Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ermənistanı masaya qaytaran səbəb -İrəvanın ifasında məkrli oyunlar bitdimi?

 

Təhlilçilərə görə, Paşinyan ağır seçim qarşısındadır...

Yenixeber.org: Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasına hazırlıq prosesinə sıfır nöqtəsindən başlanılacaq, Ermənistan artıq Rusiyanın təklifinə razılıq verib. Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan deyib. Öz növbəsində, parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan deyib ki, Ermənistan Rusiyaya sərhədlərin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamağa razılıq verməsi barədə yazılı bildiriş göndərib.

“Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevə müharibənin yenidən başlaması sərfəli deyil. Bütün əlamətlərdən görünür ki, onlar sülh sazişinin imzalanmasına doğru gedirlər”. Bunu isə rusiyalı politoloq Stanislav Tarasov sərhəddə Ermənistanın son təxribatını və onun nəticələrini şərh edərkən deyib.

Əslində, müharibə ən əvvəl iqtisadi-siyasi böhran bataqlığında olan və hələ blokadada qalan Ermənistana sərf eləmir. Üstəlik, hərbi cəhətcə canlı və maddi itkiləri getdikcə daha da artır. Belə olan surətdə məntiqlə daimi sülh və əməkdaşlıqda yenə ən çox İrəvan maraqlı olmalı, buna ən çox o çalışmalıdır. Azərbaycan isə növbəti dəfə Ermənistanın dərsini verməklə həm də onun havadarlarına dərs verdi, mesaj göndərdi ki, sülh müqavilıəsinin alternativi Ermənistanın yeni və ağır itkiləridir - canlı və mövqe itkiləri.

Eyni zamanda Rusiyadan da anlaşmalara əməl edilməli olduğu barədə açıqlamaları eşitdik. “Ermənistan-Azərbaycan sərhədindəki hadisələr göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib”. Bunu isə Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Kollegiyasında çıxışı zamanı deyib. O xatırladıb ki, bir il əvvəl Qarabağ münaqişəsi Rusiyanın fəal vasitəçilik səyləri sayəsində dayandırılmışdı. “Amma bir müddət əvvəlki atışmalar göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib. Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davamı üçün Rusiya diplomatiyasının rolu artır”. Görünən budur ki, Rusiya da Ermənistandan narazıdır və bu, Paşinyana yaxşı heç nə vəd etmir. Belə olan təqdirdə Ermənistanda Zəngəzur dəhlizinin açılması istiqamətində anlaşmaların olması barədə müzakirələr məntiqli görünür.

Elə isə Ermənistan və onun rəhbərliyi nəhayət, son baş verənlərin ardınca ağıla gələcəkmi? Havadarları ona sülh üçün təzyiqlərə başlayacaqmı? Tarasov haqlıdırmı, həqiqətənmi İlham Əliyev və Nikol Paşinyan sülh sazişinin imzalanmasına doğru gedirlər? İlin sonuna üçlü görüş mümkünmü?

Bu kimi suallara cavab zərurəti yaranır. O da bəllidir ki, Paşinyan Moskvanın Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı təkliflərini “qəbuledilən” adlandırıb və yeni müdafiə naziri Suren Papikyana tapşırıb ki, rusiyalı həmkarı Şoyqu ilə detalları dəqiqləşdirsin. Bu, Paşinyanın vaxt udmaq üçün növbəti gedişi də ola bilərmi?

Ceyhun Məmmədov | Banker.az

Ceyhun Məmmədov 

Deputat Ceyhun Məmmədov bildirdi ki, hazırkı Ermənistandan hər şey gözləmək olar: “Əslində, normal məntiq Ermənistanın ciddi məğlubiyyətdən sonra bir daha müharibəyə cəhd etməyəcyini tələb edirdi. Ancaq biz bunun yenidən əksini gördük. Yeni cəhd oldu və bunun qarşısı çox qətiyyətlə alındı. Ermənistan bir daha anladı ki, sərhəddə heç bir üstünlük əldə edə bilməyəcək və belə davam etsə itkiləri daha çox olacaq. Hesab edirəm Ermənistan cəmiyyəti müəyyən mesajları aldı”.  Millət vəkilinin sözlərinə görə,  Ermənistanın bir yolu var, o da danışıqlar masasına oturmaq və sülh müqaviləsini imzalamaq: “Vaxt udmaq məsələsinə gəldikdə isə Ermənistan vaxt udmayacaq, əksinə, itirəcək. Paşinyan bu istiqamətdə bütün cəhdləri uğursuzluğa məhkumdur. Ona görə siyasətini dəyişməli nicatını bölgə dövlətləri ilə əməkdaşlıqda axtarmalıdır. Hesab edirəm ki, Ermənistan yaxın vaxtlarda danışıqlar masasına qayıdacaq. Ermənistanın daha ağır duruma düşməməsi üçün müəyyən addımlar atacaq. Əks alda, Ermənistan daha ağır duruma düşəcək və bu vəziyyətdən onu heç kim çıxara bilməyəcək”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

 Elxan Şahinoğlu

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Ermənistanın növbəti dəfə itki verməsi Paşinyana baha başa gələ bilər: “İrəvan son itkilərini gizlətməyə çalışır. Amma ermənilər özləri də etiraf edirlər ki, 24 nəfərdən xəbər yoxdur. Bu, o deməkdir ki, Azərbaycan ordusu 24 nəfəri neytrallaşdırıb, həmçinin 10-dan çox hərbçi əsir götürülüb. Yenə də əsir məsələsi Paşinyanın başını çox ağrıdacaq. Ermənistanın baş naziri bu hadisələrdən sonra parlamentdə çıxış etdi və dedi ki, guya Azərbaycanla bütün məsələləri həll etməyə hazırdır, sərhədlə bağlı danışıqlar başlasın, sülh sazişi imzalansın. Amma bu məsələlərə Paşinyanın özünün xüsusi yanaşması var. Çünki o, sülh sazişi imzalanarkən Qarabağı kənarda tutmağa çalışır, bu da mümkün deyil. Sülh sazişi nə deməkdir? Dövlətlər bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımalıdır, həmçinin Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa məcburdur. Paşinyan bu məsələyə toxunmadan deyir ki, Azərbaycanla sülh sazişi imzalansın. Azərbaycan heç zaman buna gedə bilməz. Eyni zamanda sərhədlə bağlı da deyir ki, İrəvan hazırdır. Hazırdırsa, niyə noyabrın əvvəllərində Moskvada üçtərəfli görüşə qatılmadı? Halbuki, belə xəbərlər yayılmışdı ki, Moskva Azərbaycan və Ermənistan liderlərini sərhədlə bağlı danışıqlara başlamaq üçün dəvət edib”.  E.Şahinoğlu dedi ki, Paşinyan bundan da qaçmağa çalışdı: “Amma gec və ya tez masaya oturmaq məcburiyyətində qalacaq.

Xəritələr də ortadadır. Xəritələrə əsasən, sərhədlərin müəyyənləşməsi prosesi başlayacaq. Paşinyan iki ağır seçim qarşısındadır. Birinci seçimi odur ki, Azərbaycanla  razılaşır,  anlaşmalar imzalanır, amma bu halda o anlayır ki, revanşistlər daha da radikallaşacaq, müqavimət güclənəcək. İkinci seçimi odur ki, heç nə etmir, qeyri-müəyyənlik davam edir. Ancaq o halda da itki verəcək. Azərbaycan ordusu prosesə seyrçi qalmayacaq. Bu da Paşinyan üçün çox böyük başağrısı vəd edir. Yəni o, iki ağır seçim qarşısındadır. Amma bu iki variantdan birini seçməlidir”. Politoloqun fikrincə, bu ilin sonuna kimi sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqların başlaması mümkündür: “Amma mən hələ ki, sülh sazişinin imzalanmasını real hesab etmirəm. Çünki Paşinyanın və qeyri-erməninin Qarabağı Azərbaycan ərazisi kimi tanıyacağı indiki şərtlər altında real görünmür. Biz onları buna məcbur etməliyik. Qarşımızda duran digər məsələ sərhəddə strateji nöqtələri ələ keçirməklə yanaşı, Laçın dəhlizinə nəzarəti də təmin edək. Biz buna nail olmalıyıq ki, dəhlizdən silahlar, qeyri-qanuni, qeyri-müəyyən yüklər daşınmasın, erməni silahlılar keçə bilməsin. Yəni Laçın dəhlizinə nəzarəti təmin etmək dəhlizi qapatmaq anlamına gəlmir. Biz sərhəddə nəzarət etməliyik, bilməliyik ki, ərazilərimizə kim keçir və nə keçirir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam