Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Yeni Ermənistan ordusu”: qurulur ki, yenə qırılsın...Bəs Rusiya niyə tələsir?

Kapitulyasiya sənədinə imza atmış, dağılmış bir ölkəni dirçəltmək “vasitəçi və sülhməramlı” ölkənin nəyinə lazımdır - "balans" oyunu bitmədimi?; politoloq: “Ermənistan ordusunun ”modernləşməsi" ilə bağlı tələskənliyin səbəblərindən biri, çox güman ki..."

Yenixeber.org: Artıq heç bir şübhə yeri qalmadı ki, Ermənistan ötən ilin payızında baş verənlərdən dərs çıxartmayıb və növbəti dəfə dəmir yumruğun sarsıdıcı zərbələrinin başına endirilməsini istəyir. Belə ki, Azərbaycanla sülh danışıqlarının zəruriliyi barədə çoxsaylı bəyanatlar fonunda İrəvan öz ordusunun modernləşdirilməsi və silahlandırılması istiqamətində açıq və gizli şəkildə ciddi işlər görür.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, respublika ordunu maksimum qısa müddətdə modernləşdirə biləcək. Dağlıq Qarabağda 44 günlük müharibədən sonra Ermənistan hərbi rəhbərliyi ordunun Rusiyanın dəstəyi ilə yenidən təşkil olunduğunu bəyan edib. Heç kəsə sirr deyil ki, keçən ilin noyabrından erməni ordusu davamlı şəkildə Rusiya silahları alır, bunu bu yaxınlarda prezident İlham Əliyev də bildirib və açıq şəkildə Moskvanı bu addımlardan çəkinməyə çağırıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Qarabağa gəlib

Armen Qriqoryan

 

Bir müddət öncə isə bu mövzuda sualları cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib ki, başqa ölkələrə silah göndərməsi Rusiyanın suveren hüquqdur. Moskva həm də iddia edir ki, bununla Azərbaycanla Ermənistan arasında qüvvələr balansının qayğısına qalır. Yeri gəlmişkən, 2016-cı ilin aprel döyüşlərindən sonra da bənzər vəziyyət yaranmışdı. Diqqətli müşahidəçilər xatırlayar ki, o zaman Azərbaycan Lələtəpə istiqamətində düşmənə zərbələr endirdikdən və ilk məğlubiyyət acısı yaşatdıqdan sonra Rusiya Ermənistana “İskəndər-M” raket kompleksi verdiyini açıqlamışdı, hətta bu komplekslərin görüntüləri yayılmışdı. Bu zaman bir sıra ermənipərəst mərkəzlər Kremlin bu addımını alqışlamış, hətta nüfuzlu beynəlxalq mərkəzlərdən biri Rusiyanın bununla bölgədə balans yaratdığı barədə əcaib arqumentlə çıxış etmişdi. Təbii ki, Azərbaycan Ordusunun modern silahlara sahiblənməsi, Türkiyə və İsraildən 21-ci əsr silahlarını alması ermənipərəst dairələri ciddi şəkildə narahat edirdi. Bu mənada onlar “balans yaratmaq” adı altında işğalçını davamlı şəkildə silahla təmin etmək yarışına girmişdilər. Təəssüflər doğuran budur ki, işğalçı və terrorçu ölkəni silahlandıranlar sırasında həmsədr ölkə, bölgədə sülhyaratma missiya ilə çıxış edən dövlət öndə gedir.

Mətbuatda yayılan məlumatlara görə, Rusiyadan silah almaqla yanaşı, erməni ordusunda struktur dəyişiklikləri də baş verir. Bu ilin sonuna qədər orduda diviziyalar ləğv ediləcək, qalan şəxsi zabitlər ixtisara salınacaq. Ermənistan Nazirlər Kabineti pilotsuz uçuş aparatları idarəsinin yaradılması, Ermənistan ordusunda hərbi texnikanın inkişafını qərara alıb. Qərar 2020-ci ildə Qarabağda döyüş əməliyyatları nəzərə alınmaqla qəbul edilib. Erməni ordusunun müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə təchiz edilməsi proqramı haqda məlumat göstərir ki, ermənilər Azərbaycanda Silahlı Qüvvələr quruculuğu təcrübəsini oğurlamağa (və ya kopyalamağa-red.) başlayıblar. Ermənistan ağır dronları xarici ölkələrdən alacaq, yüngül tipli, əsasən kəşfiyyat pilotsuz uçan aparatları isə öz müəssisələrində istehsal etmək niyyətindədir. Ermənistan sənayesində kvadrokopter kimi kəşfiyyat və zərbəçi pilotsuz uçan aparatları istehsalı təcrübəsi var. Ermənistan hökuməti daha iki layihəni təsdiq edib. “Onlar məxfidir və açıqlanmır”, – deyə erməni KİV-lər bildiriblər. Ehtimal edilir ki, İrəvan ilk növbədə Rusiyanın “Remdizel” şirkəti tərəfindən istehsal olunan, xüsusi təyinatlıları daşımaq üçün istifadə edilən yüngül zirehli “Tayfun” avtomobilləri ilə maraqlanacaq. Çünki 44 günlük müharibə zamanı Qarabağda erməni silahlı dəstələri məhz adi yük maşınlarında daşınarkən Azərbaycanın pilotsuz təyyarələrinin zərbələrinə tuş gəlirdilər və ciddi itkilər verirdilər. Habelə erməni ordusunun Ural mülki aviasiya zavodu tərəfindən istehsal edilən “Forpost” zərbə pilotsuz aparatlarına böyük maraq göstərəcəyi təxmin edilir.

Bu arada isə Ermənistanda 3 aylıq hərbi təlim toplanışı elan olunub. Hökumətin qərarı ilə toplanış bu gündən - avqustun 25-dən başlayacaq və noyabrın 25-dək davam edəcək. Toplanışa cəlb ediləcək mülki şəxslərin 3 ay müddətində hərbi qulluqçu sayılacağı bəyan olunub. O da məlum olub ki, kişi kasadlığı ilə üzbəüz qalan Ermənistan hətta qadınları da orduya cəlb etməyə hazırlaşır. Son məlumata görə, təkcə 2021-ci ilin ilk 6 ayında 60 mindən çox vətəndaş ölkəni tərk edib ki, onların əksəriyyəti hərbi mükəlləfiyyət daşıya biləcək, orduya cəlb olunması gözlənilən şəxslərdir. Beləliklə, 44 günlük savaşda 10 mindən çox fərarisi olan ölkənin vətəndaşları revanşistlərin davranışlarından və Ermənistanın uçuruma yuvarlanması perspektivindən xilas olmaq üçün xaricə axışırlar. Yeri gəlmişkən, son savaş ərəfəsində Ermənistanda minlərlə gənc hərbi xidmətdən yayındığı üçün axtarışda idi, onların sıraları sürətlə artmaqdadır. Ancaq bununla belə, görünən budur ki, Rusiya 44 günlük savaşda 80 faizi darmadağın olmuş, hərbi texnikasının xeyli hissəsi məhv edilmiş və ya Bakıdakı Hərbi Qənimətlər Parkında sərgilənən Ermənistan ordusunu mümkün qədər tez ayaq üstə qoymağa çalışır. Ordusu dağılmış Ermənistan regionda Rusiyanın geostrateji maraqlarına uyğun deyil. Moskva bunu balans adı ilə izah edir, amma aydındır ki, erməni ordusunu Bakının  hazırda regionda əsas söz  sahibi olması, Ermənistan üzərində şərtlərini diktə etməsinə qarşı dirçəldir. Zəif Ermənistanı Bakının dəmir yumruğu ilə sülhə məcbur etmək çətin olmaz, amma erməni ordusu güclənərsə, sülhə qarşı çıxacaqlar ki, bu da Moskvanın maraqlarına uyğundur. Rusiya o səbəbdən tələsir ki, Bakı bu yaranmış fürsətdən istifadə edərək Ermənistana şərtlərini diktə edə, hətta sülh müqaviləsinə məcbur edə bilər...

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli 

 

Politoloq Elçin Mirzəbəyli də  bəzi vacib mətləblərə toxundu: “Əvvəla, unutmaq lazım deyil ki, Rusiya 44 günlük müharibə dövründə döyüş əməliyyatlarına müdaxilə etməsə də, Ermənistanı Cənubi Qafqazda öz forpostu kimi qoruyub-saxlamaq niyyətindən və dəli Pyotrdan miras qalan neoimperialist ”kökə və zopa" siyasətindən əl çəkməyib. Digər tərəfdən, Rusiyanın təcrübəsində təkcə Cənubi Qafqazda deyil, dünyanın müxtəlif bölgələrində bir tərəfi silahlandırmaqla, digər tərəfi də ondan silah almağa məcbur etmək təxribatı da var. Həmçinin unutmaq lazım deyil ki, Rusiyanın silah sənayesi indi özünün ən ağır dövrünü yaşayır. 44 günlük müharibədə dəmir parçasına çevrilən rus silahının nüfuzuna xeyli zərbə dəyib və bu ölkə indi özünün müdafiə sənayesini xilas etməyə çalışır. İndiki iqtisadi böhran fonunda Rusiyanın öz daxili resursları hesabına müdafiə sənayesi kompleksində ciddi islahatlar aparmaq mümkün deyil". Siyasi analitik qeyd etdi ki, son zamanlar rus silahı barədə bəzən Azərbaycan mediasının bəlli seqmentinə sızdırılan məqsədyönlü informasiyalar da reallığı əks etdirmir: “Məhz bu baxımdan, Rusiya artıq özünün heç nəyə yaramayan silahlarını sataraq, əldə olunan vəsaiti modernləşməyə sərf etməlidir. Bu silahları isə heç kim könül xoşluğu ilə almayacaq, şübhəsiz”. E.Mirzəbəyli hesab edir ki, Rusiyanın Əfqanıstanla bağlı iddialarını açıq şəkildə irəli sürməsinin, Talibanla münasibətləri yaxşılaşdırmağa can atmasının səbəblərindən biri də “hərəkət edən” dəmir parçalarını satmaq üçün məkan axtarmasıdır: “Düşünürəm ki, Azərbaycan tərəfi baş verənlərin mahiyyətini yaxşı başa düşür və artıq köhnəlmiş ”blef"ləri önəmsimədən öz yoluna davam etməkdədir. Ermənistan ordusunun “modernləşməsi” ilə bağlı tələskənliyin səbəblərindən biri çox güman ki, Azərbaycan Ordusunda aparılan sürətli modernləşmə, Silahlı Qüvvələrimizin Türkiyə modelinə keçidi prosesinin tamamlanması ilə bağlıdır. Azərbaycan hərb sənətinin Rusiya modelindən, sözün bütün mənalarında imtina edib. Müəyyən komponentlər istisna olunmaqla, müasir müharibələrdə bu model özünü doğrultmur və çevik deyil". Ermənistan ordusunun modernləşməsinə gəldikdə isə politoloq qeyd etdi ki, Rusiya tərəfindən həyata keçirilən bu tədbirlər, məşhur Azərbaycan məsəlində olduğu kimi, “Əlinin papağının Vəlinin, Vəlinin papağının Əlinin başına qoyulmasına” xidmət edir: “İxtisarla, hərbi birləşmələrin adını dəyişməklə ”modernləşdirmə" aparmaq mümkün deyil".

Üzeyir Cəfərov: “Bu sənəd razılaşdırma mahiyyəti daşıyır”

Üzeyir Cəfərov

 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə bildirdi ki, 44 günlük Vətən savaşında sarsıdıcı zərbə alan Ermənistan ordusunun qısa müddətdə ayaq üstə durması və tam şəkildə döyüş hazırlığında olması üçün ən azından 3-5 il vaxt lazım olacaq: “Rusiyanın guya qısa müddətdə ermənilərin döyüş qabiliyyətli ordusunu quracağı və hazırlayacağı xülyadır və nə hərb elminin tələblərinin, nə insan ağlının gücündə olan məsələ deyil. Blef etməklə bunlar özlərini növbəti dəfə çox pis vəziyyətə qoyurlar. Nə qədər ”müasir silah-sursat alırıq" və ya “verirlər” deyilsə də, o avadanlığı idarə edib, normal vəziyyətə salan mütəxəssisləri də hazırlamaq lazımdır. Bunun üçün çoxsaylı təlimlər, məşqlər tələb olunur. Nəzəri baxımdan çox işləri qısa müddətdə görmək mümkündür. Amma söhbət silahlı qüvvələrdən gedirsə, bu, tamam fərqli sahədir. Mən bunu əminliklə, peşəkar ali hərbi siyasi məktəbi bitirən və 5 ilə yaxın bu sahəni öyrənən şəxs kimi deyirəm". Hərbi ekspert Kremlin tələskənliyini səbəbsiz saymır: “Rusiya ona görə tələsir ki, Ermənistan ordusunu tez bir müddətdə heç olmazsa, formal da olsa təşkil edə bilsin. Ötən il Ermənistan kifayət qədər əsgər və zabit itirib. İndi Ermənistanda 3 aylıq hərbi təlim toplanışı elan edərək avqustun 25-dən noyabrın 25-dək bu siyahıdan darmadağın edilmiş ordu hissələrinə və birləşmələrinə lazım olan ştatı bərpa etmək məqəsdi daşıyır. Ağılları olsa, real vəziyyəti düzgün qiymətləndirib ağıllı qərarlar verərlər. Azərbaycan Ordusu, Silahlı Qüvvələri də durmadan öz döyüş qabiliyyətini və imkanlarını artırır. Yeni silah sursat öz yerində, mənəvi psixoloji hazırlığı yüksək səviyyədə olan orduya qarşı bunlar, ümumiyyətlə, nə edə bilərlər?! Ermənilər və onlara havadarlıq edənlər ağıllı olsunlar! Bu dəfə baş verə biləcək hadisələrdə Ermənistanın varlığı və yoxluğu məsələsi olacaq. Bu, sadəcə, söz deyil. Dərindən düşünsələr demək istədiklərimi anlaya bilərlər. Azərbaycan hazırda tam fərqli bir durumda və tək deyil”.

Polkovnik Cəfərovun dediyi kimi, Azərbaycan tək deyil və onun sınaqdan çıxmış müttəfiqləri var. Elə bugünlərdə Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri davam edir. Dövlət başçımız hədəfi açıq elan edib: Azərbaycanda Türkiyə ordusu modelində ordu qurulacaq. Ümumilikdə son illərdə keçirilən birgə hərbi təlimlərin sayı 30-a yaxındır. Kifayət qədər maliyyə vəsaiti tələb edən hərbi təlim keçirməyin özü dövlətin qüdrətini göstərir. Ermənistan isə müharibədən sonrakı müddətdə döyüş meydanındakı meyit qalıqlarını yığmaqla, həmçinin sərhədlərini hissə-hissə rus hərbçilərə təhvil verməklə məşğul olub. Ordusu, hərbi gücü olan ölkə isə namus məsələsi sayılan sərhədini başqa dövlətin ixtiyarına verməzdi...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam