Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“NOYABRIN DOQQUZUNDA SÜLH MÜQAVİLƏSİ İMZALANACAQ” –“Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaqlar”

Ermənistan mətbuatında Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına dair sesnsasiyalı məlumat yayılıb.

 Yenixeber.org: Erməni mətbuatı xəbər verir ki, sözügedən sülh müqaviləsinin noyabrın 9-da, yəni 44 günlük müharibənin bitməsinin bir ilinin tamamında Moskvada imzalanacağı gözlənilir.

Ermənistanın “Aliq Media” nəşri tərəfindən dərc olunan və dərhal demək olar, bütün aparıcı erməni saytları tərəfindən tirajlanan həmin məlumatda deyilir ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Vladimir Putinin iştirakı ilə iki hissədən ibarət sülh müqaviləsi imzalayacaqlar: “Birinci sənəd Azərbaycanla Ermənistanın dövlət sərhədlərinin demarkasiyası və delimitasiyasını nəzərdə tutur. Hansı ki, bununla tərəflər SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci ilə aid xəritələrinə əsaslanaraq, bir-birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyırlar.”

Məlumatda deyilir ki, ikinci sənəd isə Azərbaycandan Naxçıvana gedən dəhliz də daxil olmaqla, tərəflər arasındakı bütün yol və kommunikasiyaların açılmasını nəzərdə tutur.

Bildirilir ki, Vladimir Putinin son Valday konfransında bu mövzuyla bağlı danışarkən, SSRİ Baş Qərargahının xəritələrini xatırlatması təsadüfi deyildi. Həmçinin, qeyd olunur ki, Azərbaycan və Ermənistan Baş nazirləri müavinlərinin üçtərəfli komissiya çərçivəsində keçirilən son Moskva görüşü də məhz sülh müqaviləsinə hazırlıq xarakteri daşıyıb. Həmin görüşdə kommunikasiyaların açılması əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, erməni mətbuatında yayımlanan bu məlumat az sonra Rusiya mətbuatı tərəfindən də təsdiqlənib. Belə ki, “Ria Novosti” özünün diplomatik mənbələrinə istinadla yaydığı məlumatda noyabrın 8-i, ya da 9-da Moskvada İlham Əliyev və Nikol Paşinyan arasında Vladimir Putinin vasitəçiliyilə görüş keçiriləcəyini yazıb. Məlumatda bildirilir ki, həmin görüşdə yeni sənədlərin imzalanacağı gözlənilir.(azpolitika) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam