Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

RUSİYA PAŞİNYANA SƏNƏD TƏQDİM ETDİ –“Bu təkliflər Ermənistan üçün qəbulediləndir”

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı təkliflər hazırlayıb.

Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün - noyabrın 18-də hökumətin iclasında belə bir açıqlama ilə çıxış edib. O bəyan edib ki, Rusiyanın Müdafiə Nazirliyi delimitasiya və demarkasiyanın hazırlıq mərhələsi ilə bağlı təkliflər hazırlayıb. "Bu təkliflər Ermənistan üçün qəbulediləndir”, – Paşinyan vurğulayıb.

Paşinyan Müdafiə naziri Suren Papikyana göstəriş verib ki, Rusiya Müdafiə Nazirliyinin təkliflərinin detallarını aydınlaşdırsın. O, “gəlin, Rusiya Federasiyasının təklifləri çərçivəsində prosesi gerçəkləşdirməyə cəhd edək”, deyib, amma detalları açıqlamayıb.

 

 

Paşinyan bir gün öncə parlamentdə Azərbaycanı prosesi pozmaqda suçlayıb, maydan bəri Rusiyanın sərhədlə bağlı təkliflərinə cavab vermədiyini iddia edib. 16 noyabr toqquşmalarından sonra Rusiya və Qərb tərəfləri delimitasiya və demarkasiyası prosesinə başlamağa səsləyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 17-də Moskvada rusiyalı həmkarı Nikolay Patruşevlə görüşüb. Patruşev Rusiyanın sərhədlərin müəyyənləşdirilməsinə müvafiq yardım göstərməyə hazır olduğunu deyib.

Son toqquşmalardan sonra Birləşmiş Ştatlar və Avropa Birliyi İrəvanla Bakını sərhəd demarkasiyası daxil vacib məsələlərin həllinə doğru işləməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam