Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib:"Biz otuz il özümüzü aldatdıq"

Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib: Biz otuz il özümüzü aldatdıq

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə üçtərəfli görüş ərəfəsində Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib.

Yenixeber.org: “Hraparak” qəzeti xəbər verir ki, hökumət başçısı ölkəsinin Zəngəzur icmalarının rəhbərləri ilə görüşüb.

N.Paşinyan görüşdə İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış durumdan danışıb.

Nəşr yazıb ki, N.Paşinyan yerli sakinləri Qarabağın Azərbaycana məxsus olmasını qəbul etməyə çağırıb.

“Biz otuz il özümüzü aldatdıq və nəhayət, indi baş verənlər oldu”, - Baş nazir vurğulayıb.

O bildirib ki, Ermənistan Zəngəzurdan keçib Naxçıvana gedən yolu bağlaya bilməz. “Çünki, Azərbaycan Prezidenti İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur”.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. V.Putinin təşəbbüsü ilə keçiriləcək görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam