Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Putin:"ABŞ kəşfiyyatının ən azı bir əməkdaşı Rusiya hökumətinin məsləhətçiləri arasında idi"


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ən azı bir əməkdaşı1990-cı illərin əvvəllərində Rusiya hökumətinin məsləhətçiləri arasında idi.
Yenixeber.org: ”TASS” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalında fraqmenti nümayiş etdirilən “Rusiya. Yeni tarix” filminə müsahibəsində deyib:
“Bu məsləhətçilər arasında biri, şübhəsiz ki, öz ölkəsinin qanunlarına uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan MKİ əməkdaşı idi”.
Prezidentin sözlərinə görə, iş sonda ABŞ-da məhkəməyə verilib və bu zaman məlum olub ki, həmin şəxs MKİ-nin əməkdaşıdır.
Qeyd edək ki, Putin dekabrın 9-da Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurası ilə görüşdə də 1990-cı illərdə Rusiya hökumətinin əməkdaşları arasında MKİ nümayəndələri ilə bağlı analoji misal çəkib. Onun sözlərinə görə, bu, Rusiya Federasiyasının işlərinə qarışmaq cəhdlərinin yalnız bir nümunəsidir. Prezident daha sonra əlavə edib ki, o, 2000-ci illərin əvvəllərində “orada artıq hamını təmizləyib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam