Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Nə qədər tez-tez görüşsələr, o qədər yaxşıdır…” -Əliyev-Paşinyan görüşündən hansı nəticələri  gözləyək?

Bu gün və sabah Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Şərq Tərəfdaşlığına daxil olan ölkələrin dövlət başçılarının zirvə toplantısı çərçivəsində bir araya gələcəklər. 

Yenixeber.org: Yayılan rəsmi məlumatlara görə, əvvəlcə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hər iki liderlə ayrı-ayrılıqda görüş keçirəcək, daha sonra onun iştirakı ilə İlham Əliyev və Nikol Paşinyan üçlü formatda bir araya gələcəklər. Sabah isə Azərbaycan və Ermənistan rəhbərlərinin təkbətək görüşünün keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilmiş üçtərəfli görüşdə razılaşdırılan bəyanatın icrası mümkün olmayıb. Dekabrın 1-də Moskvada sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması ilə bağlı İşçi Qrupun iclası yarımçıq qalıb. Sonrakı günlərdə iki ölkənin dövlət sərhədlərində yenidən hərbi toqquşmalar başlayıb. Müşahidəçilər növbəti sərhəd gərginliyinin Brüssel görüşünü əngəlləyəcəyini düşünsələr də tərəflər birbaşa təmas imkanını dəyərləndirmək qərarına gəliblər.

Beləliklə, Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşündən nə gözləmək olar?   

Siyasi şərhçi Rauf Mirəqdirov bildirib ki, dövlət başçılarının görüşü pozitiv haldır. “Onlar nə qədər tez-tez görüşsələr, bir o qədər problemlərin həlli istiqamətində mövqelərini yaxınlaşdıra bilərlər. Eyni zamanda, aralarında etimad mühiti yarana bilər ki, bu da təmas xəttində gərginliyi azalda bilər”,- o qeyd edib. 

Ekspert bu görüşün Rusiya tərəfindən deyil, Avropa strukturlarının vasitəçiliyi ilə təşkil olunmasına diqqət çəkir: “Bu da irəliyə doğru bir addımdır. Çünki son dövrlərdə Kreml Azərbaycanla Ermənistan arasında bütün kommunikasiya vasitələrini özünün nəzarəti altına almışdı. Bu da müəyyən təhdidlər yaradırdı. Yada salaq ki, bundan əvvəl ATƏT həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirlərinin görüşü baş tutmamışdı. Amma daha sonra dövlət başçıları görüşməyi qərara aldılar”. 

Siyasi şərhçi vurğulayır ki, bu görüş Avropa Birliyi vasitəsi ilə həyata keçirilsə də elə bir ciddi nəticənin əldə olunacağını gözləməyə dəyməz. “Çünki Azərbaycanla Ermənistan arasında danışıqların gedişini və regionda proseslərin inkişafını nəzarət altına alan Rusiya tərəflərə əsas təsir imkanlarına malikdir. Moskva proseslərin istiqamətini, yönünü dəyişdirə bilər. Çünki əsas alətlər Kremlin əlindədir”, – təhlilçi qeyd edib. 

Bu görüşdən əldə ediləcək konkret nəticələrə gəldikdə, Rauf Mirqədirov düşünür ki, əsasən humanitar sahələri əhatə edən razılaşmalar ola bilər: “Hər şeydən əvvəl tərəflər arasında qarşılıqlı etimad mühitinin yaranmasına töhfə verə bilər. Hələlik digər beynəlxalq strukturların, o cümlədən Avropa Birliyinin Azərbaycan-Ermənistan münaqişəsinə təsir imkanları çox məhduddur. Düşünərəm ki, Əliyev və Paşinyan əsirlərin qaytarılması istiqamətində də razılıq əldə edilə bilər”.  

Politoloq Fərhad Məmmədov isə bildirib ki, müharibədən sonra ilk dəfə Avropa Birliyinin Azərbaycan və Ermənistan liderlərinin üzbəüz danışıqlar aparması təşəbbüsü özünü doğrultdu. Onun sözlərinə görə, Brüssel görüşünə artan maraq noyabrın 26-da Soçidə Rusiya prezidenti V.Putinin təşəbbüsü ilə keçirilmiş üçtərəfli müzakirələrin konkret faydasının olmaması ilə bağlıdır:  

“Dekabrın 1-də Rusiya Prezidenti tərəfindən hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi bəyan edildi, amma tərəflər iclasda  vahid qərara gələ bilmədilər. Bu görüşdən sonra Rusiyanın xarici işlər naziri S.Lavrov yalnız erməni həmkarına zəng edərək, qərarların icrasının vacibliyini vurğulayıb. Bundan sonra Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq etdi ki, imzaladıqları öhdəlikləri yerinə yetirməyə razı olmayana qədər gərginlik səngiməyəcək”.

F.Məmmədov əlavə edir ki, Paşinyan Brüssel görüşünə qədər öhdəliklərin icra vaxtını gecikdirə bilib: “Azərbaycan vəziyyəti nəzarətdə saxlayır. Bakı Paşinyana Avropanın prosesdə vasitəçilik şansını vermək niyyətində deyil. Nəzərə alsaq ki, Merkelin gedişindən və yaşıl xarici işlər naziri ilə yeni koalisiyanın hakimiyyətə gəlməsindən sonra Almaniya tezliklə aktiv xarici siyasətlə məşğul ola bilməyəcək. Fransada Makron və seçki yarışına qatılan prezidentliyə namizədlər kampaniyalarında ermənipərəstlik yarışına giriblər. Bu da Parisdən yaxşı heç nə gözləməyə ümid yeri qoymur. Yəni Avropada o qədər də sağlam düşüncəli siyasətçi qalmayıb, bu baxımdan Şarl Mişelin Avropa işlərində rolu və yeri artacaq”.

Politoloq vurğulayıb ki, AB rəhbərinin bu yay regiona səfəri ona vəziyyəti daha yaxından tanımağa, Azərbaycanın və onun müstəqil xarici siyasətinin əhəmiyyətini anlamağa imkan verib:

“Brüsseldəki görüşlər artıq Avropa səviyyəsində Ermənistanı sülhə məcbur etməyin növbəti mərhələsidir. Bundan sonra Paşinyan deyə bilər ki, Avropa da kommunikasiyaların açılmasına və sərhədlərin dəqiqləşdirilməsi prosesinə başlamağa razılıq verib. Baş nazir bununla da həm rusiyayönlü, həm də qərbyönlü müxalifəti neytrallaşdıra bilər. Bu, Paşinyan üçün növbəti itkilərdən qaçmaq şansıdır. O, bu dəfə də müqavimət göstərsə və güzəştə getməsə, təzyiqlər qaçılmazdır”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam