Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya nüvə silahına əl ata bilər

 

     “Çeçenistanla bacarmayan Rusiya...”

Lavrovun  Rusiya maraqlarının qorunması üçün əlindən gələni edəcək kimi təhdid mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürməyə davam edərsə, Moskva da nüvə silahına əl ata bilər.

"Xeberinfo.com": Bunu Axar.az-a açıqlamasında Azərbaycanın Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Moskvanın Qərbin sanksiyalarına qarşılıq olaraq yağdırdığı təhdidləri şərh edərkən deyib.

 Onun sözlərinə görə, Qərb Rusiyanın vəziyyətinin kritik olduğunu çox yaxşı bilir:

“Buna görə də Qərb addım-addım NATO-nun Rusiya ətrafında güclərini artırır, təşkilata üzv ölkələri gücləndirir. Buraya Baltikyanı və Şərqi Avropa ölkələri daxildir. Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq təhdidlərində növbəti dəfə güc tətbiq etməsi və hansısa təxribata əl atması qeyri-mümkündür. Xüsusən də Qafqazda. Çünki Moskva çox yaxşı başa düşür ki, belə bir addım onu xilas etməyəcək.

    Eyni zamanda Rusiyanın resurs ehtiyatının qarşılanmasında Qafqazın rolu böyükdür. Bu baxımdan da Rusiyanın hansısa təhdid xarakterli mesajı elə təhdid olaraq da qalacaq. Lavrovun Rusiya maraqlarının qorunması üçün əlindən gələni edəcək kimi təhdid mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürməyə davam edərsə, Moskva da nüvə silahına əl ata bilər. Ancaq Qərb bütün bunları ilk gündən nəzərdə tutub və Rusiyanın təhlükəli nüvə dövləti olduğunu da çox gözəl bilir.

    Rusiyanın Qərbin Ukraynanın işğalını tanıması arzusu ürəyində qalacaq. Qərb isə bununla heç vaxt barışmayacaq. Əvvəla, Ukrayna bununla heç vaxt barışmayacaq. Bu, ona görə mümkün deyil ki, bir milyonluq çeçenlə bacara bilməyən Rusiya indi onlara tam müstəqillik verib və əvəzində də Kadırov özünü  Putinin əsgəri hesab edir.

    Əgər vaxtilə Kadırova verilən ixtiyar Cövhər Dudayeva verilsəydi, heç bir müharibəyə ehtiyac qalmazdı. İndi Çeçenistanla bacarmayan Rusiya 50 milyonluq Ukrayna ilə necə bacaracaq? Ukraynanın arxasında Qərb çox möhkəm dayanıb. Əgər lazım gələrsə, Qərb Kiyevi ən müasir silahlarla da təmin edə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam