymaq, - Olifant fikrini belə yekunlaşdırıb.

Xatırladaq ki, Vladimir Putin və Si Cinpin Pekində təşkil olunan Qış Olimpiya Oyunlarının açılışı ərəfəsində görüşüblər. Danışıqların yekununu olaraq iki ölkə lideri sənədlər paketi imzalayıb və birgə bəyanat qəbul ediblər. Burada qeyd olunur ki, beynəlxalq münasibətlər genişmiqyaslı dəyişikliklərə məruz qalır - qüvvələr balansının yenidən bölüşdürülməsi tendensiyası formalaşır, dinc və mütərəqqi inkişaf üçün dünya birliyinin liderliyə tələbi artır.

Tərəflər, xüsusən, dövlətlərin daxili işlərinə kənar müdaxilələrə qarşı durmaq, Arktikada əməkdaşlığı dərinləşdirmək, Şanxay Əməkdaşlıq Təşkilatındakı(ŞƏT) işləri aktivləşdirmək və Avrasiya İqtisadi Birliyi ilə Çin arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Bəyanatda həmçinin vurğulanır ki, tərəflər NATO-nun daha da genişlənməsinə qarşıdır və alyansı soyuq müharibə dövrünün ideoloji yanaşmalarından imtina etməyə çağırırlar.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam